“Kreativ Azərbaycan” portalının təqdimatı
olub
Bakı Konqres Mərkəzində
“Kreativ Azərbaycan” portalının (kreativ.az) təqdimatı
və “Yaradıcı
sənayelər: dayanıqlı
inkişaf və məşğulluq üçün
yeni imkanlar” mövzusunda nazirlər
panel müzakirəsi keçirilib.
Tədbiri Mədəniyyət naziri
Əbülfəs Qarayev
açaraq son illər
ölkəmizdə bütün
sahələrdə aparılan
uğurlu islahatlardan danışıb. Nazir mövzu
üzrə panel iclasa
qatılan həmkarlarına
və yaradıcı təşkilatların nümayəndələrinə
belə bir vacib təqdimatda iştirak etdiklərinə
görə təşəkkürünü
bildirib. Diqqətə çatdırıb ki, son
10 ildə dünyada yaradıcı sənaye anlayışı geniş
populyarlıq qazanıb.
Sənayenin bu sahəsi
insanların cəmiyyətin
inkişafına dəyərli
töhfələr verməyinə
şərait yaradır.
“Azərbaycan da, təbii ki, bu sahədəki
tendensiyalardan kənarda
qala bilməz. Ölkəmizdə qeyri-neft
sektorunun inkişafı
və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə
də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərin
milli iqtisadiyyatda vacib rola malik
olduğunu və perspektiv imkanlar açdığını nəzərə
alaraq, bu sənaye sahələrinin
inkişafı və yaradıcılıq proseslərinin
iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə müxtəlif layihələr
həyata keçirilir.
Bu prosesin arxasında
xalqın yaradıcı
potensialı, xalqın
Vətənə məhəbbəti
və xalqla dövlətin vəhdəti
dayanır. Bütün
bu amillər artıq Azərbaycanda da yaradıcı sənayenin formalaşdırılmasına,
onun təkmilləşdirilməsinə
ehtiyac olduğunu sübut edir”, - deyə nazir vurğulayıb.
Qeyd olunub ki, hazırda
Azərbaycanda yaradıcı
sənaye vahid idarəetmə və təchizat kimi hələ də cəmiyyət tərəfindən
tam qəbul olunmayıb:
“Bu sahəyə yeni təfəkkür gətirmək,
təkan vermək vacibdir. Bugünkü tədbirin əsas
məqsədlərindən biri də bundan
ibarətdir. 2021-ci il Birləşmiş
Millətlər Təşkilatı
tərəfindən “Yaradıcı
sənayelər davamlı
inkişaf naminə ili” kimi qəbul
olunub. Eyni zamanda, bu il Bakı şəhəri UNESKO-nun “Yaradıcı
şəhərlər şəbəkəsi”nə
daxil edilib. Paytaxtımız dizayn sahəsi
üzrə yaradıcı
şəhər adını
uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə
bu yüksək ada layiq olduğunu
sübut etməlidir.
Biz hamımız bunun üçün bərabər çalışmalı,
daha mütərəqqi
ideyalarla çıxış
etməliyik. Bu işdə həm dövlət orqanları, həm sənaye nümayəndələri, həm
də vətəndaşlar
fəal iştirak etməlidirlər. Hesab edirəm
ki, bugünkü görüş böyük
bir tapşırığın
yerinə yetirilməsinin
ilk addımıdır. Bu günlərdə Mədəniyyət Nazirliyində
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katibliyinin
nümayəndələri ilə
görüş keçirilib,
müzakirələr aparılıb.
Düşünürəm ki, artıq
yaradıcı sənaye
sahəsində sistemli
işlərə bu gündən start verilir”.
Daha sonra yaradıcı sənaye ilə bağlı videotəqdimat diqqətə
çatdırılıb.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və
innovativ inkişaf şöbəsinin müdiri
Vasif Eyvazzadə “Yaradıcı sənayelər:
qlobal trendlər və yerli imkanlar”
mövzusunda çıxış
edib. Qeyd olunub ki, Azərbaycan xalqının
tarixi və mədəniyyətinin dünya
miqyasında tanıdılması
uğurla həyata keçirilir. Aparılan düşünülmüş
sistemli siyasət nəticəsində Azərbaycanın
üç tarixi abidəsi-məkanı UNESKO tərəfindən
dünya irsi elan edilib. 13 qeyri-maddi mədəni irs nümunəmiz
isə UNESKO-nun müxtəlif
siyahılarında yer
alıb. Bakı və Şəki
şəhərlərinin yaradıcı
şəhər elan edilməsi də bu qəbildəndir.
Şöbə müdiri bildirib
ki, 2008-ci ildə Prezident İlham Əliyevin irəli sürdüyü mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən
dünyanın ən vacib qlobal platforması
elan edilib: “Bakı Prosesi” təkcə mədəniyyətlər
və dinlərarası
dialoq deyil, eyni zamanda, dünyada
inkişaf və təcrübələrin mübadiləsi
üçün bir qlobal platformadır. Bu gün biz yaradıcı
sənayenin bir çox parametrlərinə
toxunacağıq. Məlumdur ki,
hazırda dünyada zəka, intellekt yarışı gedir.
Bu əsr IV sənaye
inqilabı kimi qiymətləndirilir. Bu inqilabın ən vacib elementlərindən biri ondan ibarətdir
ki, insanların biri-birinə olan münasibəti, daha doğrusu, əməyə
olan münasibəti tamamilə dəyişib.
Bu kontekstdə yaradıcılıq ən
üstün qabiliyyət
kimi bu inqilabın
vacib elementi kimi önə çıxıb”.
Vasif Eyvazzadə
daha sonra dünya miqyasında yaradıcı sənayenin
artım dinamikası ilə bağlı rəqəmləri təqdim
edib. Dünya üzrə
7,3 faiz göstəricisi
olan yaradıcı sənaye ÜDM-in 6,1 faizini
əhatə edir və 4,3 trilyon ABŞ dolları məbləğindədir.
Bu rəqəmin 2,5 trilyon dolları tam olaraq gəliri təşkil edir.
“Kreativ Azərbaycan” portalı haqqında məlumat verən Mədəniyyət Nazirliyinin
Beynəlxalq layihələr
və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirib ki, portal Mədəniyyət Nazirliyi
tərəfindən sahəvi
inkişaf proseslərinə
dair aktiv təbliğat və maarifləndirmə işlərinin
aparılması üçün
yaradılıb. Portal üzərində
iki il
iş aparılıb və 15 ölkənin təcrübəsi öyrənilib.
Portalda müxtəlif
növ xəbərlər,
tədbirlər, bu sahədə fəaliyyət
göstərən şirkətlər
və s. haqqında məlumatlar əks olunub. Həmçinin yaradıcı sənaye
iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək
nüanslar nəzər
alınıb.
Bildirilib ki, portalın yaradılmasında məqsəd
həm də Azərbaycanın yaradıcılıq
məhsullarının “Kreativ
Azərbaycan” brendi altında təşviqidir. Sektor müdiri
portalın bölmələri
haqqında ətraflı
məlumat verib, burada hər bir sahənin, yaradıcı sənayenin
müxtəlif şəbəkələrinin,
özəl və dövlət qurumları ilə birbaşa əlaqələrinin əhatə
olunduğunu deyib.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanın
bu gün ölkə rəhbərliyinin
təşəbbüsü ilə başlanmış
və inkişaf üçün bütün
imkanları optimallaşdırmağa
yönələn islahatların
yeni mərhələsindən
keçdiyini, cəmiyyət
həyatının bütün
sahələrini əhatə
etdiyini vurğulayıb. Qeyd edib
ki, islahatçı ölkələrin avanqardına
daxil olan Azərbaycan “Doing Business - 2020” hesabatında
islahatçı 20 ölkə
sırasına daxil edilib. Sədr əqli mülkiyyətin
rolu, kreativ sənaye ilə əqli mülkiyyətin fərqi, bu sahələrin idarə edilməsi haqqında söz açıb.
Yaradıcı sənayenin fəlsəfi kateqoriyasının səlis
anlayışa malik olmadığını diqqətə
çatdıran Kamran
İmanov müəlliflik
hüququnun yaradıcı
əməyin nəticəsi
kimi anlamının hüquqi tərəflərinin
kateqoriyaları haqqında
məlumat verib.
Təqdimat mərasiminin ardından
“Yaradıcı sənayelər:
dayanıqlı inkişaf
və məşğulluq
üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçirilib. Sessiyada Azərbaycanda yaradıcı
sənayenin inkişafı
məsələləri ilə
bağlı fikirlər
səsləndirilib.
Təhsil
naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, ali və
peşə təsili müəssisələri yaradıcı
sənaye sahəsində
daha fəal olmalıdır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi naziri Sahil Babayev
Azərbaycanda bu sahədə imkanların genişliyindən söz açıb, yaradıcı
sənayenin inkişafına
dəstək verməyə
hazır olduqlarını
bildirib: “Biz yaradıcı
sənaye ilə məşğul olan insanların hüquqlarının
qorunmasına dəstək
verəcəyik. Yaradıcı sənayenin əlilliyi olan şəxslər üçün də potensialı böyükdür”.
Sahil Babayev əlillərdən ibarət
olan teatr truppasının yaradılmasını
alqışlayaraq yaradıcı
sənayenin inkişafı
ilə bağlı atılan bu təşəbbüsü yüksək
dəyərləndirib.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova yaradıcı sənaye sahəsində yeni modelə keçid və iqtisadiyyatın bu sahə üzrə
təkmilləşməsinin vacibliyini diqqətə çatdırıb.
Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev yaradıcı şəhərlər statusunun
dünya təcrübəsində
mövzusunda fikirlərini
bölüşüb. O, Azərbaycanda
bu sahədə aparılan işlər, Mədəniyyət Nazirliyinin
komitəyə təklifləri
və görüləcək
işlərlə bağlı
məlumat verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev yaradıcı sənayenin inkişafının
müasir texnoloji yeniliklərsiz ötüşmədiyini
və nazirliyin bu sahədə həyata keçirdiyi layihələrdən danışıb.
“British Council”
təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah vurğulayıb ki,
təşkilatın məqsədi incəsənət vasitəsilə
beynəlxalq anlaşma yaratmaqdır. Buna görə də yaradıcı sənaye
“British Council” üçün əsas fəaliyyət sahəsi
hesab olunur: “Bizim missiyamız incəsənət vasitəsilə
bir araya gəlməyin
və bir-birimizi başa
düşməyin yeni yollarını
axtarmaqdır.
Palitra 2019.- 10 dekabr.- S.12.