AzerTelecom-un stendi “Bakutel-2019” sərgisində ən innovativ stend seçilib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin "Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya Yüksək Texnologiyalar sərgisindəki stendi sərginin "ən innovativ stendiadına layiq görülüb. Bununla bağlı şirkət "Bakutel-2019” sərgisinin təşkilatçısı olan Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub.

Qeyd edək ki, AzerTelecom dekabrın 3-dən 6-dək davam edən sərgidə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi "Azerbaijan Digital Hub” proqramını bu proqramın tərkib hissələri olan iri infrastruktur layihələrini təqdim edib.

Sərginin yerli xarici iştirakçılarına şirkətin reallaşdırdığı "Digital Hub” proqramı, bu proqramın icra mərhələləri, ölkə daxilində xaricində magistral infrastruktur quruculuğu, Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan Azərbaycan-Türkmənistan marşrutları üzrə magistral fiber-optik kabel xətlərinin çəkilməsi beləliklə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunun formalaşması, Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi, Azərbaycanda iri Data mərkəzin tikilməsini ümumilikdə ölkədə rəqəmsal ekosistemin qurulmasını layihələri barədə ətraflı məlumat verilib. Nəticədə, AzerTelecom şirkətinin stendi təqdim olunan layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

Palitra 2019.- 10 dekabr.- S.12.