Regionların inkişafı
bütövlükdə Azərbaycanın inkişafı deməkdir
Azər Badamov: “Regionlarla
bağlı proqramların icrasının davamlı olması
ölkə iqtisadiyyatında regionların payını
artıracaq”
Ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məhz regionların tarazlı və davamlı inkişafıdır. Əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib. Bu gün regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də ciddi işlər aparılır. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi və ümumiyyətlə, son illər ərzində bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsidir. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, yeni xəstəxanalar tikilib istifadəyə verilib.
Son illər ərzində regionlarda kənd təsərrüfatında islahatlar sayəsində qida
məhsullarının istehsalı sektoru
artıb ki, bu da qida istehsalının təhlükəsizliyinin
təmin olunmasını aktuallaşdırır. Təsadüfi deyil ki, Azərbaycan bu gün kənd təsərrüfatına
dövlət dəstəyi sahəsində dünyada
aparıcı ölkələrdən biridir.
Ölkə regionlarının, o cümlədən
kənd yerlərinin sosial-iqtisadi
inkişafı sahəsində görülmüş
işləri növbəti illərdə də
davam etdirmək, eləcə də infrastrukturun və sosial
xidmətlərin daha da
yaxşılaşdırılması, bölgələrdə
yaşayan əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsi
məqsədi ilə Prezidentin fərmanı
ilə “Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” təsdiq edilib. Ölkə başçısı bildirib ki, bu
ilin əvvəlində qəbul edilən
regionların sosial-iqtisadi inkişafı
üzrə dördüncü Dövlət
Proqramı çox genişmiqyaslı
proqramdır: “Baxmayaraq ki,
son illərdə infrastruktur
layihələri ilə bağlı bir çox işlər görülüb,
bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet
sahədir. Həm elektrik enerjisi
ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində
bir çox işlər
görülüb və gözəl nəticələr
var. Beləliklə, Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 96 faizə
yaxınlaşır. Nadir ölkələrdə
bu qədər qazlaşdırma
aparılır. Elektrik enerjisi
ilə bağlı böyük generasiya gücləri yaradılıb və Azərbaycan
bu baxımdan yenə də ön sıralardadır. Çünki
biz öz enerji təhlükəsizliyimizi təmin edə
bilmişik. Bütün
bölgələrimizdə içməli su
layihələri icra edilir
və bu il də bir neçə şəhərin içməli
su problemi həll olunacaq. Buna da çox böyük
diqqət göstərilir. Hər il təxminən
100 min hektar
torpağın suvarılması ya
yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir.
Bu da çox
önəmli məsələdir və bu
məsələ ilə bağlı əlavə addımlar
atılacaq”.
“Bu
proqramların uğurlu icrası ölkəmizin
bütün regionlarının
simasını dəyişib”
Qeyd edək ki, bu günlərdə ölkə başçısı Şamaxıya səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak edib. Burada “ASAN Həyat” Mərkəzi açılışında iştirak edən ölkə başçısı bildirib ki, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcək. Dövlət başçısı həmçinin Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən bu tədbirlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Millət vəkili Azər Badamov bildirdi ki, ölkə başçısı İlham Əliyevin Şamaxıya səfəri bu il ərzində sayca 3-cüdür: “Bir il ərzində 3 dəfə Şamaxıya səfəri rayonun həyatında sıçrayışlı inkişafa aparıb. Əgər, ilin əvvəlində Şamaxı sakinləri zəlzələ nəticəsində pis duruma düşmüşdüsə, indi artıq əziyyət çəkən bütün vətəndaşların yaşayışının yenidən qurulmasına şərait yaradılıb. Qəzalı bütün evlər yeniləri ilə əvəz olunur, 3 çoxmənzilli bina tikilib. Dünyada təbii fəlakətlər nəticəsində vətəndaşlara dəymiş mülkü ziyanları sığorta şirkətləri qarşıladığı halda, ölkəmizdə isə bütün fəsadların aradan qaldırılmasını dövlət öz üzərinə götürür. Bu, bir daha dövlətin həmişə vətəndaşın yanında olduğunun göstəricisidir. Bu, Prezidentimizin siyasətinin təməlində dayanır. Həyata keçirilən tədbirlərdən biri kimi rayona yeni yol salınıb. Şamaxıda ASAN Həyat kompleksi istifadəyə verildi. Qısa olaraq, Şamaxı Azərbaycanın qədim tarixini özündə əks etdirən şəhəri kimi yenidən öz tarixi ənənələrinə qayıtmasına imkanlar açıldı. Təbii ki, bütün bunlar Prezidentin və Birinci vitse-prezdentin Şamaxıya və Azərbaycanın qədim tarixinə verdiyi böyük dəyər kimi qiymətləndirirəm”.
Həyata keçirilən tədbirlərin
regionların inkişafı üçün
hansı imkanlar yaratdığına gəldikdə
isə millət vəkili bildirdi ki, regionların inkişafı
bütövlükdə Azərbaycanın inkişafı deməkdir:
“Bu məqsədlə ölkə başçısının
tapşırıqları və imzasıyla Regionların sosial-iqtisadi inkişafına dair
3 Dövlət Proqramı icra olunub. Artıq 4-cü Dövlət
Proqramının icrasına başlanılıb. Bu proqramların uğurlu
icrası ölkəmizin bütün
regionlarının simasını dəyişib. Demək olar ki, regionların bütün sosial infrastrukturu yenidən qurulub.
İndi isə regionların iqtisadi potensialının artırılması
məqsədilə böyük proqramlar icra edilir. Aqrar sahəsinin
inkişafına yanaşma dəyişilib,
dövlət dəstəyi artırılıb. Regionların sənayeləşməsi
prosesinə başlanılıb. Artıq Sənaye Parkları
və Sənaye Məhəllələri regionlarda
görünməyə başlanılıb. Regionlarda
yüngül, yeyinti və
emal sənayesinin inkişafı istiqamətində
müxtəlif layihələr icra olunur. Regionların iqtisadi
potensialı çox genişdir
və proqramların icrasının davamlı olması ölkə
iqtisadiyyatında regionların payını artıracaq”.
“Bu
gün regionlarda tikilən
üç mindən artıq məktəbi,
600-dən çox xəstəxananı,
15 min km-dən artıq çəkilən
yolu gizlətmək mümkün
deyil”
Millət vəkili Tahir Rzayev qəzetimizə bildirdi ki, Prezident İlham Əliyev bütün yığıncaqlarda və beynəlxalq görüşlərdə xatırladıb ki, Azərbaycan inkişaf edən bir ölkədir: “Ölkə başçısı bu inkişafın səbəblərini də açıqlayıb ki, son vaxtlar ölkədə həyata keçirilən çox mühüm tədbirlər və eləcə də qəbul olunmuş dövlət proqramları, bir çox strateji yol xəritələri Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verib. Bu gün regionlarda aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər də göstərir ki, biz neftdən asılılığı aradan qaldırmalıyıq. İndi emal müəssisələrinin, sənaye parklarının, aqroparkların yaradılması əsas verir ki, Azərbaycanda sənaye istehsalı artsın və bu artımla əlaqədar biz həm də qeyri-neft sektorundan, digər sahələrdən asılı olmadan öz istehsalımızı artıraq, külli miqdarda vəsait əldə edək. Məsələn, pambıqçılıq, baramaçılıq, şərabçılıq, eləcə də digər sahələrin inkişafı, yerli məhsullarımızın xaricə ixracının sürətlənməsi gəlirlərin əldə edilməsi, valyutanın ölkəyə daxil olmasına imkan verir ki, bu da ölkədə sosial rifah halının yaxşılaşmasına şərait yaradan amillərdir. Əlbəttə ki, bütün bu inkişafın təməlində ölkə rəhbərinin siyasi iradəsi, hadisələrə real münasibət göstərməsi, nöqsanların tez bir vaxtda aşkar edilib aradan qaldırılması durur. Artıq elə bir sahə yoxdur ki, onunla bağlı mühüm dövlət proqramı olmasın. Bu dövlət proqramları illik, beşillik, onillik, eləsi var ki, uzunmüddətlidir və həmin sahələrin inkişafına yönəldilib. Digər tərəfdən strateji yol xəritələridir ki, burada inkişafın mühüm sahələri əks olunub, bunlar ayda, yaxud üç ayda bir dəfə müzakirə edilir və müəyyən çatışmazlıqlar, uyğunsuzluqlar varsa onun aradan qaldırılmasına nəzarət olunur, o sahədə müəyyən tədbirlərin həyata keçirilməsi sürətləndirilir. Hər Azərbaycan vətəndaşının da bu sahədə öz rolu olmalıdır. Bu gün regionlarda tikilən üç mindən artıq məktəbi, 600-dən çox xəstəxananı, 15 min km-dən artıq çəkilən yolu gizlətmək mümkün deyil. Eləcə də digər sosial obyektlər var ki, onları gizlətmək olmaz. Yaxud şəhid ailələrinə verilən mənzilləri, sosial müavinətlər, pensiyalar, digər güzəştləri gizlətmək mümkün deyil. Bunu Azərbaycana gələn xarici ekspertlər, qonaqlar da, turistlər də görür. Bu siyasət bu gün müvəffəqiyyətlə yerinə yetirilir və bundan sonra da iqtisadi nailiyyətlərimiz qat-qat yüksək olacaq”.
T.Rzayevin fikrincə, elə bir ölkə yoxdur ki, vətəndaşının ərzaq təhlükəsizliyini düşünməsin: “Hər bir təşkilat ölkənin ərzaq təhlükəsizliyini öz fəallığını ortaya qoymalıdır. Bizdə əvvəlki ilə nisbətən taxıl istehsalı qat-qat artıb. Çünki ərzaq təhlükəsizliyi üçün çox vacibdir. Digər kənd təsərrüfatı məhsulları var ki, o cümlədən heyvandarlıq məhsulları, ət, süd, yağ, yumurta onların da istehsalı artıb. Bizim ərzaq təhlükəsizliyimizin təmin edilməsi, birinci bizim insanların rahat yaşaması, sağlam böyüməsi üçün çox vacibdir. Ölkə başçısı da bütün yığıncaqlarda bunu qabardır, qarşıya qoyur ki, Azərbaycan öz daxili imkanları hesabına ərzaq təhlükəsizliyini təmin etməlidir. Yeri gəldikdə müəyyən məhsulları xaricə də ixrac etməliyik”.
Yekun olaraq qeyd edək
ki, hazırda regionlarda
fəaliyyətə başlayan sənaye mərkəzləri,
həyata keçirilən abadlıq-quruculuq işləri, yeni məktəblərin, mədəniyyət
ocaqlarının tikintisi, infrastruktur
layihələrin icrası, həqiqətən də, ölkəmizin
dinamik inkişafının göstəricisidir.
Bu istiqamətində bundan
sonra da reallaşacaq tədbirlər regionların sosial-iqtisadi inkişafına öz
töhfəsini verəcək.
Nigar Abdullayeva
Palitra 2019.- 10 dekabr.- S.7.