“Azərbaycan Könüllülük
Həftəsi” başa çatıb
Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.
Azvision.az xəbər verir ki, öncə layihə
müddətində həyata keçirilmiş
tədbirlərə dair videoçarx
təqdim olunub.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Gənclər
Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 tarixini
əhatə edən “Azərbaycan Könüllülük Həftəsi”
layihəsi çərçivəsində həyata
keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər
barədə məlumat veriblər.
Diqqətə
çatdırılıb ki, bu çərçivədə
reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”,
“TəbiətimİZ”, “ Könüllülük Sərhəd
Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik
Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər,
ümumilikdə 15000-dən çox könüllünü əhatə
edib.
Sonra
layihənin həyata keçirilməsində iştirak edən
müxtəlif gənclər təşkilatlarına təşəkkürnamələr
təqdim olunub.
“Azərbaycan Könüllülük
Həftəsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi və Azərbaycan
Gənclər Fondunun birgə təşkilatçılığı
ilə reallaşdırılıb.
Palitra 2019.- 11 dekabr.- S.15.