Salyanda şeir müsabiqəsi keçirilib

 

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rayon təhsil şöbəsinin dəstəyi ilə 2 saylı tam orta məktəbdə şagirdlər arasında şeir müsabiqəsi keçirilib.

Youthportal.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov əbədiyaşar liderin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, dahi şəxsiyyətin hər bir azərbaycanlıya örnək olan həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində canı qədər sevdiyi Azərbaycana xidmət edib. Müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Azərbaycan yaşadıqca əbədiyaşar liderin də ideyaları yaşayacaq.

Müsabiqədə şagirdlər müxtəlif şeir kompozisiyaları ilə çıxış ediblər.

Münsiflər heyətinin qərarına əsasən Şəkərli, Yenikənd və Sarvan kənd tam orta məktəblərin təmsilçiləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Palitra  2019.- 13 dekabr.- S.10.