“Ermənistan Azərbaycana qarşı soyqırımı, deportasiya və hərbi işğal kimi bəşəri cinayətlər törədib”

“A Haber”: “Erməni silahlıları Anadolunun şərqində ağlasığmaz vəhşiliklər törədiblər”

“Əgər həqiqi soyqırımından bəhs edilirsə, o zaman yaxın tarixdə Xocalıda törədilən müsibətlərə dönüb baxmaq kifayətdir. Orada yaşanan həqiqətlər insanlığın ayıbıdır. Ermənistan və dəstəkçiləri buna görə cavab verməlidilər. Xocalıda törədilən qətliam dünyanın gözü qarşısında baş verib. Canlı şahidləri, qaziləri yaşadığı müddətcə bu hadisə dünya çapında araşdırılmalıdır. Xocalıda baş verən vəhşiliklər faktlarla, videogörüntülərlə ortadadır”

“Erməni silahlıları Anadolunun şərqində ağlasığmaz vəhşiliklər törədiblər”. Bu barədə Türkiyənin nüfuzlu “A Haberteleviziya kanalında hazırlanan sənədli filmdə bildirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qonağı olduğu canlı yayında dövlət başçısı əvvəlcə jurnalistlərlə birlikdə 1915-ci il hadisələrini əks etdirən xüsusi verilişi izləyib. Sənədli film xarakteri daşıyan verilişdə saxta “erməni soyqırımı” mövzusu ilə məşğul olan araşdırmaçı alimlər və şahidlər erməni silahlı birləşmələrinin ötən əsrin ilk illərindən Türkiyə Respublikası qurulanadək Anadolu bölgəsində türk-müsəlman əhaliyə qarşı törətdikləri cinayətlərdən bəhs ediblər. Ermənilərin soyqırımına məruz qoyduğu türklərin uyuduğu kütləvi məzarlıqlardan görüntülər əks olunub. Şahidlər və alimlər baş verən hadisələrlə bağlı tükürpərdici faktlar sadalayıblar. Erməni silahlıları qoca, qadın və uşaqları amansız işgəncələrə məruz qoyublar. Türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımıları əks etdirən kütləvi məzarlıqlardan yüzlərlə cəsəd çıxarılıb. Gündəlikdə olan məsələlər ətrafında sualları cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan Suriya böhranının həlli, Aralıq dənizindəki vəziyyət, terrorçuluqla mübarizə və sair mövzularla bağlı Türkiyənin qətiyyətli mövqeyini tamaşaçılarla bölüşüb.

“Beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib və Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar varbu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub

Saxta “erməni soyqırımı” mövzusu ilə bağlı fikir və mülahizələrini bölüşən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə tərəfi 1915-ci il hadisələri ilə bağlı arxivlərini açıb: “Ortada hadisələrin gerçək durumunu əks etdirən bir milyondan çox sənəd var. Gerçək soyqırımı kimin törətdiyini bilmək istəyən varsa gəlib tanış olsunlar. Bu mövzunu araşdırmaq tarixçilərin işidir. Türkiyə digər ölkələrin də arxivləri açmasını istəyir və birgə tədqiqat üçün ortaq tədqiqat komissiyası yaradılmasını təklif edir. ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmir, bu sənədin hüquqi əsası yoxduronun qəbul edilməsi siyasi xarakter daşıyır”.

“Soyqırımı iddialarını irəli sürənlər Azərbaycan və Türkiyədəki kütləvi məzarlıqları ziyarət etməlidirlər”

Biz ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” hesab edən qətnaməsini tanımırıq”. Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu bildirib. Dərnək olaraq tarixi faktlarahüquqazidd olan bu qətnamənin təşəbbüskarlarını və tərəfdarlarını qınadıqlarını deyən S.Qaraqoyunlu bildirib: “Soyqırımı iddialarını irəli sürənlər əvvəlcə Azərbaycan və Türkiyənin Anadolu bölgəsinin müxtəlif hissələrində yerləşən kütləvi məzarlıqları ziyarət etməlidirlər. Tarixboyu türklərə qarşı həyata keçirilən soyqırımı faktlarla ortadadır. Bu vəhşiliklərin ən böyük nümunələrindən biri 1918-ci ilin mart hadisələridir. O hadisələr zamanı bir gün içində yalnız Bakıda 30 min insan vəhşicəsinə qətlə yetirilib. Bu qətliamlar Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba, Qarabağ, Naxçıvan bölgələrində və bu gün Ermənistan sərhədləri daxilində olan, lakin tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzası və İrəvan vilayətində də baş verib. “Böyük Ermənistan” xəyalı ilə yaşayan ermənilər eyni soyqırımları Qars, İğdır, Ərzurum, Ərdahan, Van olmaqla Türkiyənin müxtəlif bölgələrində törədiblər”. S.Qaraqoyunlu bu soyqırımı iddialarını qəbul edənlərin 1905-1920-ci illərdə soyqırımına məruz qalan türklərlə yanaşı, 1992-ci ildə Xocalıda baş verən müsibətlərə də nəzər salmalarının vacibliyini qeyd edib: “Əgər həqiqi soyqırımından bəhs edilirsə, o zaman yaxın tarixdə Xocalıda törədilən müsibətlərə dönüb baxmaq kifayətdir. Orada yaşanan həqiqətlər insanlığın ayıbıdır. Ermənistan və dəstəkçiləri buna görə cavab verməlidilər. Xocalıda törədilən qətliam dünyanın gözü qarşısında baş verib. Canlı şahidləri, qaziləri yaşadığı müddətcə bu hadisə dünya çapında araşdırılmalıdır. Xocalıda baş verən vəhşiliklər faktlarla, videogörüntülərlə ortadadır”. O bildirib ki, insanlıq tarixinin qanlı səhifələrindən olan Birinci Dünya müharibəsi dövründə baş vermiş 1915-ci il hadisələri hər iki ölkənin tarixçiləri tərəfindən birgə araşdırılmalı və bu əsassız soyqırımı iddialarına hər cəhətdən aydınlıq gətirilməlidir. Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Zeybək isə deyib ki, ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmirhüquqi əsas daşımır. Ötən əsrin əvvəllərində erməni millətçilərinin və din xadimlərinin Osmanlı dövlətinə qarşı böyük bir xəyanət planı həyata keçirdiklərini diqqətə çatdıran Namiq Kamal Zeybək deyib: “Ermənilər əsl soyqırımını Anadolunun şərqində - Naxçıvanda, Azərbaycanın digər bölgələrində törədiblər. Ötən əsrin əvvəllərində bu cinayətləri erməni silahlı birləşmələri həyata keçirirdilər. 1918-ci ildən sonra isə bu cinayətləri terrorçu Ermənistan dövləti davam etdirməyə başladı. Həmin vaxtdan bu günədək Ermənistan Azərbaycana qarşı soyqırımı, deportasiya və hərbi işğal kimi bəşəri cinayətlər törədib. Əgər ABŞ senatorları kimin haqlı, kimin haqsız olduğunu, kimin soyqırımına məruz qaldığını həqiqətən bilmək istəyirlərsə, bütün bu gerçəklikləri öyrənsinlər”.

“Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda bütün dini məbədlərin fəaliyyətdə olması, onlara hərtərəfli dövlət dəstəyinin göstərilməsi göz önündədir:Bütün dini məbədlər dövlət tərəfindən pulsuz qazla təmin olunub. Bu məbədlərin təmirinə böyük diqqət göstərilir. Ümumilikdə Azərbaycanda milli-mənəvi, dini dəyərlərin qorunması üçün bir çox işlər görülürbu siyasət bundan sonra davam etdiriləcək”. S.Heydərov vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbədlər dağıdılıb. O bildirib ki, ermənilərin bu məbədlərdə heyvanlar saxlaması barədə də məlumatlar var: “Əlbəttə Ermənistan tərəfi bunu gizlətməyə çalışır, arabir bəzi məbədləri təmir etmək imitasiyası etməklə çirkin əməllərini gizlətməyə çalışır. Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib və Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar varbu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub”.

A.Miriyev

Palitra.-2019.-17 dekabr.-S.11.