Azərbaycanlı fotojurnalist Hələbdə Nəsiminin məqbərəsini ziyarət edib

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il ölkəmizdəNəsimi ilielan olunub Azərbaycanın şair mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir.

"Nəsimi İli"nə layiqli töhfə - millət vəkili ağacəkmə kampaniyasından danışır

Yubiley ili çərçivəsində ölkəmizdə onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.

Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.

Mədəniyyət Nazirliyinin dəstəyi iləMədəniyyətqəzetinin fotomüxbiri Orxan Əzimov Suriyanın Hələb şəhərində ezamiyyətdə olub. Fotoqraf, böyük çətinliklərlə olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.

Orxan Əzimovun sözlərinə görə, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divar üzərində ərəb dilindəHəzrət Nəsimi təkkəsiyazılmış lövhə vurulub həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqraf bildirib ki, məqbərə onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələri ideya davamçılarının da məzarları var. Məqbərədə ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.

Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESKO-nun Dünya İrs Siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.

Orxan Əzimovun dumanlı, çiskinli, bəzən günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.

Qeyd edək ki, “Mədəniyyətqəzetinin fotomüxbirinin Hələb şəhərinə səfəri zamanıNəsimi ili”nə töhfə olaraq ərsəyə gətirdiyi fotoşəkillərin Mədəniyyət Nazirliyi tərəfindən yaxın günlərdə sərgisi təşkil ediləcək.

Palitra.-2019.-18 dekabr.-S.13.