Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallaşması Ermənistanda ciddi narahatlığa səbəb olub

Qəbul edilməsinə Ermənistanın mane olmağa cəhd göstərdiyi qətnamə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib

BMT Baş Assambleyası özünün plenar iclasında “Xüsusi komitənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təşkilatın rolunun gücləndirilməsinə dair məruzəsi” adlı qətnaməni təsdiq edib. AZƏRTAC xəbər verir ki, Xüsusi Komitə Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin məruzədə Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ərazisi olmasını təsdiq edib. Məruzədə daha sonra dövlətlərin güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinmək öhdəliyi xatırlanır, dövlət suverenliyinin, ərazi bütövlüyününbaşqa dövlətlərin daxili işlərinə qarışmamağın əhəmiyyəti qeyd edilir.

Ermənistan nümayəndə heyəti Xüsusi Komitənin məruzəsindən onun qane etməyən ifadənin çıxarılması və daha sonra üzv dövlətləri artıq Baş Assambleya qətnaməsinin mətninə dəyişikliklər etmək cəhdləri nəticə verməyib.

Müzakirələrin gedişində heç bir ölkə Ermənistanın təklifini dəstəkləməyib, Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamə isə BMT üzvü olan bütün dövlətlər tərəfindən, Ermənistan nümayəndə heyəti istisna olmaqla, təsdiq edilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işğalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca digər qətnamə qəbul edilib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədrinin Belçikada Avropa Parlamentinin deputatları ilə təmaslar qurması Ermənistanda müzakirə mövzusuna çevrilməkdədir

Yeri gəlmişkən, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Erməniləri daha çox görüş zamanı T. Gəncəliyevin icmalar arasında danışıqlarla bağlı yanaşmasının Fransa səfirində yaxşı təəssürat oyatması məyus edib. Görüşə münasibət bildirən erməni politoloq Qrant Məlik-Şahnazaryan Fransanın Ermənistanın yaxın müttəfiqi olmasına diqqət çəkərək, yazıb: “Fransanın Azərbaycandakı səfiri Zakari Qross əvvəlcə Tural Gəncəliyevlə görüşür, sonra isə onunÜmid edirəm ki, növbəti görüş Dağlıq Qarabağda olacaqtvitini paylaşaraq, Tural Gəncəliyevin yanaşmalarının onda yaxşı təəssürat oyatdığını yazır. Fransa, sən də?”

Daha sonra o, bu mənzərənin Baş Nazir Nikol PaşinyanXarici İşlər naziri Zöhrab Mnatsakanyanın yürütdüyü xarici siyasət nəticəsində yarandığını, bu siyasət nəticəsində Ermənistanın heç bir müttəfiqinin qalmadığını, belə xəbərlərin artıq təəccübə səbəb olmadığını vurğulayıb.

Ermənistanın diplomatik müdafiəsinin məhv edildiyini bildirən erməni politoloq T. Gəncəliyevin rəhbərlik etdiyi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının getdikcə siyasi amilə çevrildiyiniqeyd edib.

Ümumiyyətlə, bu ilin əvvəlində T. Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri seçilməsindən sonra icmanın xarici əlaqələrində canlanma hiss olunmaqdadır. Belə ki, il ərzində T. Gəncəliyevin erməni diasporunun aktiv olduğu Los- Ancelesə səfər etməsi, orada bir sıra görüşlər keçirərək erməni işğalından danışması, bundan başqa, icma sədrinin Belçikada Avropa Parlamentinin deputatları ilə təmaslar qurması Ermənistanda müzakirə mövzusuna çevrilməkdədir. Aparılan müzakirələr zamanı icma sədrinin fəaliyyətinin Ermənistanda böyük narahatlıq yaratdığı aydın şəkildə hiss olunmaqdadır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə bildirib ki, Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsini davam etdirmək barədə razılaşma əldə olunsa, Rusiya tərəflər arasında həmin mübadiləni dəstəkləyəcək.

O deyib: “Mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi söyləmişəm. Əsirlərin mübadiləsi məsələsi hər zaman danışıqların gündəliyində olub. Məsələn, bu ilin aprelində Moskvada Azərbaycan, Ermənistan və Rusiya nazirləri arasında görüş həmin mövzuya həsr edilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak ediblər. Tərəflər şərtləşiblər ki, onların ərazilərində həbsdə olan şəxslərin yanına qohumlarının buraxılmasına dair qarşılıqlı tədbirlər görülsün. Bildiyiniz kimi, Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə bir Azərbaycan vətəndaşı və bir Ermənistan vətəndaşı bu ilin iyununda öz vətənlərinə qayıdıblar. Biz bu son dərəcə mühüm aksiyanı alqışlayırıq və onu həbsdə olan şəxslərin aqibətinin yumşaldılması istiqamətində ilk addım kimi nəzərdən keçiririk. Başqa məhbuslar barəsində də aparılır. Əgər razılaşma əldə edilsə, şəksiz ki, biz onu dəstəkləyəcəyik”.

Ukrayna prezidentinin Azərbaycanı dəstəkləməsi erməniləri qıcıqlandırıb

Bu arada Ermənistan Xarici İşlər Nazirliyi Zelenskinin Bakıda səsləndirdiyi fikirlərə cavab verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna liderinin Azərbaycanda səsləndirdiyi fikirlərə reaksiya verərək nazirliyin mövqeyini açıqlayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıya səfəri zamanı verdiyi “ərazi bütövlüyü haqqında” açıqlamasına münasibət bildirərkən Qarabağ münaqişəsinin üç prinsip, o cümlədən millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında həll olunmalı olduğunu deyib.

Nazirliyin sözçüsü Ermənistan tərəfinin ATƏT öhdəliklərini yerinə yetirməkdə davam edəcəyini bəyan edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda rəsmi səfərdə olarkən Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləmişdi. Görünür, Ukrayna prezidentinin Azərbaycanı dəstəkləməsi erməniləri qıcıqlandırıb. Əks halda, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü belə bir çıxış edib, Ermənistan tərəfinin narazılığını ifadə etməzdi.

 

Fuad Hüseynzadə

Palitra  2019.- 20 dekabr.-  S.11.