“İslahatlar təhsil sahəsində
çalışanların da məsuliyyətini
artırır”
Şəbnəm
Fərzəliyeva: “Əsas məqsədimiz şagirdlərin, o cümlədən gənclərin təhsil şüurunu inkişaf
etdirməkdir”
Hazırda ölkədə aparılan kadr islahatları zamanı gənclərə xüsusi yer verilir. Dövlət idarəetmə sistemində
son dövrlər həyata keçirilən
struktur islahatları çərçivəsində
gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi
bu islahatların özü
qədər diqqətçəkici məqamdır. Bu, dövlət rəhbərliyinin ölkədə
müxtəlif sferaların inkişafında gənclərə
böyük etimad
göstərməsinin təzahürüdür. Məhz buna görə də yetişən gənclik
yüksək təhsilə yiyələnməlidir. Bu mövzuda “Kamal kursları”nın direktor
müavini Şəbnəm Fərzəliyeva
“Palitra”ya müsahibə
verib.
- “Kamal kursları” nə vaxtdan
fəaliyyət göstərir?
-“Kamal kursları” 2017-ci ildən
fəaliyyət göstərir. Yeni fəaliyyətə
başlamağımıza baxmayaraq, böyük uğurlar əldə
etmişik. Bizim bu uğurlarımız
hazırlaşdırdığımız abituriyentləimizin
yüksək balla ali
məktəblərə qəbul olunmasıdır. Biz onların hərtərfli
hazırlaşmasına çalışmışıq.
Ümumiyyətlə, “Kamal kursları”, elə
adımız kimi insanın kamala çatmasını, kamilləşməsini
əsas götürür. Yəni
insanın mənəvi olaraq zənginləşməsi
bizim əsas məqsədimizdir. Tələbələrimizi
təkcə test imtahanlarına
hazırlaşdırmaqla kifayətlənmirik, onları həmçinin
cəmiyyətə hazır kadr kimi yetişdiririk. Bu gün dövlətin gənc
kadrlara önəm verməsi bunu zəruri edir. Prezident İlham
Əliyevin apardığı kadr islahatları
təhsil sahəsində çalışanların da məsuliyyətini artırır. Çünki yalnız yüksək təhsillə
savadlı, cəmiyyətə yararlı kadr
yetişdirmək olar. Biz
də fəaliyyət göstərdiyimiz bu
iki il ərzində hər
zaman bu amili əsas xətt kimi götürmüşük.
- Sizin
prinsipləriniz nədən ibarətdir?
-Bizə hələ fəaliyyətə
başlamamışdan öncə bu sahə
üzrə dünya təcrübəsini
araşdırdıq. Təhil sahəsində ən qabaqcıl
ölkələrin təcrübəsini öyrəndik.
Ayrıca dövlətimizin təhsil siyasətini dərindən
mənimsəyib işə başladıq. Dünya
təcrübəsini və dövlətin təhsil siyasətini
ümumiləşdirsək əsas bir prinsip ortaya qoymaq olar: insana
öncə özünüifadə bacarığı
aşılanmalıdır. Bizim də əsas
prinsipimiz məhz budur.
İnsan birinici özünü idarə etməyi
bacarmalıdır. Düzgün təhsil
sayəsində insan bu
qabiliyyətini inkişaf etdirir.
Yalnız bundan sonra insan ictimai fərd olaraq cəmiyyətdə özünə yer tuta bilər. Bütün bunlarla
yanaşı, biz yüksək təlim və
tədrislə vətənə layiq vətənpərvər
ruhlu, savadlı, cəsur gənclər
yetişdirməyə çalışırıq.
- Kuslarda
iştrak edənlərə dövlətçilik
və vətənpərvərlik ruhu nə
dərəcədə aşılanır?
-Gənclərin dövlətə, Vətənə
bağlı olması önəmli məsələdir. Azərbaycanın
qədimdən bu yana
dövlətçilik ənənəsi var.
Müasir Azərbaycan dövləti məhz
bu ənənələrə söykənərək
inkişaf edib. Azərbaycan
gəncliyi də dövlətinin inkişafında öz töhfəsini verməlidir. Bunun üçün də
gənclərdə vətənpərvərlik ruhu
yüksək olmalıdır. Bu
baxımdan gənclərə ən yaxşı tərbiyə
şəxsi nümunədir. Kurs rəhbərimiz
Qarabağ qazisi
övladıdır. Düşünürəm ki, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində real faktlar nümayiş
olunmalıdır. Sağ qəhrəmanlarımızla
tez-tez görüşlər keçirilməlidir.
Biz də perspektivdə belə
görüşləri keçirməyi nəzərdə tutmuşuq.
- Gənc nəslin
təhsil şüurunun
inkişafını necə qiymətləndirirsiz?
-Bizim elə əsas məqsədimiz
şagirdlərin, o cümlədən gənclərin
təhsil şüurunu inkişaf
etdirməkdir. Bu baxımdan ən müasir tədris metodlarını tədbiq edirik. Əsas çalışırıq gənclərdə
təhsilə maraq yaradaq
və hər kəsə individual yanaşaq. Yəni hər bir
şagird hansı formada
dərsi qavraya bilirsə, biz
buna uyğun şəkildə
onunla çalışırıq.
Ayrıca kursda müəllim və
şagirdlərin motivasiyası üçün
seminarlar da keçiririk.
- Gənclərin
təhsil səviyyəsinin artırılması üçün hansı işlər
görülməlidir?
- Gənclərin təhsil səviyyəsinin artırılması
hər zaman diqqətdə
saxlanılmalıdır. Fikrimcə, tədrisdə praktiki işlərə üstünlük
verilməlidir. Qiymətləndirmə forma
və məzmunu diqqətlə həyata keçirilməli,
şəffaf və çevik olmalı,
güzəştlər edilməlidir. Ümumiyyətlə, gənclərə
verilən təhsil onların müasir zamanla ayaqlaşmasına yardımçı
olmalıdır. Yəni hər bir abituriyent, gənc perspektivi
düşünərək hazırlaşmalıdır. Bu baxımdan Bakı Dövlət Universitetinin 100 illiyi ilə
bağlı keçirilən mərasimdə Prezident
İlham Əliyevin öz
çıxışında gənclərə verdiyi tövsiyələri çox
önəmlidir. Dövlət başçısının da bu
çıxışından belə qənaət gəlmək
olur ki, gənclər müasir zamana uyğun peşə seçməlidirlər.
Düşünürəm ki, ölkə
başçısının proqram xarakterli bu
çıxışı bir çox gənclərə özlərinə yol seçməkdə, karyera
qurmaqda əvəzsiz kömək olacaq.
- Son zamanlar rus dili tədrisinə
ehtiyac çox artıb. Məhz buna görə də rus dili
tədris edən müəllimlərin çatışmazlığı
hiss olunur. Sizin təhsil müəssisənizdə
rus dili hazırlığı hansı
səviyyədədir?
-Bəli, bu tendensiyanı
biz də müşahidə
edirik. Bu, rus
dilinə artan maraqdan irəli gəlir. Bizdə həm məktəbəqədər,
həm ibtidai, həm ümumi və tam orta təhsil mərhələlərində
rus dili üzrə hazırlıq
həyata keçirilir.
Yanvar ayından etibarən
MİQ (müəllimlərin işə qəbulu) üzrə də Azərbaycan bölməsi
ilə yanaşı, rus bölməsi üzrə də dərslərimiz başlayacaq.
Rus və Azərbaycan bölməsində yüksək
təhsil vermək bacarığı olan və tədris aparan müəllimlərimiz
var. Müəllim heyətimiz
bütün qüvvəsi
ilə çalışır.
Biz kurs daxilində
çox güclü komanda və mehriban ailəyik.
Fuad Hüseynzadə
Palitra.-2019.-20 dekabr.-S.7.