Krasnoyarskda Nəsiminin
650 illik yubileyi qeyd edilib
Krasnoyarskdakı Qaqarin adına Mədəniyyət Mərkəzində
Prezident İlham Əliyevin imzaladığı
"Böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında"
sərəncama uyğun
olaraq poeziya gecəsi keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının
(RATİ) Krasnoyarsk nümayəndəliyinin
təşkilatçılığı,
Krasnoyarsk Deputatlar Şurasının
millət vəkili,
Krasnoyarsk diyarı Azərbaycan
Milli-Mədəni Muxtariyyətinin
sədri Taleh Mahmudovun dəstəyi ilə baş tutub.
Tədbirdə Krasnoyarsk diyarı qubernatorunun
İctimaiyyətlə əlaqələr
idarəsinin millətlərarasi
şöbəsinin müdiri
Soslan Taimurazoviç Tadtaev,
Krasnoyarsk
diyarının "Xalqlar
dostluğu evi"nin nümayəndəsi
Anatoli Rinçinoviç
Bazarov, həmçinin
RATİ-nin Krasnoyarsk nümayəndəliyinin
və Krasnoyarsk diyarı
Azərbaycan Milli-Mədəni
Muxtariyyətinin fəalları
iştirak ediblər.
Gecəni
RATİ-nin Krasnoyarsk nümayəndəliyinin sədri
Aqil Cəfərov açaraq Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin
"Nəsimi ili"
elan olunduğunu deyib və İmaddədin
Nəsiminin yaradıcılığı
haqqında məlumat verib: "Nəsiminin yaradıcılığı bu
gün insanın mənəvi və əxlaqi keyfiyyətlərinin
yaxşılaşdırılmasında təsirli rol oynayır. Onun xarakteri insan iradəsinin dəyişməzliyinin,
cəsarətinin, qəhrəmanlığının,
əqidəsinə sadiqliyin
simvoludur... Tarixi vətənimiz olan Azərbaycandan uzaqda yaşamağımıza baxmayaraq,
tariximizi, mədəniyyətimizi,
adət-ənənələrimizi dəyərləndiririk, xatırlayırıq,
paylaşırıq... "
Tədbirdə Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin
sədrinin dini işlər üzrə müavini hacı Mütəllib İbişov,
Sibir Federal Universitetinin
tələbəsi Tehranə
İsmayılova şairin
yaradıcılığının dini əhəmiyyəti barədə danışıblar.
Tədbirin davamında Sibir Federal Universitetinin tələbələri və Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəalları İmadəddin Nəsiminin şeirlərini oxuyublar. Sonda "Nəsimi" filmindən fraqmentlər nümayiş olunub.
Fuad Hüseynzadə
Palitra 2019.- 25 dekabr.- S.13.