Mərakeşdə İmadəddin
Nəsiminin 650 illiyinə həsr olunmuş
elmi simpozium
Rabat
şəhərində V Məhəmməd Universitetinin Ədəbiyyat
və Humanitar Elmləri Fakültəsində “İnsanlıq
şairi İmadəddin Nəsiminin 650 illik yubileyi”
mövzusunda elmi simpozium keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Mərakeş
Krallığındakı səfirliyi, V Məhəmməd
Universiteti və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin
birgə təşkil etdiyi tədbirdə mərakeşli
yazıçılar və ədəbiyyatşünaslar,
ictimai xadimlər, tələbələr və jurnalistlər
iştirak ediblər.
Tədbirdə
Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov
çıxış edərək ölkəmizin İslam
dünyası ilə tarixi əlaqələrindən söz
açıb, Orta əsr müsəlman Şərqində fəlsəfi
fikrin inkişafında müstəsna xidmətləri olan
Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi və
Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlər
və dahi şairlərin ümumbəşər ədəbiyyatına
verdiyi töhfələrdən danışıb.
Dahi
Azərbaycanın şairi və filosofu İmadəddin Nəsiminin
həyat və yaradıcılığı barədə məlumat
verən diplomat, Prezident İlham Əliyevin Sərəncamı
ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini
Nəsimi irsinin öyrənilməsi baxımından yüksək
dəyərləndirib.
Diplomat
üç dildə - Azərbaycan, fars və ərəb dillərində
mükəmməl əsərlər yaratmış dahi
şair İmadəddin Nəsiminin
yaradıcılığı və onun irsinin sufi fəlsəfi
fikrinin formalaşmasında və istiqamətlənməsində
mühüm rolundan bəhs edib.
Oktay
Qurbanov bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan
xalqının zəngin irsinin Mərakeş ictimaiyyətinə
çatdırılması ilə yanaşı, müştərək
dini və mənəvi köklərə malik olan
xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına təkan verəcəyinə
inamını ifadə edib.
İmadəddin
Nəsiminin zəngin irsinin Mərakeşdə təbliği
olduğunu qeyd edən V Məhəmməd Universitetinin Ədəbiyyat
və Humanitar Elmləri Fakültəsinin dekanı, professor Cəmaləddin
əl-Hani tədbir əsnasında dinləniləcək elmi məruzələrin
dahi şairin yaradıcılığının daha dərindən
öyrənilməsi baxımından səmərəli
olacağını söyləyib.
Professor
Cəmaləddin əl-Hani rəhbərlik etdiyi fakültənin
tələbələrinin simpoziumda fəal
iştirakını və onların İmadəddin Nəsiminin
yaradıcılığına maraqlarını nəzərə
alaraq, 2020-ci ildə Azərbaycanın mədəni irsinə həsr
olunmuş tədbirlərin keçirilməsini təklif edib.
Simpoziumda
V Məhəmməd Universitetinin professorları elmi məruzələrlə
çıxış ediblər.
Azərbaycan
ilə Mərakeş arasında tarixi, dini, mənəvi
bağlılıqların olduğunu qeyd edən professor
Münəvvər Bubəkir “İmadəddin Nəsimi –
insanlıq dəyərlərinin şairi” mövzusunda məruzəsində
böyük və zəngin Azərbaycan ədəbiyyatının
bəşəriyyətin yaratdığı mənəvi sərvətlər
xəzinəsinə verdiyi töhfədən söz
açdı.
Mərakeşli ədəbiyyatşünas, professor Əl-Mutəməd Əl-Xərraz “İmadəddin Nəsimi – üç dildə universal dəyərlər” mövzusunda məruzəsində bildirib ki, zəngin mənəvi irsə malik olan Nəsiminin əsərlərində insan ləyaqətinə, insan qüdrətinə yüksək inam tərənnüm edilir. Böyük şair Nəsimi insana olduqca yüksək dəyər verir, insanı ən ali varlıq hesab edir. Nəsiminin əsərlərində eşq "təbii sevgi"dən "ilahi məhəbbət" səviyyəsinə yüksəlir. Gözəlliyə gəldikdə isə, Nəsimi gözəlliyin yalnız özünü tanımış və dərk etmiş kamil insanlara xas olduğunu, ümumilikdə insanın gözəlliklə və məhəbbət vəhdəti olduğunu vurğulayır.
Öz məruzəsini Nəsimi
poeziyasından nümunələrlə müşayiət edən
professor şairin əsərlərinin
daha çox Azərbaycan
dilində yazıldığını qeyd
edərək, onların ərəb dilinə tərcümə
edilməsinə ehtiyacın olduğunu bildirib.
Palitra 2019.- 27 dekabr.- S.13.