Azərbaycanlı
yazıçının romanı “İlin
ən çox satılan kitabları”
siyahısında...
Azərbaycanlı yazıçı Elçin
Səfərlinin “İşıq
yanan ev” romanı “Forbes Rossiya” jurnalının “İlin ən çox satılan kitabları” siyahısına daxil edilib.
AZƏRTAC
xəbər verir ki, Rusiyanın “ACT” nəşriyyatında bu ilin iyun ayında
çapdan çıxmış
romanın indiyədək
41 min 300 nüsxəsi, eləcə
də 1109 elektron variantı satılıb. Jurnalın Azərbaycan yazıçısına aid təqdimatında
soydaşımızın yaradıcılığı
yeniyetmələrin həvəs
göstərdiyi “hygge”
anlayışı ilə
Paolo Koelo üslubunun qarışığı adlandırılır,
Elçin Səfərlinin
kitablarında sadə
dildə yazılmış
sevgi hekayələrinin
dənizin səsi, qəhvə qoxusu, isti küləyə büküldüyü deyilir.
Bütövlükdə 12 kitabın yer aldığı reytinqdə birinci yeri yunan
yazıçısı Aleks Mikaelidesin “Susqun pasiyent” əsəri tutur.
Kitabın bu il 89,4 min nüsxəsi satılıb. İkinci və üçüncü
yerləri Rusiya yazıçısı Dina Rubina və norveçli Yu Nesbyo bölüşdürülər.
Palitra 2019.- 27 dekabr.- S.16.