Tramp administrasiyası Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə diqqət nümayiş etdirdi

Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan-ABŞ münasibətlərinin rolu beynəlxalq ekspertlərin də diqqətini çəkir. Belə ki, Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys “Trend”ə deyib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir.

Onun sözlərinə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, eləcə də regiondaonun hüdudlarından kənarda təhlükəsizlik məsələlərinin həlli üçün yaxşı imkan idi: “Con Boltonun telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir. Prezident Donald Trampın administrasiyası növbəti dəfə Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə diqqət nümayiş etdirdi”.

ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən danışan ekspert vurğulayıb ki, iki ölkə arasında ənənəvi ittifaq Qafqaz regionunda vəziyyətin sabitləşməsinə, Azərbaycanın suverenliyinin dəstəklənməsinə xidmət edir: “Azərbaycan dünyanın iri iqtisadiyyatlarının etibarlı tərəfdaşıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla reallaşdırılması Azərbaycanı regionda aparıcı müttəfiqə və Avrasiya nəqliyyat yolları üzərində əsas tərəfdaşa çevirdi”.

“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşdığını görmək mümkündür

Bu haqda politoloq Qabil Hüseynli isə “Azadinforma açıqlamasında deyib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşdığını görmək mümkündür: Bu fəallıq özündə müəyyən pozitiv elementləri birləşdirir. Əsas fərqli cəhət ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazdakı münaqişəli məsələləri həll etmədən burada hər hansı bir uğur qazanmağın mümkünsüz olduğunu başa düşür. Xüsusən Azərbaycanın İranla sərhəddəki bölgələrinin işğal altında olması və bu bölgələr vasitəsilə İranın Ermənistanla təmaslarının durmadan artması düşündürücü faktdır. Bu da ABŞ-ın diqqətindən yayınmır”.

O bildirib ki, Dağlıq Qarabağ problemi regiondakı iki dövlətin - Ermənistanın və Azərbaycanın Rusiyanın təzyiqlərinə məruz qalmasında əsas səbəblərdən biri olduğunu ABŞ yaxşı bilir: “Rusiya ziddiyyətli məqamlardan istifadə edərək hər iki dövləti öz cazibə qüvvəsində saxlamağa çalışır. Bu səbəbdən də ABŞ bölgədəki gərginliyi zəiflətməyə və gərginliyin zəiflədilməsi prosesinin başlanğıcını Dağlıq Qarabağ ətrafındakı problemin səngidilməsində görür”. Politoloq əlavə edib ki, ABŞ proseslərə həmlə edirmövcud status-kvonu dəyişməyə çalışır: “Onun tərkibində olan 7 rayonun dərhal erməni işğalından azad edilməsi məsələsini ön plana çəkməsi diqqət çəkicidir. Bu, Azərbaycanla bağlı istəklərin hamısı demək olmasa da Rusiyadan fərqli olaraq ABŞ erməni işğalına işarə edib onu barmaqla göstərir. Eyni zamanda işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını açıq surətdə söyləyir. Bu nöqteyi-nəzərdən ABŞ-ın indiki status-kvonun dəyişdirilməsinə yönəlik səyləri Rusiyanınkından daha konstruktiv görünür. Mən ABŞ-ı idealizə etmək fikrində deyiləm, amma digər “super gücdən” fərqli olaraq ABŞ ortaya konstruktiv mövqe qoyması ilə səciyyələnir. Zənnimcə, bu konstruktivliyi axıra qədər davam etdirsə və onu beynəlxalq hüquq normaları ilə əlaqələndirsə problemə xeyli təkan vermiş olar. Proseslər hələ başlanğıc mərhələsindədir. Onun necə gedəcəyi barədə dəqiq fikir söyləmək çətindir, lakin ABŞ-ın Dağlıq Qarabağ məsələsinə 2000-ci ildən sonra 2-ci həmləsidir və bu həmlənin daha uğurlu olması arzusundayıq”.

“Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlılarının razılığı olmadan danışıqlar prosesində iştirak edə bilməyəcəklər”

Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu “Azadinformdeyib ki, Dağlıq Qarabağda qaçqınlarla məşğul olan təşkilatın rəhbəri Sarasar Saryan Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışına dair Ermənistan tərəfinin təhtəlşüur mövqeyini təkrarladı: “Bu mövqe diqqətli ekspertlər üçün gizli deyil. 2011-ci il Kazan görüşü ərəfəsində Ermənistanın ortalığa qoyduğu, amma mətbuatda az işıqlandırılan məsələlərdən biridir. O zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağın statusunun müəyyən olunmasına “razılıq vermişdi”. Referendum keçirilməli və Dağlıq Qarabağın azərbaycanlıları üçün səsvermə indiki məskunlaşdıqları ərazilərdə təşkil edilməli idi. Kazan variantı rədd edildisonradan da bu mövzuda ortalığa qoyulan məsələlər rədd olundu”.

O bildirib ki, beynəlxalq hüquq, o cümlədən vasitəçilər Dağlıq Qarabağdan azərbaycanlıların deportasiyasına heç vaxt haqq qazandıra bilməyəcək: “Beynəlxalq vasitəçilərin Ermənistana, erməni tərəfinə ən böyük güzəşti deportasiya məsələsinə görə Ermənistanı beynəlxalq məhkəməyə verməməsidir. Mağara millətçiliyi erməni fəalına bu sadə həqiqəti dərk etməyə imkan vermir. Ermənistan tərəfinin kütlülüyü və hadisələrin inkişafı belə davam edərsə beynəlxalq vasitəçilər Ermənistanı məhz azərbaycanlıların Dağlıq Qarabağdan deportasiyasına görə beynəlxalq məhkəməyə verə bilərlər. Yeri gəlmişkən, Azərbaycan özü də artıq bu barədə qətnamə hazırlayıb. İlkin olaraq AŞPA-da qətnamə legitimləşməlidir”.

Politoloq əlavə edib ki, S.Saryanın Dağlıq Qarabağ mətbuatına verdiyi müsahibədə diqqət çəkən digər məsələlər də var: “Əvvəla, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan erməni qaçqınlarını beynəlxalq kömək və müdafiədən məhrum etməkdə ittiham olunur. Məlumdur ki, Ermənistanın özündə 300 minə yaxın Azərbaycandan köçmüş milliyyətcə erməni qaçqın yaşayırdı. Sonradan bunlar “yenidən” qaçqın oldular. Ermənistanda Azərbaycandan təxminən 100 min nəfər qaçqın qalıb. Saryan Ermənistandakı erməni qaçqınların probleminin həll olunmadığını görmürmü? Ermənistandakı qaçqınlara beynəlxalq yardım, müdafiə təmin olunubmu ki, Dağlıq Qarabağda da yaşayan erməni qaçqınlarına belə kömək və yardım aktuallaşdırılır?! Dağlıq Qarabağ azərbaycanlılarının sərbəst yerdəyişmə hüququna Ermənistanın qoyduğu maneələr beynəlxalq hüquqa uyğundurmu? Ermənilər hansı imtiyazlarına görə belə xüsusi münasibətə iddia edirlər? Əslində, beynəlxalq aləm real vəziyyəti bilir. Ermənistan tərəfinin danışdığı hər yalan uydurma tarixlərindən bir kərpic qoparır, o cümlədən beynəlxalq aləmdə Ermənistanın özünə ciddi zərbə vurur. İkincisi, Sovet dövründə Azərbaycandan olan qaçqınlara yardım olunması ilə bağlı yayılan fikirlər də absurddur. Digər tərəfdən danışıqlarda üç tərəfin iştirakı ilə bağlı fikirlər də belə absurdlardan biridir. Dəfələrlə deyilib ki, danışıqlarda 2 və ya 4 tərəf iştirak edə bilər. Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlılarının razılığı olmadan danışıqlar prosesində iştirak edə bilməyəcəklər və əksinə. Bundan başqa, erməni qaçqınlar Azərbaycana qayıda bilməz, guya Azərbaycanda erməniyə nifrət dövlət siyasəti ranqındadır. Bu, çoxmillətli və çoxdinli Azərbaycana monoetnik, monokonfessional Ermənistanın qarayaxmasıdır”.

Fuad Hüseynzadə

Palitra  2019.- 2 fevral.- S.11.