“Düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır”

Dünya mediasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılar artmaqdadır. Özbəkistanın tnews.uz portalı “Berlin Economics” şirkətinin tədqiqatları əsasında rus dilində “Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Ermənistan iqtisadiyyatı nələri itirəcək” sərlövhəli məqalə yayıb. AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tam tənzimlənməsinin Ermənistana iqtisadi, sosial və digər sahələrdə gətirəcəyi faydalardan bəhs edilir. Qeyd olunur ki, münaqişə ilə əlaqədar Ermənistana sərmayə qoymaq istəyən şirkətlərin sayı çox azdır. Əgər münaqişə həll olunsa, Ermənistana investisiya qoyuluşu da artar. Həmçinin Ermənistanın Türkiyə ilə ticarət əlaqələri də qaydaya düşər.

Məqalədə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi barədə ətraflı məlumat verilir. Münaqişə nəticəsində ölənlər, yaralananlar, dağıdılan abidələr, muzeylər haqqında söhbət açılır.

Ukrayna saytında azərbaycanlı jurnalistin Xocalı soyqırımı barədə məqaləsi yayılıb

Ukraynanın versii.com saytında isə AZƏRTAC-ın Ukrayna, BelarusMoldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı faciəsi ilə bağlı “Sözün bitdiyi an!” sərlövhəli məqaləsi yayılıb.

Müəllif yazır ki, XX əsrin sonlarında Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətlərdən biri hesab olunur. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir. Xocalı faciəsi heç vaxt tarixi yaddaşdan silinməyəcək.

Statistik rəqəmlərlə zəngin olan məqalədə qeyd edilir ki, Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artmaqdadır. Bu günə qədər Xocalı soyqırımı dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və qınanılıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı 13 sənəd qəbul edib.

Azərbaycan dövləti, dünya azərbaycanlıları Xocalı faciəsi ilə bağlı həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq, bu qırğını xalqımıza qarşı soyqırımı kimi qəbul etdirmək məqsədilə məqsədyönlü və davamlı fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və informasiya kampaniyası çərçivəsində həyata keçirilən işləri xüsusi vurğulamaq lazımdır.

Hazırda Azərbaycanın 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu yazan müəllif bildirir ki, Ermənistan tərəfindən vurulan mənəvi və psixoloji zərərdən əlavə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına yüz milyardlarla dollardan çox ziyan dəyib.

“Ermənistan dövləti bu gün diaspordan olduqca asılı olan ölkələrdən biridir

Bu arada Nikol Paşinyan Almaniya səfəri zamanı yenə sərsəm fikirlər səsləndirib. Bununla bağlı Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov “Azadinforma deyib ki, Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridir: “Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra uzun müddət idi ki, Avropadan maliyyə yardımı istəyirdi. Düzdür, Avropa Ermənistana cüzi miqdarda maliyyə ayırmışdı. Lakin onun bundan əvvəlki Avropaya səfəri uğursuzluqla nəticələnmişdi. Bu dəfə isə Paşinyanın Almaniya səfəri “Der Spiegelbaşda olmaqla ölkə KİV-lərində Ermənistanın mafioz qruplarının Almaniyada qeyri-qanuni olaraq cinayətlərdə günahlandırılması fonunda baş verib”.

O bildirib ki, Paşinyan adətən getdiyi bütün ölkələrdə erməni diasporu ilə görüşlər keçirir: “Bu onunla əlaqəlidir ki, Ermənistan dövləti bu gün diaspordan olduqca asılı olan ölkələrdən biridir. Diasporun Paşinyanının tərəfində durmağı, yanında yer alması onun üçün idi ki, daxili mübarizədə Paşinyan çox önəmlidir. Əslində hələ ki, Rusiyanı çıxmaq şərti ilə dünyəvi Ermənistan diasporu Paşinyanın yanındadır”.

Politoloq qeyd edib ki, Almaniya ümumilikdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişə ilə bağlı Almaniyanın mövqeyi Ermənistanda bəyənilmir: “Paşinyanın son bir neçə gün ərzində, o cümlədən Almaniyada səsləndirdiyi bəyanatlar onun necə ikiüzlü siyasətçi olduğuna dəlalət edir. Paşinyan təbii ki, münaqişə ilə bağlı gah elə, gah belə bəyanatlar verməklə bəzən münaqişənin alovlanmasında maraqlı olduğunu göstərir. Amma odla oynamaq olmaz. Azərbaycan münaqişədə zərərçəkən bir şəxs kimi, hansı ki bu illər ərzində əslində kompromisə getməklə elə Azərbaycan tərəfi məşğul idi. Ermənistan ərazi bütövlüyünü açıq-aşkar şəkildə pozur. Digər tərəfdən BMT-nin qətnamələrini pozurutanmadan kompromisdən danışır. Ermənistan yaxud onun dövlət başçısı kompromisdən danışaraq Cənubi Qafqazda vəziyyəti gərginləşdirməklə məşğuldur”.

“Azərbaycanın ədalətli mövqeyi dəstəklənir”

Politoloq Elşad Mirbəşiroğlu isə SİA-ya açıqlamasında deyib ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı provokasiya xarakterli bəyanatlar verirdi. Həmçinin də onun fikirlərində aşkar parodoksallıq var idi: “Yəni bəzən bir fikir deyirdi daha sonra isə özü başqa fikri ilə onu təkzib edirdi. Təbii ki, bu da Paşinyanın münaqişənin tənzimlənməsi istiqamətində gələcək hərəkətləri ilə bağlı qeyri-müəyyənlik yaradır. Paşinyan təbii ki, “Qarabağ kartı”ndan istifadə etməkdə israrlı görünür. O öz hakimiyyətini möhkəmlətmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bir alət kimi görməkdədir”.

Politoloqun sözlərinə görə, onun Almaniyaya səfəri zamanı da Paşinyan münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər ona dəlalət edir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirəcəkdir: “Ərazisini itirmiş Azərbaycan tərəfindən hansısa kompromis gözləyən işğalçı rejimin rəhbəri ilə hansı konstruktiv danışıqlara getmək olar? Bu başdan demək olar ki, Paşinyanla hansısa danışıqlar qeyri-konstruktiv xarakterli olacaq. Bu baxımdan hesab edirəm ki, münaqişənin tənzimlənməsi istiqamətində işğalçı rejimi işğalçılıq siyasətindən əl çəkməyə məcbur edəcək başqa səviyyələrdə addım atılmalıdır. Təbii ki, Azərbaycan hərbi, siyasi cəhətdən Ermənistandan qat-qat üstündür. Bunu Ermənistan da dərk edir. Paşinyanın səsləndirdiyi fikirlər əsasən blef xarakteri daşıyır. Paşinyan artıq bilir ki, Azərbaycanın beynəlxalq səviyyədə ciddi dəstəyi mövcuddur və Azərbaycanın ədalətli mövqeyi dəstəklənir”.

“Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib

Millət vəkili Musa Qasımlı isə SİA-ya açıqlamasında deyib ki, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Ermənistan Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib. Onun sözlərinə görə, Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib: "Cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi "hücum diplomatiyası"nın həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub. Xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər göz önündədir. Lakin biz kifayətlənməməliyik. Səylərimizi daha da artırmalıyıq. Çünki düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır".

Fuad Hüseynzadə

Palitra.-2019.-5 fevral.-S.11.