“Modul tipli sutəmizləyici qurğuların
quraşdırılması əhalinin sosial
rifahının yaxşılaşdırılmasına səbəb
olacaq”
Günel İbrahim:
“Ölkənin
regionlarında modul tipli
sutəmizləyici qurğuların
quraşdırılmasının gələcəkdə də
davam etdirilməsi keyfiyyətli içməli
su ilə bağlı problemləri olan yaşayış məntəqələrini
ekoloji cəhətdən təmiz su ilə təmin edəcək”
Etika Akademiyasının rəhbəri, hüquqşünas və Britaniya təhsilli HR Günel İbrahim Azərbaycanın 10 kəndini içməli su ilə təchiz edib. Günel İbrahim “Palitra”ya müsahibəsində həyata keçirdikləri layihə haqqında geniş məlumat verdi.
- Günel
xanım, necə oldu regionlarda
içməli su layihələrini
reallaşdırdınız?
- Ünsiyyət qurmaq bacarığı, fikirləri doğru ifadə edə bilmək danışıqların özəyidir. Etika Akademiyasının rəhbəri kimi bir çox iaşə obyektlərinə, insan resurslarına təlimlər veririk. Bir çox şirkətlər ölkəmizə öz korporativ məsuliyyətlərinə xüsusi fikir verirlər. Onlarla apardığımız danışıqlar sayəsində təhsilə, aztəminatlı ailələrə, internat məktəblərinə və su problemləri olan regionlara dəstək durmağa çalışırıq.
- Niyə məhz
içməli su problemlərimizə aid layihələr və bu
nə qədər vacibdir?
- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır. Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə görə respublikamız Cənubi Qafqazın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda 8300-dən artıq irili-xırdalı çay var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda, ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə başlanılıb. Bu məqsədlə ölkə Prezidentinin tapşırığı ilə "İçməli su" Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun 50-yə yaxın inzibati ərazi tədqiq olunub. Rayonlarda - Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilib. Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq.
Bu məsələyə aid bir çox özəl şirkətlər, qurumlar öz KSM-ni məhz su layihələrinə xərcləyirlər. QHT-lər bu layihələrin icrasında önəmli rol oynayırlar.
- Rəhbərliyini
etdiyiniz içməli su
təminatı üzrə layihələr bir
şirkətdir, ya bir
neçə?
- Sırf su üzrə layihəmizin 80% maliyyə dəstəyini JTİ (Japon Tabacco İnternational) alırıq. Digər hissəsini öz təşkilatımızın büdcəsi hesabına həyata keçiririk. Mən Etika Akademiyasından əlavə Milli QHT Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilatımız çərçivəsində layihəni icra edirik. Son 4 ildir İsveçrədə yerləşən, nümayəndəliyi Bakıda da olan JTİ ilə partnyorluq edirik. 2014 -2018 illəri ərzində 10 rayonda layihə icra etmişik. 50000-dən artıq əhalini əhatə edə bilmişik.
- Günel
xanım, layihə hansı rayonlarda icra edildi?
- Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi, Tovuz və Samux rayonlarıdır. Bu il daha 3 kənd nəzərdə tutulub.
İlk rayonumuz Kürdəmir rayonunun Qarasaqqal kəndi idi. O kənddə kanal suyun təmizlənməsi ilə içməli su əldə edə bildik. Çox çirkli olduğuna görə bizdən öncə də cəhd edənlərin qurğuları qırılırdı. Lakin son müasir ionlaşdırma texnologiyasından istifadə edərək davamlı içməli su mənbəyi əldə edə bildik. Bu layihəm Amerika Ticarət Palatası tərəfindən birincilik əldə etdi. Digər xüsusi yadda qalan və həssaslıqla yanaşdığımız Ağdam rayonun Dörd yol kəndi idi.
- Bir
layihəni neçə müddətə icra
edirsiz? Bir xanım olduğunuzu da nəzərə
alaraq tikinti,
qazıntı işlərini idarə etmək çətin gəlmir?
-Bir layihə təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır, əgər bu subartezian quyusudursa, təxminən 85 -95 metr dərinlikdən su əldə edilir. Nasosnan üzə çıxarılır. Tonlarla çən quraşdırılır. Əgər suyun təmizlənməsidirsə, xüsusi qurğular qurulur və tam içməli su əldə edilir.
Xeyr, artıq çətin gəlmir. İlk layihələrimdə daha çox həyəcanlı idim. Artıq 10 kənddə layihənin idarəsi və icrası təcrübə qazandırıb. Mütəxəssislərdən ibarət komandamız var. Bu geoloqlardı, tikinti üzrə peşəkarlar və su üzrə ekspertlərdir.
- Günel
xanım, işlərinizdə uğurlar arzu edirik. Sonda demək istədiyiniz bir fikir varmı?
- Diqqətinizə görə
təşəkkür edirəm.
Regionlarımızın sosial iqtisadi
inkişafı və rifahı üçün
ölkə başçısı
cənab İlham Əliyev daim sərəncamlar verir, maliyyə ayırır, diqqət yetirir. Biz də öz vəzifə borclarımızdan
kənar sosial məsuliyyətimizi tam dərk
etsək və töhfəmizi versək buna daha sürətlə
nail olacağıq.
Fuad Hüseynzadə
Palitra.-2019.-5 fevral.-S.7.