“Ermənistanın xilas yolu ancaq Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasından ibarətdir”

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışılqar aktivləşib. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davos forumu çərçivəsində bir daha görüşü oldu. Milli Məclisin Dini qurumlarictimai birliklər Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov SİA-a müsahibəndə Qarabağ danışıqları ilə bağlı Paşinyanın mövqeyi ilə bağölı sualı da cavablandırıb. O deyib ki, Dağlıq Qarabağ məsələsində bir yenilik var: “Bu da ondan ibarətdir ki, Ermənistanda Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gələnlərin hamısı vəzifədən uzaqlaşıb. Onlar imkan vermirdi ki, Qarabağ münaqişəsi həll olunsun. Çünki həll ediləndə onlara yer olmayacaqdı. Bəzilərinin həbsi, bir qismi barədə cinayət işinin qaldırılması onu göstərdi ki, bu insanlar təkcə Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində deyil, eyni zamanda Ermənistanda da kifayət qədər cinayətlər törədiblər. Təəssüf ki, beynəlxalq təşkilatlar buna çox laqeyd münasibət bildiriblər. Bu gün Ermənistan çox acınacaqlı vəziyyətdədir. Qərb dövlətləri, o cümlədən ABŞ Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa çalışır. Söhbət Azərbaycana olan münasibətdən getmir”.

Siyavuş Novruzov bildirib ki, məsələ Ermənistanın xilas yolu ilə bağlıdır: “Ermənistanın xilas yolu ancaq Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasından ibarətdir. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi həll edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Cənab Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər Ermənistanla hər hansı bir kommunikasiya, iqtisadi-siyasi əlaqə ola bilməz. Tamamilə düzgün və yerində olan siyasətdir. Paşinyan yox, bir başqası da gəlsə görəcək ki, imkan yoxdur. İqtisadiyyat yoxdur, müəssisələr işləmir, sosial problemlər həll olunmur, əhalinin vəziyyəti acınacaqlıdır, hər il 100 minə yaxın insan Ermənistanı tərk edir, turizm sektoruna heç kəs yaxın durmur, istehsal müəssisəsi yoxdur, istehsal olsa belə, çıxış yolları məhduddur.

Bütün bunların hamısı ona gətirib çıxarır ki, münaqişə öz həllini tapmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri xeyli dərəcədə aktivləşib. Ermənistan orcusunda vəziyyət acınacaqlıdır, təchizat və psixoloji baxımdan vəziyyət yaxşı deyil, hərbçilərin böyük əksəriyyəti Dağlıq Qarabağ ərazisinə xidmətə gəlmək istəmir, analar sual verir ki, övladımın Qarabağdaişi var? Paşinyan hələ işin içində deyil, gərək danışıqlar prosesini öyrənə, Özünə heç olmazsa yaxşı müşavirlər götürməlidir ki, onu başa salsınlar.

Çünki özü dərin adam deyil. Dünya, Avropa, ölkə siyasətindən başı çıxmır. Bu da təbii ki, zaman aparır. Hesab edirəm ki, münaqişənin həlli çox da uzaqda deyil”.

Münaqişənin həlli prosesində Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa hazırıq

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin sədri Tural Gəncəliyev isəPalitra”ya açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur: “İlk olaraq bunu Ermənistanın həyata keçirdiyi təcavüz işğal siyasəti nəticəsində doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər. İnanırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə regionda nəinki hərbi siyasi təhlükəsizlik sabitlik bərpa olunar, habelə regionun iqtisadi, humanitar digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər”.

O bildirib ki, bu müstəvidə 2019-cu ilin yanvarında Brüsseldə aparılmışDağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana Azərbaycana iqtisadi təsiriadlı araşdırmanın təqdimatı diqqəti cəlb edib: “Sözügedən araşdırma mənzil-qərargahı Berlində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək bu, hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən on il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”.

T.Gəncəliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz bu məntiqə şərik çıxdığımızı məhz belə yanaşmanı dəstəklədiyimizi bildirmək istərdik. Münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib.

Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək, biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa təmas qurmağa hazır olduğumuzu, müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi humanitar əlaqələrin bərpa olunmasına töhfəmizi verməyə hazırıq.

Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin doğma torpaqlarınaDağlıq Qarabağa təhlükəsiz ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin edilməlidir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar”, - deyə İctimai Birliyin sədri diqqətə çatdırıb.

Ermənistanın yeganə çıxış yolu kimdənsə pul qopartmaq, maliyyə yardımı almaqdır

Yeri gəlmişkən, Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Bu “Azadinform”a deyib ki, Ermənistanda hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət demək olar ki, keçmiş hakimiyyətin yürütdüyü siyasətin davamıdır. O bildirib ki, Ermənistanın yeganə çıxış yolu kimdənsə pul qopartmaq, maliyyə yardımı almaqdır: “Çünki təbii resursları var, başqa bir gəlir mənbələri. Ermənistan bütün layihələrdən təcrid olunmuş vəziyyətdədir. Nikol Paşinyan Almaniya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra ziddiyyətli bəyanatlar verib. Guya ki, bu məsələnin həlli üçün uzun müddət tələb olunur. Angela Merkel bunu təsdiqlədi. Bəs indiyə kimi uzun müddət deyildimi? 25 ildən artıqdır ki, bu məsələ uzanır, kifayət deyil? Paşinyanın bəyanatları o qədər ziddiyyətlidir ki, Ermənistanda da onun özünə, çıxışlarına qarşı narazılıqlar müşahidə olunur. Hətta xarici işlər naziri parlamentə çağırılıb ki, gəlib bu prosesin vəziyyətdə olduğunu, indiki hakimiyyətin bu bəyanatlarla demək istədiyini məruzə etsin. Əslində bu bir reallıqdır. Heç düşünmürəm ki, Almaniya bu məsələdə Ermənistana hər hansı bir yardımçı rol oynasın”.

Fuad Hüseynzadə

Palitra  2019.- 6 fevral.- S.11.