Ömrü şərəflə yaşayan müəllim

Esmira Məmmədova |

Pedaqogika üzrə fəlsəfə doktoru

 

Necə başlayacağımı bilmirəm. Sizin haqqınızda öz xatirələrimi qələmə almaq çox çətindir...

Sevdiyin, şəxsiyyətinə, mənliyinə böyük hörmət və ehtiram bəslədiyin, fəaliyyətini özüm üçün örnək saydığın bir insanın ömür yolu barədə düşünmək nə qədər asandırsa, düşündüklərini hissə qapılmadan, doğru-düzgün qələmə almaq bir o qədər çətindir, mürəkkəbdir....

İnsan var ki, onu qohum-əqrabasından başqa heç kəs tanımır. İnsan var ki, az görüb çox tanınmağa çalışır. İnsan da var ki, daim qəlbini yüksək mənəviyyatı ilə zənginləşdirir,özünü təkmilləşdirir, müdrikliyini, qüdrət və cəsarətini artırır. Özü şam kimi ərisə də, öz ömrünü çıraq edib milyonların yolunu işıqlandırır, qəlbinə, idrakına nur saçır. Yorulmaz fəaliyyətindən, iz salan əməllərindən başqalarına da pay düşür. Müasirlərini,xələflərini doğru yola istiqamətləndirir.Vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Xoşbəxtlik, səadət təlqin edən düşüncələri ilə hamının hörmət və ehtiramını qazanır.               Mən tam qətiyyətlə deyərdim ki, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Vəli oğlu Tanrıverdiyev məhz sonunculardandır. Qəti sözü, aydın fikri, orijinal yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı, düz ilqarı olan professor barədəki düşüncələrimi kağıza köçürmək istərkən xəyalım məni çəkib beş il əvvələ apardı...

2014-cü il oktyabr ayının 28-i idi. Unutmayacağım bir tarix. Həmin gün pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağım üçün ADPU-nun kiçik akt zalında müdafiəm təşkil olunmuşdur.Mən böyük alimlərin, professor-müəllim heyətinin qarşısında həyəcanlı çıxışımı başa vurub titrəyə-titrəyə yerimdə əyləşdim. Çıxışımdan sonra professor Fərrux Rüstəmov: “İndi isə söz Azərbaycan dili onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyevə verilir”-dedikdə, məni dəhşətlihəyəcan hissi bürüdü. Çünki qiyabi olsa, Əzizxan müəllimin elmi fəaliyyəti, çoxşaxəli yaradıcılığı, xüsusən Azərbaycan dilinin tarixi qrammatikasını necə dərindən bildiyi haqqında məlumatım var idi.

Tribunada Əzizxan müəllim dissertasiya işimlə bağlı çıxış etdi əyləşdi. Onun mənim işimlə əlaqədar söylədiyi bütün fikirlər hələ yadımdadır. Professor Əzizxan Tanrıverdinin natiqlik məharətinə, səlis aydın nitqinə heyran olmuşdum. Ürəyimdə fikirləşirdim. Belə bir müəllimin tələbəsi olmaq mənə niyə nəsib olmamışdır?...

2016-cı ildə talehməni Əzizxan müəllimlə bir görüşdürdü. Mən onun tələbəsi olmasam da,rəhbərlik etdiyiAzərbaycan dili onun tədrisi metodikası”kafedrasının müəllimi oldum. Bu həqiqətən , mənim əlçatmaz arzum idi. Professor Əzizxan Tanrıverdi ilə çiyin-çiyinə çalışmaq həm çətin, həm şərəfli idi. Belə bir pedaqoqun, dilçi alimin kafedrasında işləmək böyük məsuliyyət tələb edirdi.

Az müddət olsa da, mən professor Əzizxan Tanrıvedidən çox şey öyrəndim. Onun Azərbaycan dil metodikası haqqında dəyərli, əvəzolunmaz fikir təkliflərindən yararlanmamaq qeyri-mümkündür.

Hadisələri qabaqlama, proqnoz vermə cəhətdən Əzizxan müəllim başqalarında fərqlənirdi. Gənclərə dəstək olması, hər zaman bizə kömək etməsi, metodik cəhətdən tövsiyələr verməsi Əzizxan müəllimin sadə, təvazökar olmasından xəbər verirdi.

Yazdığı məqalələr, “Kitabi-Dədə Qorduqdastanı haqqında çap etdirdiyi kitablar bizə verdiyi ən qiymətli xəzinədir. OnunAzərbaycan dilinin tarixi qrammatikasıkitabı Azərbaycan dili müəllimlərinin stolüstü kitabına çevrilib.

Bu gün tam əminliklə deyə bilərəm ki, prof. Əzizxan Tanrıverdi Azərbaycan dilinin inkişafında, Azərbaycan dili onun tədrisi üzrə metodist alimlərin yetişməsindəolduqca böyük rola malikdir.O, elmdə prinsipial, insanlarla münasibətdə xeyirxah idi. Ünsiyyətdə olduğu adamların dərin hörmətini qazanmağa qabil bir müəllim idi. Hamıda heyranlıq doğuracaq bu hisslər Ulu Tanrıdan ona bəxşiş idi desəm, heç yanılmaram. Prof. Əzizxan müəllim zəngin təcrübə nüfuz sahibi olması ilə digər ziyalılardan seçilirdi. Qəlbi açıq, düşüncəsi aydın, niyyəti təmiz idi.Bizə belə olmağı tövsiyə edirdi.

Sağlığında prof. Əzizxan müəlliməyubiley münasibəti ilə yazdığım təbrik məktubunu vedim.O, təbriki oxuyub səmimi sözlər yazdığıma görə mənə təşəkkürünü bildirmişdi. Heç inanmazdım ki, hörmətli müəllimim haqqında keçmiş zamanda danışacam. Onun sitatlarından, tövsiyələrindən hələ yararlanıram. Auditoriyada Prof. Əzizxan müəllim haqqında danışmaq, onun gördüyü işləri, dərsliklərini nümunə göstərmək mənim üçün böyük şərəfdir. Çox şanslı biri oldum ki, Əzizxan müəllimlə eyni kafedrada çalışdım. Tələbəsi olmasam da, özümü prof.Əzizxan Tanrıverdi yanında tələbə hiss edirdim. Onun söylədiyi çıxışlardan həmişə nəsə öyrənməyə çalışırdım.

Qismət olmadı, onunla birgə işləmək, daha çox şey öyrənmək. Amansız xəstəlikdən qurtula bilmədi. Hətta xəstəliyi belə özünə yaxın buraxmırdı. Mübarizə aparırdı. Mən sağlamam. Mənə heç olmayıb. Narahat olmayındeyirdi. Bu gün aramızda yoxdur. Haqqında şeirlər, poemalar, məqalələr, kitablar yazılır yazılmaqdadır. İnanıram ki, Əzizxan müəllimin tələbələri, qalaq-qalaq kitabları daima onu ürəklərdə yaşadacaq!

Ustad, fikrimi necə tamamlayım bilmirəm. Yaşasaydınız 60 iliyinizi qeyd edəcəkdik. Hətta kafedramızda bununla bağlı hazırlıq işlərini belə planlaşdırırdıq... Bilmirəm daha deyim, necə deyim...Sizə Allahdan rəhmət diləyirəm! Yeriniz cənnət olsun! Yoluma işıq saçan müəllimim!

Palitra  2019.- 6 fevral.- S.13.