Ermənistan dövlətinə
rəhbərlik etmiş cinayətkar xunta Azərbaycan xalqına qarşı böyük cinayətlər törədib
Bir sıra beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartları istiqamətində siyasətlərini davam etdirirlər. Xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmirlər. Misal olaraq qeyd edək ki, Ermənistanda “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, jurnalist Mqer Yeqiazaryan uzun müddətli aclıq aksiyasından sonra öldü.
Olmayan bir hadisəyə görə Azərbaycanın ünvanına şər-böhtan danışan avropalı siyasətçilər Ermənistanda baş verən bu hadisəyə göz yumdular... Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova AZƏRTAC-a müsahibəsində deyib ki, bu hadisənin özü belə bəzi beynəlxalq təşkilatların və siyasətçilərin, o cümlədən Avropa Parlamentinin ikili standart siyasətinin açıq bir təzahürüdür: “ Mən və nümayəndə heyətimizin üzvü Cavanşir Feyziyev də keçirilən görüşlərdə bununla bağlı kəskin etiramızı bildirdik. Çox təəssüf ki, demokratiyadan, insan hüquq və azadlıqlarından dəm vuran bir çox beynəlxalq təşkilatların və siyasətçilərin Ermənistanda baş verən qanunsuzluqlara, cinayətlərə münasibətdə susqun qaldıqlarını, gözardı etdiklərini birinci dəfə deyil ki, müşahidə edirik. Sirr deyil ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll edilməmiş qalması, işğal faktının aradan qaldırılmamasının başlıca səbəblərindən biri də elə bu cür ədalətsiz, ikili standartlara yönəlmiş münasibətdir. Çünki Azərbaycan torpaqlarını işğal edən, bu zaman soyqırımı törədən və bunu hətta dövlət başçısı səviyyəsində etiraf edən bir dövlətə qarşı, onun işğalçılıq siyasətinin aradan qaldırılması ilə bağlı hər hansı təsirli tədbir görülməyib. Hətta bəzi hallarda o dövlətin mükafatlandırıldığını, işğalçılıq siyasətinin təşviq olunduğunu da müşahidə etmişik. Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış terrorçu rejimə dəstək məqsədilə bu bölgəyə qeyri-qanuni səfərlərin təşkil olunması, bir çox dövlətlərdə təşkil olunan telemarafonlar vasitəsilə onlara maddi yardımların toplanması buna bariz sübutdur”.
O bildirib ki, Ermənistan dövlətinə rəhbərlik etmiş cinayətkar xunta təkcə Azərbaycan xalqına qarşı böyük cinayətlər törətməyib: “Bu gün ortaya çıxan faktlar və sübutlar bu hərbi canilərin öz xalqına qarşı da misilsiz cinayətlər törətdiyini göstərir. Amma Avropa Parlamenti və bu qəbildən olan bir sıra beynəlxalq təşkilatlar bu cinayətlərə göz yumub və bu, qətiyyən qəbuledilməzdir. Elə həmin siyasətçilər də bu gün Ermənistanda bir jurnalistin, siyasətçinin sırf siyasi mövqeyinə görə həbs olunması və həbsdə aclıq aksiyası səbəbindən ölməsi faktını susqunluqla qarşılayır, amma olmayan hansısa bir hadisəyə görə Azərbaycanı ittiham edirlər. Əlbəttə, Azərbaycana qarşı belə təzyiq üsulları ilə hər hansısa nəticə əldə edəcəyini düşünənlər yanılırlar. Çünki Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.
Bu arada
Nikol Paşinyan
danışıqlar zamanı ərazilərin
boşaldılması məsələsinin müzakirə
olunmadığını bildirib. Bununla
bağlı millət vəkili Azər Badamov
SİA-ya müsahibəsində deyib ki, Nikol
Paşinyan danışıqlar zamanı ərazilərin
boşaldılması müzakirə olunmadığını
bildirsə də, görüşlərdə işğal
olunmuş ərazilərin
boşaldılmasından danışılır: “Çünki, danışıqların əsas
predmeti işğal olunmuş Azərbaycan torpaqlarının
boşaldılmasından ibarətdir. Ermənistanla Azərbaycan
arasında danışıqlar üçün
ayrı bir mövzu yoxdur. Bu gün Azərbaycan üçün Paşinyanla
danışıqların bir məqsədi
var ki, işğala
son qoyulsun ,
Dağlıq Qarabağ və onun ətrafında işğal
olunmuş rayonlarda sülh bərpa edilsin və
oralarda da sosial - iqtisadi infrastruktur layihələri icra
edilsin və ordakı vətəndaşlarımız
da adam kimi
yaşaya bilsin. Paşinyan bir tərəfdən
əhalini sülhə hazırlamaq istiqamətində iş aparılmasından danışır,
digər tərəfdən isə ərazilərin
boşaldılması ilə bağlı
danışıqların aparılmadığını bildirir. Paşinyanın bu
hərəkətləri onun məsələyə
çox ehtiyatla
yanaşdığını göstərir.
Düşünürəm ki,
Paşinyanın danışıqlara getməkdən başqa yolu yoxdur”.
“Fransa
özü soyqırımı həyata
keçirən ölkədir”
Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makronun Fransa təqviminə qondarma “erməni soyqırımı” ilə bağlı anım gününün əlavə ediləcəyi haqqında qərar verib. Bununla bağlı “Azadinform”a açıqlamasında politoloq Qabil Hüseynli deyib ki, bu qərar çox böyük provokasiyadır.
O bildirib ki, 2001-ci ildə Fransa parlamenti “erməni soyqırımı”nı tanıdı, onun ardınca isə 2005-ci ildə bu “soyqırımı”nı inkar edənlərə cinayət işinin açılması barədə qərar qəbul etdi: “Amma bu qərarı Fransanın Konstitusiya Məhkəməsi ləğv etdi, yəni “soyqırımı” etiraf etməyənlərə qarşı cinayət məsuliyyətinin olması ilə bağlı irəli sürülən iddialar rədd edildi. Makronun əməlləri Fransa xalqına böyük ziyanlar gətirməkdə davam edir. Görünür, “sarı jiletlilər”in ayağa qalxması və Makrona qarşı istefa tələblərini irəli sürmələri bu prezidenti hələ heç də ayılmağa gətirib çıxarmayıb”.
Politoloq əlavə edib ki, Türkiyə siyasətçisi, Vətən Partiyasının sədri Doğu Pərinçək Fransanın “erməni soyqırımı” və ona qarşı cəza tətbiq edilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib: “Bu məhkəmə prosesi 8 ilədək davam edib. 8 ildən sonra, yəni 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Pərinçəkin iddiası ilə bağlı Fransanın Osmanlı İmperiyası ərazisində baş vermiş hadisələrə doğru qiymət vermədiyini təsdiq edən bir qərar çıxarıb. Beləliklə, Pərinçəkin Fransa üzərində qələbə çalması bu məsələlərin nə qədər uydurma olduğunu isbatlayır. Lakin Fransa dayanmır. Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın da daxili olduğu ali məhkəmə orqanıdır və bu qərara tabe olmayaraq indi də saxtakar anım gününün qeyd edilməsi və xalqlar arasında milli ədavətə çağırış kimi dəyərləndiriləcək bir qərar qəbul etməsi Fransa üçün çox xoş olmayan ciddi nəticələr çıxaracaq”.
Q. Hüseynli vurğulayıb ki, Fransa özü soyqırımı həyata keçirən ölkədir: “Fransa Makronun uşaqlıq dövründə - 1961-62-ci illərdə Əlcəzair və Tunisdə müstəmləkə zülmündən azad olmaq istəyən 1,5 milyona qədər ərəbi qırıb-çatdı. Bu, uzaq olmayan bir tarixdə baş verib. Hətta bunu sübut etmək üçün dövrün qəzetlərini də araşdırmaq kifayətdir. Güman edirəm ki, Türkiyə buna cavabsız qalmayacaq. Görünən odur ki, Fransanın özünün Amerikada, indiki Kanada ərazisində, Afrikanın şimalındakı Mərakeş, Tunis, Liviya ərazilərində törətdiyi qanlı qətliamlarla bağlı qərar qəbul edilməsinə ehtiyac duyulur. Ərəb dünyasına və Amerikanının aborigen əhalisinə qarşı soyqırımı həyata keçirən Fransanın mövqelərinə siyasi qiymət verilib qərar qəbul edilməlidir. Hesab edirəm ki, Türkiyə dövləti bunu etməli və digər ölkələrə də bunun qəbul edilməsi istiqamətində təsir göstərməlidir”.
Fuad Hüseynzadə
Palitra.-2019.-7 fevral.-S.11.