Tarixin 95 ili

Vətən, torpaq uğrunda mübarizə çox çətin, şərəfli və həm də müqəddəs missiyadır. Elə 95 il bundan əvvəl məntiqi sonluqla yekunlaşdırılan Naxçıvanın muxtariyyət mücadiləsi də Azərbaycanın taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən böyük nailiyyət idi.

Bu gündünyada muxtariyyətlərin əsasını etnik mənsubiyyət təşkil etsə də, Naxçıvan Muxtar Respublikası burada yaşayan əhalinin milli mənsubiyyətinə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxilixarici amillərin təsiri altında ­yaranıb.

Tarixi proseslərin təhlili açıq-aydın göstərir ki, əgər 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil olunmasaydı, bu qədim diyar da Zəngəzur və İrəvan kimi Ermənistan tərəfindən işğal ediləcəkdi. Məhz 1918-ci ildə yaradılan Araz-Türk Respublikası, 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəd – MoskvaQars müqavilələri, nəhayət, bu müqavilələrə əsasən Naxçıvana muxtariyyətin verilməsi ermənilərin Naxçıvanla bağlı çirkin işğal planlarını darmadağın etdi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı adlandırıldı. Real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret verdi. Həmin sənəddə deyilirdi: “Naxçıvan diyarı Azərbaycanın himayəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilsin”.

Sonralar ümummilli lider Heydər Əliyev həmin tarixi məqamı belə qiymətləndirəcəkdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

MoskvadanQarsa

Bu gün tarixin səhifələrini vərəqlədikcə bir daha xatırlayırıq ki, Naxçıvan Muxtar Respublikasının ərazisi Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində təsdiq olunub. Eyni zamanda muxtariyyətin əsasları və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ da həmin müqavilələrdə öz əksini tapıb. Olduqca çətin bir şəraitdə beynəlxalq müqavilələrin imzalanması və iştirakçı dövlətlərin parlament­lərində təsdiq olunması gənc Azərbaycan diplomatiyasının, eləcə də bu proseslərdə yaxından iştirak edən görkəmli Azərbaycan diplomatı Behbud ağa Şahtaxtinskinin böyük qələbəsi idi.

Qeyd etmək lazımdır ki, Naxçıvanın muxtariyyət statusu ötən 95 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratdı. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşdu. 1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrildi, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Muxtar respublikada yeni yaşayış massivləri salındı, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastrukturu yeniləndi, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldıldı.

Böyük QAYIDIŞ və müstəqil dövlətçiliyin xilası

Xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan – ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin martavqust aylarında Türkiyə və İrana səfərlər etdi, müqavilələr bağladı, xüsusilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini bir daha Naxçıvanın muxtariyyətinin beynəlxalq müqavilələrlə qorunduğuna cəlb etdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.

Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafını daim diqqət mərkəzində saxlayır. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında dinamik inkişaf təmin edilib. Ölkə Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının yubileyləri qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” daha bir Sərəncam imzalamaqla Naxçıvan Muxtar Respublikasının dövlətçilik tariximizdəki yeriroluna bir daha layiqli qiymət verdi.

Naxçıvan 95 illik yubileyini ­böyük uğurlarla qarşılayır

Naxçıvan bu gün, həqiqətən də, özünün 95 illik yubileyini böyük uğurlarla qarşılayır. 1995-ci ildən ötən dövr ərzində Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada ərzaq, enerji, informasiya və müdafiə təhlükəsizliyi tam təmin olunub, sənaye və kənd təsərrüfatı inkişaf edib. Genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb, şəhər və kəndlər abadlaşdırılıb, yeni yollar, körpülər salınıb, məktəblər, xəstəxanalar idman kompleksləri tikilib. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilib. Ordu quruculuğu sahəsində görülən işlər muxtar respublikanın müdafiəsinin qarantına çevrilib. Ötən dövrdə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahtexnikalarla təmin olunub, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb.

Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Bu gün ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkələri üçün çox nadir göstərici hesab edilir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilən Naxçıvan Muxtar Respublikasında hazır­da 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Kənd təsərrüfatının inkişafı üçüngeniş imkanlar açılıb, fermertorpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunub. Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət mühiti yaradılıb, min hektarlarla torpaq sahələri əkin dövriyyəsinə qatılıb, fərdi təsərrüfatların sayı çoxalıb, onlar inkişaf edərək çoxsaylı ailə təsərrüfatlarına çevriliblər.

Naxçıvan Muxtar Respublikasının təbiəti qorunur və zənginləşdirilir. Yaşıllaşdırma və təbiəti mühafizə tədbirlərinin əhatə dairəsinin genişlənməsinin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 14 faizindən çoxu yaşıllıqlardır.

Sabitlikinkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Muxtar respublikada görülən bütün işlərin mərkəzində insan amili dayanır. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir. Son illər burada 200-dən çox tibb müəssisəsi istifadəyə verilib.

Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvanın qədim tarixi öyrənilir, tədqiq olunur, tarixi abidələri bərpa olunaraq onlara ikinci həyat verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə keçirilən beynəlxalq konfranssimpoziumlar qədim tariximizin, mədəniyyətimizin və təbii sərvətlərimizin öyrənilməsində mühüm rol oynayıb. Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılıb, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edilib.

Naxçıvan dünyanın diqqətindədir

Naxçıvan Muxtar Respublikası beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci il muxtar respublika üçün daha əlamətdar olub. Belə ki, ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-unTürk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin edib. Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2017 və 2018-ci illərdə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial­-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək bal toplayaraq iki dəfə lider olub.

Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

Qədim Nuh yurdu olan Naxçıvanda bu uğurların qazanılması Vətənə, torpağa bağlı­lığın daha bir ifadəsi, ən əsası isə ulu öndər Heydər Əliyev yoluna sədaqətin və bu yolun uğurla davam etdirilməsinin təntənəsidir. Bu uğurların davamı üçün hər birimiz doğma diyarımızın daha da çiçəklənməsi üçün səy göstərməli, onu göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

95 yaşın mübarək, doğma MUXTAR RESPUBLİKAMIZ! Yüz yaşını daha böyük uğur və nailiyyətlərlə qeyd edək, qədim diyar!

Sahil Tahirli

Jurnalist

Palitra.-2019.-8 fevral.-S.10.