Bakı Ali
Neft Məktəbində “Qəhrəmanlar
unudulmur” adlı tədbir keçirilib
Bakı Ali Neft
Məktəbi (BANM) və “Zəfər Şəhid Ailələrinə
Dəstək” İctimai Birliyinin
birgə təşkilatçılığı ilə “Qəhrəmanlar
unudulmur adlı tədbir keçirilib.
BANM-ın Konqres zalında
keçirilən tədbirdə millət vəkilləri,
müxtəlif dövlət qurumlarının rəhbər
nümayəndələri, şəhid ailələri, Ali Məktəbin rəhbərliyi,
professor-müəllim heyəti, tələbələri və
media nümayəndələri iştirak ediblər.
Konqres zalının foyesində həmçinin
2016-cı il aprel
şəhidlərinin şəkillərindən ibarət sərginin
nümayişi olub.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha
sonra doğma vətənin
ərazi bütövlüyü uğrunda şəhid olmuş
vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Tədbirdə
qonaqları salamlayaraq
çıxış edən BANM-ın rektoru
Elmar Qasımov bildirib
ki, vətən uğrunda
canlarından keçən şəhid
oğullarımızın əziz xatirəsini yad
etmək hər bir Azərbaycan vətəndaşının
borcudur. Rektor qeyd edib ki,
2016-ci il aprel
döyüşləri sübüt etdi ki Azərbaycan ordusunun gücü və
vətənpərvərlik ruhu çox yüksəkdir. “Biz
doğma vətən torpaqlarını
düşmən tapdaqlarından azad etmək
üçün vuruşan
və canından keçən milli qəhrəmanlarımızı
gənclər arasında hər zaman təbliğ
etməliyik. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin şəhid
ailələrinə verdiyi dəstək və
diqqətdən ibrət alaraq bizim hər birimiz
onların yanında olmalıyıq” – deyə rektor
Elmar Qasımov bildirib.
“Zəfər Şəhid Ailələrininə Dəstək” İctimai Birliyinin sədri
Sevinc Əlizadə çıxış
edərək qeyd edib ki, onun
başçılıq etdiyi bu birlik bütün
şəhid ailələrinin təşkilatıdır. O öz
çıxışında zalda əyləşən
bütün gəncləri şəhid
ailələrinə mənəvi dəstək olmağa,
onların yanında olmağa səsləyib,
müasir gənclərə milli, vətənpərvər ruhda
böyümələrini tövsiyə edib.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Qənirə
Paşayeva və Vahid
Əhmədov çıxış edib,
şəhidlik zirvəsinə ucalan qəhrəman
oğulların əziz xatirələrini ehtiramla
yad ediblər. Aprel qazisi,
polkovnik-leytenant Elşən Qarayev tədbir iştirakçıları
qarşısında aprel döyüşlərində
baş verən həyəcanlı anlardan, şəhid olmuş
vətən oğullarının şücaətindən bəhs
edib. Şəhid ailələrinin
timsalında çıxış edən Aprel
şəhidi Əbdülməcid Axundovun
anası Ceyran Axundova
isə onlara göstərilən bütün
dəstək və qayğı üçün
dövlətimizə, həmçinin bu tədbirin
təşkilatçılığında əməyi
keçən hər kəsə öz təşəkkürünü
bildirib, gəncləri vətən uğrunda daim birləşməyə
hazır olmağa çağırıb.
Tədbir boyu BANM-ın tələbələri
vətənpərvərlik ruhunda şerlər
və musiqilər ifa edib.
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik
mahnılarının ifaçısı, "Vətənpərvərliyin
Təbliğinə Dəstək" İctimai
Birliyinin sədri Şəmistan
Əlizamanlı isə milli qəhrəmanlar,
vətən, əsgər mövzularına həsr olunmuş mahnıları səsləndirib.
Palitra.-2019.-12 fevral.-S.12