Kənd təsərrüfatında ixrac artır: aqroparkların yaradılması taxılçılıqda məhsuldarlığı artırıb

Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb və bu da ərzaq təhlükəsizliyinin təminatına imkan verir. Bununla yanaşı, ölkə başçısı qeyd edib ki, kənd təsərrüfatında islahatları dərinləşdirməliyik, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Bildirilib ki, müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi aparılmalıdır, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görüldüyünübunun yaxın gələcəkdə özünü göstərəcəyini deyən ölkə başçısı vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdürbiz yeni bazarlara çıxmalıyıq. Bu sahədə aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir.

Bu gün ölkədə taxılçılığın inkişaf perspektivlərindən danışan Prezident İlham Əliyev bildirib ki, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton olub: “Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir. Bizdə buğdanın məhsuldarlığı ilə bağlı dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Sahibkarlarbizbuna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artıra bilərik. Dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında”.

Dünya taxıl istehsalı istehlaka cavab verirmi?

Beynəlxalq Taxıl Şurasının (IGC) son hesabatına görə, yeni mövsümdə istehsal 729 milyon ton olacaq, istehlak isə 739 milyon ton olacaq. 2017/18-ci il mövsümünün sonunda dünya buğda istehsalının təxminən 767 milyon ton olduğu təxmin edilir. 2018-2019-ci il mövsümündə isə ötən mövsümdən 38 milyon ton az, 729 milyon ton səviyyəsində reallaşması gözlənildiyi açıqlanıb. İstehlak isə ötən mövsümdən 1 milyon ton az, 739 milyon səviyyəsində göstərib.

İGC 2017-2018-ci il mövsümünün sonunda 176 milyon ton olan dünya buğda ticarətinin 2018-2019-cu il mövsümündə 5 milyon ton azalaraq 171 milyon ton olaraq reallaşacağıni qeyd edib. Buğdada əsas ixracatçılar AB, ABŞ, Argentina, Avstraliya, Kanada, Qazaxıstan, Rusiya Ukraynadır.

Türkiyə idxal olunan buğdanı makaron, yarma, biskvit kimi məhsullara çevrilərək ixrac edir

 

Avropada yetişdirilən buğdanın iqlim dəyişikliyinə davam etmədiyi ortaya çıxıb. Gözlənilməz hava şəraiti dünya miqyasında kifayət qədər davamlı olmayan əsas kənd təsərrüfatı məhsulları üçün təhlükə yaradır ki, bunlardan biri buğdadır. Araşdırmalara görə, aparılan tədqiqatlar taxılları kifayət qədər gücləndirmədiyi, ölkələrə görə dəyişməklə yanaşı, son 5-15 il ərzində buğda növlərinin Avropada daha da pisləşdiyi göstərilir.

“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada, əsas taxıl məhsullarının müxtəlif iqlimlərə qarşı müqavimət baxımından növlərini itirməsinin gələcəkdə ərzaq təhlükəsizliyi baxımından böyük problemlərə səbəb olacağı qeyd edilib. Buna görə fermerlərin əkin növlərinə daha çox diqqət yetirməli olduqları bildirilir. Araşdırmaya görə, Şimali, Mərkəzi Cənubi Avropada bir çox yerdə əkilən növlərin fərqli hava şərtlərinə qarşı məhsuldarlığı bir-birinə bənzəyir. Bu problem xüsusilə buğdada özünü göstərir. Avropada xüsusilə şiddətli yağışlarda məhsuldarlıq problemi özünü göstərir. Buğa Avropada əsas qida, qlobal olaraq qidalanma baxımından ən əhəmiyyətli protein qaynaqlarından biridir. Bu baxımdan məhsulun böyümə mərhələsindəki yağış, quraqlıq, isti soyuq dalğalar buğda məhsuldarlığına ciddi təsir göstərə bilər.

Türkiyənin Əkinçilik Meşəçilik Nazirliyinin məlumatına görə, son 16 illik dövrdə 50 milyon tondan artıq buğda idxal edildiyi bunun da ölkə tarixində rekord olduğunu bildirib. İdxal olunan buğdanın un, makaron, yarma, biskvit kimi buğda məhsullarına çevrilərək ixrac edildiyi qeyd edilir. 2002-ci ildən bu günə qədər edilən idxal ixracat rəqəmlərinə gəldikdə 15 milyard dollarlıq 54 milyon ton buğda idxalının əvəzində 27 milyard dollar məbləğində 68 milyon ton ixrac reallaşdırılıb. Bu baxımdan həmin müddət ərzində ölkə iqtisadiyyatına 12 milyard dollar əlavə gəlir əldə edilib.

Qeyd edilir ki, ölkə dünya un ixracında 2002-ci ildə 11-ci yeri tutduğu halda, 2005-ci ildən etibarən 1-ci 2-ci sırada olub 2002-ci ildə dünya makaron ixracında 7-ci sırada, 2005-ci ildə isə 2005-ci ildə ikinci sırada yer alıb. Ölkənin illik buğda istehsalının miqdarı 21 milyon ton istehlak miqdarı 19-20 milyon ton təşkil edir. Bu rəqəmlərdən göründüyü kimi, ölkənin buğda istehsalı istehlaka cavab verir. Ölkəyə ildə təxminən 4 milyon ton buğda idxal edilir. İdxal olunan buğda ixrac edilən məhsulların xammalı kimi istifadə olunur. Beləliklə, xaricdən alınan məmulatlar yerli məhsulun tədarükü üçün heç bir təzyiq olmadan işlənir yüksək əlavə dəyərli məhsullar kimi satılır. Nəticədə, ölkədə buğda istehsalı ehtiyacları ödəyir.

Bölgələrdə taxılçılığın inkişafı əsas hədəflərdəndir

Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən ixracyönümlü məhsulların istehsalı ilə əlaqədar bölgələrdə davamlı tədbirlər həyata keçirilir. Ötən ilin yekunlarına gəldikdə məsələn, Zərdab rayonu hesabat ilində mühüm strateji məhsul olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, 18 min 653 hektar sahədən 60 min 150 ton taxıl istehsal olunub ki, bu da rayon tarixində ən yüksək göstərici olmaqla, inişilkindən 1328 ton artıqdır. Ümumi məhsuldarlıq 32,2 sentner, adambaşına düşən taxıl 1 ton 29 kiloqram olub. Qobustan rayonunda ötən payızda əkinəyararlı 35815 hektar torpaq sahəsinin 31183 hektarında mühüm strateji məhsul olan taxıl əkilib.

Ölkənin ən iri aqrar rayonlarından olan Şəkinin kənd təsərrüfatında taxılçılıq əsas istehsal sahələrindən biridir. Ötənilki mövsümdə rayonun taxılçıları 66 min 839 hektar sahədən 221 min ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 33 sentner olub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min ton artıb. 2018-ci ilin payızında cari ilin məhsulu üçün 68 min 68 hektar sahədə taxıl səpini həyata keçirilib.

Taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda bu sahənin inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı və 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. Artıq yeddi ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır. 2018-ci ildə rayonda əkilmiş 36 min 300 hektar taxıl sahəsindən 108 min 217 ton məhsul, o cümlədən 82 min 938 ton buğda, 25 min 279 ton arpa əldə edilib. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olub. Bu il üçün rayonda 36 min 700 hektarda taxıl səpini həyata keçirilib ki, onun da 28 min 25 hektarı buğda, 8675 hektarı arpadır. Cari ildə rayonda 110 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır.

Nigar Abdullayeva

Palitra 2019.- 13 fevral.- S.5.