Heydər Əliyev Mərkəzində
rus avanqard rəssamlarının
nadir əsərlərindən ibarət sərgi
açılıb
Heydər Əliyev Mərkəzində
“Zamanında. Rusiya regional muzeylərinin
1900-1930-cu illərə aid rus
avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.
Ekspozisiyada Rusiyanın 17 şəhərindəki
regional muzeylərdən toplanmış
nadir avanqard kolleksiya nümayiş olunur. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış
mərasimində iştirak
edib. Mərasimdə Heydər Əliyev
Mərkəzinin direktoru
Anar Ələkbərov
çıxış edərək
sərgi ilə bağlı fikirlərini bölüşüb. Ölkəmizin mədəni həyatında
bir çox tədbirlərin keçirildiyini
deyən Anar Ələkbərov bildirib
ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin
təşkil edildiyi məkana çevrilib.
Burada keçirilən tədbirlər
hər zaman yüksək qiymətləndirilir.
Bu layihənin üzərində
uzun zamandır iş aparıldığını
deyən direktor sərginin ərsəyə
gəlməsindən məmnunluğunu
bildirib. O, sərginin ölkəmizdə ilk dəfə
keçirildiyini diqqətə
çatdıraraq layihənin
reallaşmasında göstərdikləri
dəstəyə görə
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sərginin fevralda açılmasının
təsadüfi olmadığını
vurğulayan Anar Ələkbərov bildirib
ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş
olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.
Heydər
Əliyev Mərkəzinin
direktoru layihənin reallaşmasında Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti,
Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Borodanın və sərginin kuratoru, incəsənət tarixçisi
Andrey Sarabyanovun da xidmətlərini xüsusi vurğulayıb.
Rusiya Yəhudi İcmaları Federasiyasının
prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin
baş direktoru Aleksandr Boroda deyib ki, Rusiyanın
regional muzeylərindən toplanan
bu əsərlərin
nümayişi Heydər
Əliyev Mərkəzi,
Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət
Muzeyinin birgə səyləri nəticəsində
mümkün olub. Aleksandr Boroda rəhbərlik etdiyi mərkəzin uzun illərdir Heydər Əliyev Mərkəzi ilə səmərəli əməkdaşlıq qurduğunu
diqqətə çatdıraraq
deyib: “Biz Heydər Əliyev Fondunun rəhbərliyinin qarşılıqlı
hörmət və tolerantlıq prinsiplərini
tam dəstəkləyirik. Azərbaycan Prezidentinin
həyata keçirdiyi
tolerantlıq siyasətinə
hər zaman böyük hörmətlə
yanaşılır. Bu
cür layihələrin
gələcəkdə də
reallaşacağına əminik”.
“Çox sevinirəm
ki, bu gün
rus avanqardı Bakıya gəlib”, - deyən sərginin kuratoru, incəsənət
tarixçisi Andrey Sarabyanov vurğulayıb ki, sərginin Bakıda keçirilməsi
təsadüfi deyil.
Bu sərginin özünəməxsusluğu
ondadır ki, burada az
tanınan rəssamların
da əsərləri nümayiş olunur. O, sərginin təşkilatçılarına
minnətdarlığını bildirib.
Çıxışlardan sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Ekspozisiyada avanqard incəsənət
tarixinə mühüm töhfələr
vermiş klassiklərin - Kazimir
Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal
ilə yanaşı, Viktor Bart,
Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərlərinin
yaradıcılığından nümunələr təqdim olunub. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya
özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci
hissə” və “Zamanında. İkinci hissə”
sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin
ortalarında formalaşmasından başlayaraq
1930-cu illərin əvvəllərindəki tənəzzülünə
qədər olan dövrü
əhatə edir. Layihənin əsas
ideyası məşhur, az
tanınmış və ümumiyyətlə
tanınmamış avanqard rəssamların
Rusiya regional muzeylərinin
kolleksiyalarında qorunan əsərlərini
təqdim etmək, XX əsrin ilk 30 ilində
rus incəsənətindəki əsas
üslubları sərgiləməkdir. Ekspozisiya
Heydər Əliyev Mərkəzində mayın 5-dək
açıq olacaq.
Palitra.-2019.-19 fevral.-S.9.