Xocalı soyqırımının qurbanları dünyanın bir çox ölkəsində yad ediləcək

Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictima-iyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir. Artıq bəzi ölkələrdə Azər-baycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib. Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir. Belə ki, ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı Səfirliyinin iştirakı ilə baş tutub.

Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Pakistan, HindistanMoldova icmalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Mehriban Məmmədova Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb. Sonra Çikaqo şəhərində yaşayan azərbaycanlı gənc fəallar – Leyla Zarinebaf və Nəzrin Məmmədova soyqırımla bağlı təqdimat edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Təqdimat Çikaqo şəhərində yaşayan istedadlı gənc Araz Zarinebafın ud alətində "Sarı gəlin" mahnısının ifası ilə müşayiət edilib. Daha sonra Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə danışıb. Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Umut Acar Xocalı faciəsi və erməni terrorçuları tərəfindən Türkiyə diplomatlarına qarşı törədilən cinayətlər barədə məlumat verib. "Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında Cənubi Qafqazdakı vəziyyət və Xocalı faciəsinin dəhşətləri barədə danışıb. Ukraynanın Çikaqo şəhərindəki vitse-konsulu Aleksandr Luşik Azərbaycan ərazilərinin bu günədək işğal altında qaldığını qeyd edib, bir ukraynalı kimi xalqımızın dərdinə şərik olduğunu bildirib.

Daha sonra Ukrayna Amerika Konqresinin Direktorlar Şurasının sədri Roman Yatskovski, Çikaqo şəhərində fəaliyyət göstərən Özbəkistan cəmiyyətinin sədri Serajuddin Nasafi çıxış edib. Çıxışlardan sonra Araz Zarinebaf ud alətində "Bayatı-Şiraz" muğamı və türk musiqisindən parçalar səsləndirib. Tədbir çərçivəsində "Xocalı faciəsi - qanlı yaddaş və anım" mövzusunda fotosərgi və seminar təşkil olunub. Qeyd edək ki, ABŞ Senatında İllinoys ştatını təmsil edən Temmi Dakuors tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması ilə bağlı Mərkəzə minnətdarlıq ifadə edilib. Bundan başqa, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş tərəfindən rəsmi bəyanat verilib. Konqresmen bəyanatda Xocalı faciəsi qurbanlarının xatirəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşmanı, əlaqələndirməni və dözümlülüyü daha da artıracağına əminliyini ifadə edib.

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq

Yeri gəlmişkən, ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatları - Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqı fevralın 25-də Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq. Gecədə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının rəsmi şəxsləri, Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşları və ABŞ-dakı Azərbaycan diasporu da daxil olmaqla təxminən 150 nəfərin iştirakı gözlənilir.

Müxtəlif panellərdə çıxış edəcək şəxslər ümumilikdə soyqırımı, insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı, bu cür halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə danışacaqlar.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq ilk dəfə olaraq 2018-ci ilin noyabr ayında Dövlət Komitəsi sədrinin ABŞ-a səfəri zamanı qurulubbu əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.

Bununla yanaşı, ABŞ-ın Vaşinqton, Nyu-York, Bruklin, Boston, Solt Seyk Siti, ÇikaqoMeyn şəhərlərində, o cümlədən Florida Ştatında da fevralın 26-dək Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunacaq.

Xocalı soyqırımı dünya ölkələrində anılacaq

Fevralın 23-dən etibarən Kanadanın Toronto, Edmonton, Ottava şəhərlərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Türkiyənin İzmir, İstanbul, Kahramanmaraş, İğdır, Kayseri kimi şəhərlərində, Kocaeli vilayətində Xocalı mövzusunda konfrans, fotosərgi və s. tədbirlərin təşkili planlaşdırılır. Bununla yanaşı, Gürcüstanda da fevralın 26-dək ölkənin MarneuliLaqodexi rayon¬ların¬da, eləcə də paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş yürüşün təşkili, məlumatlandırıcı bukletlərin paylanılması, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Xocalı qətliamının qurbanları Almaniya, Fransa, Belçika, Niderland, Avstri¬ya, Finlandiya, Estoniya, Macarıstan, Serbiya, Latviya, Rumıniya, İs¬veç¬rə, Yunanıstanda da yad ediləcək. Fevralın 23-də Belçika Krallığının Brüssel şəhərində Lüksemburq meydanında keçiriləcək mitinqin də əsas şüarlarını “Xocalıya Ədalət”, “Xocalıya biganə qalmakimi çağırışlar təşkil edəcəkdir.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Perm şəhərləri daxil olmaqla, 25-dən çox regionunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçiriləcək. Bundan başqa Tacikistan, Qazaxıstan, Özbəkistanda da faciə ilə bağlı xatirə gecələri, film nümayişi və sərgilərin təşkili, eləcə də beynəlxalq təşkilat¬lara etiraz bəyanat¬larının göndərilməsi nəzərdə tutulur.

Qeyd edilənlərlə yanaşı, İsrailin paytaxtı Tel-Əvivdə və Akko şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçiriləcəkdir.

Diaspor təşkilatlarından Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım tədbirinin keçirilməsi planlaş¬dırı¬lır.

Fuad Hüseynzadə

Palitra  2019.- 21 fevral.- S.11.