Ukraynada polis sistemində çoxlu azərbaycanlı çalışır

Fərhad Fərhadov: “Kiminsə professionallığı, istedadı varsa uğur qazanmaq üçün yol açıqdır

Müsahibimiz Fərhad Fərhadov 1987-ci il oktyabrın 11-də Dnepropetrovsk şəhərində doğulub. 2005-ci ildə Dnepropetrovsk şəhəri, 96 nömrəli məktəbini bitirib. 2010-cu ildə Dnepropetrovsk Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra bir sıra rəsmi vəzifələrdə çalışıb. Eyni zamanda ictimai fəaliyyətlə məşğul olub. Hazırda Ukrayna Daxili İşlər Nazirliyində idarə rəisidir, həmçinin Dnepropetrovsk vilayətində Ədliyyə İdarəsinin Gənc Hüquqşünasların Koordinasiya Şurasının sədrdir. O, necə deyərlər, öz gücünə az bir zamanda bu vəzifələrə yüksəlib.

-Ukraynada qeyri-ukraynalı gəncin uğur qazanması dərəcədə asandır?

- Bu baxımdan Ukrayna dövləti insanların milliyyətinə baxmır. Kiminsə professionallığı, istedadı varsa uğur qanmaq üçün yol açıqdır.

-Bəs sizin əsas işiniz nədən ibarətdir?

-Bizim idarə öncə polisin tərkibində idi. İndi isə ayrıca idarədir. bütün polis, miqrasiya, sərhəd s. xidmət sahələrinə nəzarət olunur. Əsasən hüquqi sənədləri yoxlayırıq.

-İşlədiyiniz yerdə qeyri-ukraynalı olaraq sizə münasibəti necədir?

- Burada mənə münasibət çox yaxşıdır. İşləyə bilirsənsə önə çəkirlər. Burada insanın əsasən işinə qiymət verilir.

-Bəs orada sizdən başqa azərbaycanlı varmı?

- Ukraynada polis sistemində çoxlu azərbaycanlı çalışır. Amma xüsusən mən işləyən yerdə azərbaycanlı yoxdur.

-Ukraynada soydaşlarımız rəsmi vəzifələrdə çalışırlarmı?

- Millət vəkili məmur var. Ukrayna açıq şəkildə kifayət qədər peşəkarlığı malik olanları qəbul edir.

-Karyeranızda sizə əsas dəstək olan kim olub?

-Bu baxımdan kimsə mənə dəstək olmayıb. Mən hər zaman özümə inanmışam. Hər gün işləmək çalışmaq karyeramda yüksəlməyimə yardım edib. İnsan hər gün məqsədi uğurunda işləməlidir.

-Diaspor tədbirlərinə qatılırsınızmı?

- Dneprdə olarkən mütəmadi olaraq qatılırdım. İndi isə mənə dəvət gələndə qaçırmamağa çalışıram.

Fuad Hüseynzadə

Palitra.-2019.-20 fevral.-S.7.