İnternet mediaya üz tutan oxucuların sayı artır

Emin Rüstəmov:         

İtaliyada müxtəlif məzmunlu qəzetlər pulsuzdur

Bu gün cəmiyyətin əsas informasiya tələbatını internet media ödəyir. Bu da bir daha sübut edir ki, artıq internet medianın fəaliyyəti sosial tələbatdan irəli gəlir. Azərbaycanda da bu baxımdan inkişaf özünü göstərir. İldən-ilə onlayn mediaya diqqət artır. Lakin internet media resurslarının ayaqda qalması maliyyələşməsinin tam mexanizmi hələ həll olunmayıb. Hazırda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən onlayn qəzetlərin maliyyələşməsi ilə bağlı müzakirələr aparılır.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin RüstəmovPalitra”ya bildirdi ki, bu gün artıq qloballaşan dünyada, sürətli texnoloji inkişaf cəmiyyətin bütün sahələrinə, o cümlədən mediaya təsirsiz ötüşməyib: “Artıq internet, texnologiya əsrində yaşayırıq. Vaxtilə insanlar dövri mətbuatdan əldə etdikləri qəzet ya jurnallarla maariflənirdisə, bunu radio televiziya, daha sonra isə onlayn xəbər portalları, onlayn qəzet jurnallar, eyni zamanda sosial şəbəkələr əvəz etməyə başladı. Bu tendensiya paralel olaraq bizim ölkəmizdə eynilə bu formada inkişaf etmişdir. Hazırda Azərbaycanda aktiv internet istifadəçilərinin sayı 7 milyon nəfərə yaxındır. Bunların böyük əksəriyyəti mobil telefon vasitəsilə internetdən istifadə edənlərdir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda internet media sürətlə inkişaf etməkdədir: “Bununla yanaşı olaraq internet media istifadəçilərinin sayı artmaqdadır. Bazardakı tələb- təklif prinsipi internet mediada özünü göstərməkdədir. Belə ki, Azərbaycanda 300-ə yaxın internet media qurumu fəaliyyət göstərir. Bu qurumlar xəbər portalları, TV radiolar, saytlar olaraq öz xəbərlərini internet üzərindən yayır, fəaliyyətlərini internet üzərindən qururlar. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən media qurumları özünə məxsus izləyicilər toplayır, bu hədəf kütləni əsas götürərək o istiqamətdə inkişafını sürətləndirirlər. Müqayisəyə gəldikdə isə mən düşünmürəm ki, Azərbaycanda internet media Avropadakı internet mediadan geri qalır. Hətta mən hesab edirəm ki, Azərbaycanda internet media çoxşaxəli inkişaf edir ümid edirəm ki, yaxın gələcəkdə daha mükəmməl, daha da təkmilləşmiş vəziyyətdə olacaqdır”.

Emin Rüstəmov qeyd etdi ki, bu gün bir çox media nümayəndələri sosial şəbəkələri mediaya böyük bir təhlükə hesab edirlər: “Heç təsadüfi deyil ki, bir müddət öncə Avropa Qəzetçilər Konqresi "Facebook" sosial şəbəkəsinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı tələblə çıxış etmişdilər. Konqresin prezidentiFacebook”u artıq, media nümayəndəsi kimi çıxış etməkdə ittiham etmişdi. O, onlayn, çap mediası, həmçinin radio televiziyanın gündəlik sosial şəbəkələrdə yayılan təhqirlərin işıq üzü görməsinə yol vermədiyini bəyan etmiş bu şəbəkələrin sosial uçurumlar yaratdığını ifadə etmişdir. Maraqlı bir faktı qeyd etmək istərdim. Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr 2018-ci ilin statistikasına görəInstagram( 2,4 mln nəfər) Facebook” (1,8 mln nəfər) dur. Bu da öz növbəsində insanların internet mediaya sosial şəbəkələr vasitəsilə keçid etdiyini deməyə əsas verir. Mən düşünmürəm ki, internet istifadəçiləri xəbər oxumaq üçün birbaşa xəbər saytına daxil olurlar. Onlar istifadəçisi olduğu sosial şəbəkələrdə, xəbər saytlarının mövcud hesablarını izləməklə xəbərə çatırlar”.

Emin Rüstəmov İtaliyada bir neçə dəfə çox maraqlı məqamla rastlaşdığını dedi: “Məsələn, müxtəlif tipli ya məzmunlu qəzetlər köşklərdə pulsuzdur. Bununla insanları sanki oxumağa təşviq edirlər. Məsələn ev, , s. elanları internetdən tapmaq daha rahat olduğu təqdirdə, insanlar yenə , bu məzmunda olan qəzetlərə üstünlük verirlər. Mən çap internet medianın paralel şəkildə inkişafının tərəfdarıyam. Amma həqiqət odur ki, zaman keçdikcə, çap medianın oxucu kütləsi azalacaq hər kəs internet mediaya üz tutacaq”.

Fuad Hüseynzadə

Palitra.-2019.-21 fevral.-S.7.