Əsərləri dünyanın
bütün elektron
kitabxanalarında yer alan
azərbaycanlı yazar
Sabit Əliyev: “Nəhəng
yazıçının Nobel
mükafatına nə ehtiyacı olsun ki?!”
Bu gün xaricdəki azərbaycanlı yazarların da əsərlərinin beynəlxalq onlayn kitabxanlarda olması qürurvericidir. Azərbaycan oxucusuna az tanış olan bu cür soydaşlarımız artıq xaricdə məşhur yazıçı olaraq özlərini təsdiq ediblər. Belliklə, xaricdə yaşayan daha bir məşhurumuzu- Sabit Əliyevi oxuculara təqdim edirik. 2005-ci ildən Moskva şəhərində yaşayan soydaşmız üç kitab- “Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş” və doqquz hekayənin müəllifidir. 2016-cı ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür. Üç hekayə- “Sonuncu gün”, “Pionlar” və “Sözə doğru yol” Moskva hekayələr kitabında işıq üzü görüb. Bütün roman və hekayələri Azərbaycan dilinə tərcümə olunub və Dünyanın bütün elektron kitabxanalarında satılır.
Qeyd edək ki,
Sabit Əliyev 1977-ci ildə Azərbaycan
Respublikası Salyan rayonu
Qarabağlı kəndində doğulub. Orta məktəbi 1993-cü ildə Şirvan şəhərində bitirib. Ali təhsilini Stomatologiya üzrə alıb. Moskvada
fəaliyyət göstərən Centr-Estet
şirkətinin banisidir. 2013-cü ildən
Frankfurt və Vyana
Universitetlərinin sertifikatlı həkim-implantoloqudur.
- Siz
ixtisasca həkimsiniz. Amma
bədii yaradıcılığınız da
var. Yazıçılıq sizin üçün həvəskar
işdir, yoxsa bu, mənəvi ehtiyacınızda irəli gəlib?
- Mən nə üçün yazıram? Bu sualı demək olar ki, öz əlyazmalarını önünə qoyan bütün yazarlar özlərinə verirlər. Və hər biri böyük həzz və həyəcanla düşünürlər: “Nə qədər xoşbəxtəm ki, mənə məhz bu işlə məşğul olmaq qismət oldu!”
Əsl eqoistlikdir. Əslində, hərislikdi, özündən sonra da adının anılmasının hərisliyi. Mən ikiüzlü olardım əgər bunu etiraf etməsəydim. Ancaq biz yazıçılar tək deyilik, bu hissləri biz həm də, siyasətçilər, rəssamlar, musiqiçilər və biznesmenlərlə də bölüşürük. Demək olar ki, hər insan otuz beşindən sonra həyatını özü üçün yox, başqalarının maraqları üçün qurmağa başlayır və gündəlik yeknəsəklikdən boğulur. Ancaq onların içində azlıq var ki, heç nəyə baxmadan öz qərarlarından dönmədən həyatlarını istəklərinə uyğun idarə edirlər- bunlar yazıçılardır. Axı həyat qısa zaman kəsiyidir və çalışmaq lazımdır ki, özündən sonra nəsə qalsın.
Bundan əlavə,
yazıçılıq insanı dəyişir, insan ancaq masa
arxasında oturanda deyil,
daima və hər yerdə yazır. Sənin
beynin daima nəsə
axtarır, süjetlər, fiqurlar, xasiyyətlər,
temperamentlər, digər insanlarda müxtəlif
hərəkətlər. Danışandan çox
qulaq asan olursan.
- Sizcə müasir
oxucunu cəlb etmək üçün
yazarlar hansı taktiki
gedişlər etməlidirlər?
- Oxuyum,
ya yox? Bu
suala insan kitablara nəzər saldıqca ilk
5-7 saniyə ərzində cavab verir. Yazıçı onun
diqqətini həmin zaman kəsiyində cəlb
edə biləcəkmi?!
Düşünürəm ki, yazıçının cavab tapmadığı yeganə sual budur. İnsanlar sevgi hekayələrini oxumağı çox sevirlər. Birincisi, ona görə ki, bizim hamımız belə hekayələrlə böyümüşük. İkinci səbəb isə hər əhvalatdan biz müəyyən dərs və nəticə çıxarırıq. Buna görədir ki, çox insan hekayələri sevir və maraqla oxuyur.
Mən özüm rus klassikasının tərəfdarıyam, ətrafımda
olanların çoxu isə demək olar ki, kitab
üzü açmır. Rusiyada
potensial oxucu kütləsi
100000 nəfərdir, amma bir
vaxtlar biz
dünyanın qiraətlə ən çox
məşğul olan ölkələrindən
biri idik. Oxucunun marağına necə nail
olmaq olar?
- Ruslar
əcnəbi yazarları oxumağa
maraqlıdırlarmı?
- Bizim hər birimiz, rusiyalıları nəzərdə tuturam, öz
yazıçılarımızı xaricilərdən daha çox sevirik. Ruslar üçün Tolstoy, Çexov, Bulqakov və Dostoyevski milli fəxrlərdir.
Niyə də, yox?! Lev
Tolstoy hələ də Dünyada
ən çox oxunan
yazıçıdır, əminəm ki,
hələ 500 ildən sonra da belə olacaq. O, hətta
Nobel mükafatını da
rədd etmişdi. Düz
də etmişdi. Nəhəng
yazıçının Nobel
mükafatına nə ehtiyacı olsun ki?!
- Sosial
şəbəkələr "Sözə doğru
gedən yol"un
sürətini nə dərəcədə artırıblar?
-«Sözə doğru yol» bir ay öncə işıq üzü görüb və onu artıq Moskva hekayələr kitabında nəşr ediblər. Sosial şəbəkələr də əsərləri oxucularla tanış etməyə böyük köməkdir. Mənim “Tövbə” adlı hekayəm internetdə ən çox oxunan hekayədir. Çünki, ən yumşaq və üzüyola insanı belə necə hövsələdən çıxararaq cinayətkara çevirməyin mümkünlüyünü ətraflı çatdırmağa çalışmışam. Hər hansı hadisənin insanın səbir kasasını doldurub onu cinayətkara çevirəcəyi hər insan üçün individualdır.
- Bəs sosial şəbəkələr ədəbiyyatın
bədii yükünü nə dərəcədə
azaldıb?
- Bilirsiniz, sosial
şəbəkələr sözün əsl
mənasında çox güclü
təsirə malikdirlər. Şəxsən mən artıq üç ilə yaxındır ki, televizora baxmıram. Dünyada baş verənlərdən
“Facebook”a girməklə
xəbər tuturam. Ən azından ən
vacib xəbərlər haqqında elektron saytlardan xəbər
tuturam. Mənfi cəhəti isə çox vaxt
aparmasıdır. Buna görədir ki, insanlar kitab
oxumamağa başlayıblar. Onlar saatlarla “Instagram”da vaxt
keçirərlər, nəinki bir səhifə
kitab oxuyarlar.
Ümumiyyətlə, öz üzərində
iş ən çətin işdir.
Ona görə də insanlar
sosial şəbəkələrə üstünlük verirlər
- Növbəti yaradıcılıq planlarınızı da bilmək istərdik.
- Altı aydır ki, hadisələri
Azərbaycanda cərəyan edən roman
yazıram. Romanda baş
qəhrəmanım atası ilə münaqişə
yaşayır və sonda nələr
olacağını oxucular özləri
görəcəklər... Ümidvaram ki, 2021-ci ildə yekunlaşdıracam.
- Bildiyimiz kimi, sizin kitabların
onlayn satışı
da var. Oxucular hansı saytlardan sizin kitabları oxuya bilər?
-Mənim bütün kitablarım ilə dünyanın bütün elektron kitabxanalarında, məsələn, Litres, Bookmate və Mybook kitab saytlarında tanış olmaq olar. Üç hekayəm “Tövbə”, “Pionlar” və “Mart etirafı” ingilis dilinə tərcümə edilib və yaxın zamanlarda Amazon saytında da satışa çıxacaq.
Fuad Hüseynzadə
Palitra 2019.- 22 fevral.- S.7.