Özbəkistanda Azərbaycan dili və mədəniyyətinin təqdimatı olub

Daşkənddəki ToxuculuqYüngül Sənaye İnstitutunda Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən geniş tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrin səfirlikləri də iştirak edib.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

İnstitutun foyesində müxtəlif səfirliklərin stendləri nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı foto, nəşr və milli suvenirlərə dair sərgisi nümayiş etdirilib. Kitab sərgisində Azərbaycanın tarixi, iqtisadiyyatı, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rusingilis dillərində çap edilən nəşrlər nümayiş etdirilib. Azərbaycan milli geyimləri, Qarabağ regionuna aid qadın və bəy geyimləri, musiqi alətlərimizin yer aldığı “Azərbaycan stendi” tələbə və müəllimləri diqqətini cəlb edib. Salonda Azərbaycanın mənzərəli, ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotosərgi iştirakçılara təqdim edilib.

İlk öncə Daşkənd ToxuculuqYüngül Sənaye İnstitutun tələbə qızları və oğlanları Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağın qadın və bəy geyimlərini nümayiş etdiriblər. Geyimlər Azərbaycan Mədəniyyət Mərkəzinin “Milli libaslar” kolleksiyasına aiddir. Geyimlər nümayiş etdirildikcə onlar haqqında geniş məlumat verilmiş, tamaşaçılar hər libası alqışlarla qarşılayıblar.

İnstitutun konfrans zalında tədbirin rəsmi hissəsi davam etdirilib.İnstitutun rektoru Baxodirjon Onorboev iştirakçıları salamlayaraq Beynəlxalq Ana Dili Günü haqqında məruzə ilə çıxış etmiş, Özbək dilionun təşəkkülü, inkişafı məsələləri barədə fikirlərini bölüşüb. O, Əlişir Nəvai, Babur, Çolpan, Fitrət və b. tanınmış əcdadlarının bu dildə danışdığını və böyük bir irs yaratdıqlarını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ana dilinin müqəddəs olduğunu, müstəqil dövlətlərimizin rəmzi olduğunu qeyd edib. Hər bir xalqın dili onun milli kimliyinin, milli mənsubiyyətinin göstəricisidir deyən diplomat ana dilimizin çətinliklərdən, çoxsaylı sınaqlardan uğurla çıxdığını vurğulayıb. Müstəqillikdən sonra hər iki dövlətdə ana dilində ali məktəblərin, mətbuat vasitələrinin artdığını, dilimizin inkişafı istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib. O, Ulu öndər Heydər Əliyevdən sitat gətirib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm.”

Sonra S.Abbasov Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilişerini söyləyib.

Tədbirdə çıxış edən müxtəlif səfirliklərin təmsilçiləri öz ana dillərində çıxış edərək iştirakçıların bayramını təbrik edib, ana dili haqqında öz fikirlərini bölüşüblər. Onlar ana dilinə hörmət, onun xalqların tarixini, mədəniyyətini gələcək nəsillərə çatdırılması və s. imkanlarından danışıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, azərbaycanlı sənətkar İlham Abdullayev milli saz havalarını ifa edib. Digər xalqların nümayəndələri də öz musiqilərini təqdim ediblər.               

 

Tural

Palitra.-2019.-23 fevral.-S.15.