Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər

Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşir və 25 il öncə erməni silahlı dəstələri yüzlərlə mülki şəxsin həyatına son qoyub. Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən etnik və işğalçılıq təmizləmə siyasəti, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı misli görünməmiş soyqırım törətməsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verib. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Azərbaycanın əzəli ərazisi olan Qarabağın bütün mədəni və maddi irsi məhv edildi, XX əsrin törədilən ən dəhşətli faciələrindən biri-Xocalı soyqrımı Azərbaycan tarixinin faciəli səhifələrinə daxil edilib. Erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qırğın nəticəsində 613 dinc sakin, o cümlədən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla qətlə yetirilməsi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfərin yaralanması, 1275 şəxsin əsir götürülməsi, əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı şəhərinə təşkil olunmuş silahlı hücum zamanı erməni silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi əməllərin Cenevrə Konvensiyasının və BMT Baş Assambleyası tərəfindən 1948-ci il 10 dekabr tarixində qəbul edilmişİnsan Hüquqları haqqında Ümumi Bəyannamə”ni və BMT Baş Assambleyası tərəfindən 1974-cü il 14 dekabr tarixində elan olunmuş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə”ni kobud şəkildə pozduğu vurğulanmışdır.

Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd edilməlidir. Məhz Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 1994-cü ilin 1 mart tarixində Xocalı soyqırımı haqqında xüsusi sərəncam və 1997-ci il 25 fevral tarixində Xocalı soyqrımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi barədə razılıq imzalaması, Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral “Xocalı soyqırımı günüelan olunub. Aradan 27 il keçib, amma erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qanlı qırğının ağrı-acısı hələ də qəlbləri göynədir. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Heydər Əliyev Xocalı soyqırımı tarixə erməni ekstremistlərinin və şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olub. Azərbaycan xalqı iki yüz il ərzində ermənilər tərəfindən daim etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz əzəli torpaqlarından kütləvi şəkildə qovularaq, qaçqına və məcburi köçkünə çevrilib. Bütün bunlar şəhər və kəndlərin yerlə-yeksan edilməsi, on minlərlə günahsız insanın ölümü ilə müşayiət olunub. Ermənilərin İrandan Azərbaycana köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaldan milliekstremist erməni dairələri “Böyük Ermənistan” ideyasını tarixi Azərbaycan torpaqları hesabına həyata keçirmək üçün son iki yüz ildə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı müntəzəm olaraq çoxsaylı terror aktları, kütləvi qırğın, deportasiya və soyqırımı kimi amansız cinayətlər törədiblər. Azərbaycan xalqı erməni şovinistləri tərəfindən daim etnik təmizləmələrə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlıların dədə-baba torpaqlarından qovulması sovet dövründə də davam edib. Çoxsaylı tarixi sənədlər təsdiq edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Qafqazdakı tarixi ərazilərində etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qalıb, əzəli torpaqlarından deportasiya edilib. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa iddiaları “Böyük Ermənistan” yaradılmasını nəzərdə tutan strateji planın tərkib hissəsidir. Ermənilərin tərəfdarı M.Qorbaçov hakimiyyətə gələndən sonra Ermənistan hakim dairələri Kreml rəhbərliyinin havadarlığından və dəstəyindən istifadə edərək, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Qorbaçovun bu işğalçılıq planını həyata keçirmək yolunda atdığı ilk addım ən güclü maneəni - Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırmaq oldu. Sonralar siyasi arenada hadisələr elə sürətlə inkişaf etməyə başladı ki, azərbaycanlılar Kreml rəhbərlərinin bir siyasi aktının “dərin mahiyyətini” anlamağa macal tapmamış, onların növbəti məkrli addımı ilə üzləşməli oldular. SSRİ-nin ali rəhbərliyi bir-birinin ardınca guya Dağlıq Qarabağda vəziyyəti sabitləşdirməyə yönəldilən qərarlar qəbul edir, amma əslində heç bir siyasi tədbir görmürdü. Əksinə, bu sənədlər qonşu ölkənin Azərbaycanın daxili işlərinə qarışmasını qanuniləşdirir, ona Dağlıq Qarabağ vilayətində geniş imkanlar yaradırdı. Bu da öz ərazisində Azərbaycanın konstitusiya hüquqlarını heçə endirirdi. 1987-ci ildən başlayaraq Azərbaycan ətrafında əsl informasiya müharibəsi gedirdi. Sovet KİV-lərində Azərbaycandakı hadisələr barədə praktiki olaraq bircə kəlmə də həqiqət yazılmırdı. Hadisələri təhrif olunmuş şəkildə təqdim edir, ört-basdır edə bilmədikləri barədə isə həyasızcasına susurdular. 1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağın işğalı üzrə hərbi əməliyyatlar başlandı. SSRİ Silahlı Qüvvələrinin Ermənistanda və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində olan hissələri də erməni hərbi birləşmələrinə qoşuldular. Xocalı faciəsinin çoxsaylı şahidləri bildirirlər ki, şəhərə hücumda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı iştirak edib. Xocalı faciəsində bu alayın xüsusi rolunu qeyd etmək lazımdır. Alay Azərbaycan kəndlərinin, habelə Şuşa şəhərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Xocalı faciəsindən sonra alayın silahlarının bir hissəsinin, o cümlədən zirehli texnikanın ermənilərə təhvil verilməsi bunun ən bariz sübutudur.. Bu siyahıda alay komandirinin arxa cəbhə üzrə müavini polkovnik Baylukovun, birinci batalyonun komandiri polkovnik Moiseyevin, ikinci taqımın komandiri, mayor Ohanyanın, üçüncü taqımın komandiri, mayor Nabokixin, birinci batalyonun qərargah rəisi, mayor Çitçiyanın, alayın kəşfiyyat rəisi, mayor Ayriyanın, bölük komandiri, böyük leytenant Mirzoxalzarovun, kəşfiyyat taqımının rəisi, böyük leytenant Xrinxuanın, tank bölüyünün komandiri, böyük leytenant Qarmaşın, bölük komandiri, böyük leytenant Akopyanın, bölük komandiri, böyük leytenant Vavilovskinin, taqım komandiri, böyük leytenant Lısenkonun, batareya komandiri, böyük leytenant Azarovun, tank əleyhinə batareya komandiri, böyük leytenant Abramovun, üçüncü tank bölümünün komandiri leytenant Balezninin, tank taqımının komandiri leytenant Smakinin, istehkam bölüyünün komandiri, leytenant Raçkovskinin, kəşfiyyat rəisinin müavini, leytenant Bondarevin, radiokimya taqımının rəisi leytenant Kulovun, habelə kiçik zabit heyətindən daha 41 erməni hərbi qulluqçusunun adları var.

Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması məqsədilə kütləvi tədbirlər təşkil olunur, habelə Meksika, Türkiyə, Almaniya və İsraildə onların xatirəsinə abidələr qoyulmuşdur. Hazırda Xocalı soyqrımının tanınması Aərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi PakistanSudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, BosniyaHerseqovina, Cibuti, Peru, Honduras, Panama, iordaniya, RumuniyaŞotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənədi qəbul edib.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başlanılıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əhəmiyyət verməyərək Azərbaycanın torpaqlarını hələ də işğal altında saxlayırlar. Həmçinin Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu hələ də işğal altında saxladığı, işğalçı ölkənin kriminal rəhbərliyinin danışıqlar prosesində destruktiv mövqe tutması nəticəsində münaqişənin həllinin mümkün olmadığı qeyd edilib.Presseportal.de” portalında Böyük Britaniyanın FilmTeleviziya Akademiyasında “Sonsuz dəhliz” sənədli filminin təqdimatı yerləşdirilib. Filmin mövzusu olan Xocalı soyqırımı barədə ətraflı şəkildə bəhs edilir, litvalı jurnalist A.Brokasa istinadla bu qətliamın “azadlıq və müstəqillik üçün verilmiş qurbanlarolduğu bildirilir. Reportaj Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın aşağıdakı sözləri ilə bitir: “Xocalı soyqırımının ictimaiyyətin diqqətində saxlanılması vacibdir. Mən bu filmin çəkilməsinə sevinirəm. “Sonsuz dəhliz” filmi Xocalıda baş vermiş dəhşətli qırğından və erməni təcavüzündən bəhs edir. Belə cinayətlər bir daha təkrarlanmamalıdır”. Xocalı soyqırımı ilə əlaqədar Berlin şəhərində keçirilmiş “Cənubi Qafqazda stabillik və təhlükəsizlik simpoziumuna dair səfirliyimizin alman dilində yayımladığı məlumat isə “Diplomatie Global” jurnalı və “Köster” nəşriyyatının veb-səhifələrində yerləşdirilib. “RBB” televiziya kanalında isə azərbaycanlıların və türklərin Xocalıda baş vermiş hadisələrin soyqırım kimi tanınması tələbi ilə Berlinin mərkəzində mitinq keçirilib. 2018-ci ildə Braziliyanın nüfuzluEmbassyBrasilia” jurnalının internet səhifəsində Parana Federal Universitetinin siyasi elmlər üzrə magistrı, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Rikardo Guilherme Zimmer Xavierin portuqalingilis dillərində “26 illik faciə” (26 years of a tragedy) məqaləsi yazılıb. Azərbaycanda Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.

Xocalı faciəsinin gələcək nəsillərə çatdırılması bizim qarşımızda duran müqəddəs vəzifələrdəndir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsinin heç vaxt unutmur və unutmayacaqdır.

Pərvanə Rüstəmova

Ədliyyə Nazirliyinin

Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

Palitra.-2019.-23 fevral.-S.9.