Qriqorij Pasternak: “Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir”

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilib. Belə ki, Xocalı ilə əlaqədar Londonda yürüş keçirilib. AZƏRTAC xəbər verir ki, bir neçə saat davam edən yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.

Mitinq iştirakçıları Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər. Trafalqar Meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib. Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər. Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə bu ölkənin keçmiş prezidenti Valdis Zatlers, ölkə ictimaiyyətinin üzvləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun təmsilçiləri, jurnalistlər, müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Fondu tərəfindən çoxsaylı video, fotomateriallar əsasında istehsal edilmiş “Xocalıya ədalət” sənədli filminin nümayişindən sonra səfir Cavanşir Axundov çıxış edib. Səfir bildirib ki, xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktı Ermənistanın etnik təmizləmə siyasətinə xidmət edib. Xocalı soyqırımının erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı 200 illik siyasətinin davamı olduğunu qeyd edən səfir faciə qurbanlarının xatirəsini daim yaşatmağı gənclərə tövsiyə edib. Bu vəhşilik aktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.

Tədbirdə Xocalı soyqırımından bəhs edən müxtəlif kitab və broşürlər sərgilənib. Sonda faciə qurbanlarının xatirəsinə ehsan verilib.

Həmin gün tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Latviyadakı azərbaycanlıların və tələbələrin iştirakı ilə izdihamlı matəm-anım yürüşü keçirilib.

Helsinkidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Finlandiyanın paytaxtı Helsinki şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, ictimaiyyət təmsilçiləri, Azərbaycan Respublikasının İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiyadakı diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak edib. Azərbaycan, ingilisfin dillərində keçən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin təşkilatçısı Ülviyyə Cabbarova Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, tədbirin də məqsədi soyqırımı qurbanlarının xatirəsinin anılması, Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Finlandiya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılmasıdır.

Günəş Rüstəmzadə isə tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edərək, Xocalı soyqırımının tanınması üçün Finlandiya Parlamenti qarşısında məsələ qaldırmasını təklif edib.

Daha sonra Xocalı soyqırımı ilə bağlı video çarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

“Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir”

Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyevin, Azərbaycan, türk və yəhudi diaspor nümayəndələrinin iştirak etdiyi anım tədbirində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədqiqatçı jurnalist Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” filmi nümayiş olunub.

BAK-ın baş məsləhətçisi Lamiyə Babayeva qonaqlara holland dilində Xocalı soyqırımı haqqında qısa məlumat verib. Daha sonra BAK sədri Elsevər Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan tarixinə dəhşətli və faciəli səhifə kimi daxil olan Xocalı soyqırımı, eyni zamanda insanlıq tarixinin ən qorxulu terror aktlarından biridir.

Cəlal Mirzəyev öz çıxışında Azərbaycan xalqının son 200 il ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb.

Niderland Krallığındakı Yəhudi icmasının rəhbəri Qriqorij Pasternak isə qeyd edib ki, Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir: “Bu cinayət cəzasız qalmamalı, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir”.

Tədbirdə çıxış edən BAK fəalları Ofeliya Babayeva, Sima Cəfərova, Belçika-Hollandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva və başqaları əsrlər boyu Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləmə siyasətinin sovet dövründə də davam etdiyini bildiriblər. Qeyd olunub ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulubbununla da Ermənistan monoetnik dövlətə çevrilib.

Çıxışlardan sonra tədbir bədii hissədə davam etdirilib, RotterdamAmsterdamda fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin hazırladığı qısametrajlı film nümayiş olunub.

 

Yunanıstanda "Xocalı Soyqırımını Unutma" adlı foto sərgi keçirilir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 20-28 Fevral, 2019-cu il tarixlərində "QALA" Cəmiyyətinin ofisində "Xocalı Soyqırımını Unutma" adlı foto sərgi keçirir. 24 fevral tarixində Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" anım münasibətilə tədbir keçirilib. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər Türk Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsul yardımçısı Gülru xanım Tetik, konsulluğun əməkdaşları, Saloniki şəhərində Gürcülər Dərnəyinin sədri cənab Zaza Sulamanidze, Türk gənclər və yunan tələbələr də iştirak ediblər. Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-na keçən gecəni Azərbaycanın tarixində təkcə faciə yox, Azərbaycan xalqına qarşı soyqırım olduğunu qeyd edib. "Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməməsi, öz yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının bərpa edilməməsindən 27-il keçməyinə baxmayaraq hələ dünya birliyi susur. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır. Bu dərd bizi həmişə için-için sızladır. Mən buna bütün qəlbimlə inanıram ki, xalqımız bir nəfər kimi Hökümətin yürütdüyü siyasətə dəstək olaraq, ayağa qalxaraq əsarətdə qalmış və itirilmiş torpaqlarımızı düşmənlərdən azad edəcək"- Rəşid Məmmədov bildirib. Konsul yardımçısı Gülru xanım Tetiköz çıxışında Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzulayıb. Sonda Xocalı soyqırımınıa ehtiva edən sənədli film nümayiş etdirilibehsan süfrəsi arxasında müzakirələr aparılıb. Şəhidlərimizin ruhu 1 dəqiqəlik yad edilib. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid videomateriallar və broşürlər təqdim olunub.

Fuad Hüseynzadə

Palitra  2019.- 26 fevral.- S.11.