“Azərbaycanlılara
bacardığım qədər kömək etməyə
çalışıram”
Lalə Həsənova:
“Biz
"Azərbaycan Xalqlar Dostluğu
Birliyi" olaraq iştirak etdiyimiz tədbirlərdə
Azərbaycan-Türkiyə qardaşlığının daimi və sonsuz olduğunu göstəririk”
Bugünlərdə Türkiyədə “Azərbaycan Xalqlar Dostluğu Birliyi” təsis edilib. Artıq bir sıra tədbirlərdə “Azərbaycan Xalqlar Dostluğu Birliyi” ölkəmizi layiqincə təmsil edib. Birliyin sədri hüquqşünas Dr. Lalə Həsənova qəzetimizə müsahibə verib. Qeyd edək ki, Lalə Həsənova Ağdam rayonunda anadan olub. Atası polis polkovniki, həmçinin müharibə veteranıdır, anası isə müəllimədir.
Lalə Həsənova Qərb Universitetinin
Hüquq fakültəsinin bakalavr
məzunudur. Azərbaycanda UNICEF-in bir neçə layihələrində yer alıb. Azərbaycan insan
haqları üzrə müvəkkili aparatında işləyib.
YAP Səbail rayon gənçlər təşkilatının
üzvüdür. O, Almanya,
Polşa və s.
ölkələrdə ixtisasartırma təhsili üzrə diplomlara sahibdir. Antalya Akdeniz Universitetinin Hüquq
fakültəsində magistratura təhsili
alıb. Hazırda Ankara
Yıldırım Bəyazıt Universitetinin
Hüquq fakültəsində doktorantura təhsili alır. Eyni zamanda “International Legal Consulting” adlı şirkətin rəhbəridir.
-Elmi işinizin mövzusu nədir?
-Elmi tədqiqatımın mövzusu "Beynəlxalq
Hüquqda Diplomatik Qoruma" olmuşdur. Doktorant olaraq isə diqqətimi çəkən
mövzulardan biri yenə də dövlətin xarici dövlətlərdə yaşayan
vətəndaşlarının üzləşdiyi hüquqi
problemlərdir. Bu mövzunu geniş miqyasda ələ almaq istərdim.
-”International Legal Consulting” nə kimi xidmətlər
təklif edir?
-”International Legal Consulting” - yerli və xarici vətəndaşlara, hüquqi
şəxslərə idarə
və hüquqi xidmət göstərir.
-Türkiyədə
təkbaşına belə
bir təşkilat qurmaq nə dərəcədə çətindir?
-”International Legal Consulting” özəl
şirkətdir. İdarəçiliyi mənə aiddir.
Heç
bir təşkilati xüsusiyyətə sahib deyil.
Əlbəttə ki, Türkiyə
bizim qardaş ölkəmizdir, amma buna baxmayaraq, hər bir ölkənin
öz çətinlikləri
var. Əlləxusus da
xaricdən gəlib buraya yerləşib yaşayan birisi üçün. Mənə də
eyni zamanda bütün bunları qət etmək əziyyətli və çətin oldu. İnanıram ki, irəliləyən
günlərdə daha
yaxşı olar, inşallah.
-Türkiyədə
soydaşlarımıza nə
kimi hüquqi yardım göstərirsiz?
- Türkiyədəki həmyerlilərimizə
sadəcə hüquqi
deyil, digər (sağlıq, yerləşmə
çətinliyi və
s. ) problemlərində
də köməklik göstərirəm və
göstərməyə çalışıram.
İki bacı-qardaş talassemiya
xəstələrinin Türkiyədə
Ümumi Sağlıq
Sığortası (Genel
Sağlık Sığortası)
ilə təmin edilmələrində Türkiyənin
məsul şəxsləri
ilə xeyli yazışmalar, danışıqlar
apardım. Hal-hazırda Mirhəşimovlar
ailəsi ÜSS ilə
təmin ediliblər, amma yenə də uşaqlardan birinin əməliyyatı
üçün xeyriyyəçi
insanlara da müraciət etmişik.
Buna bənzər bir neçə həmyerlimizin,
tələbələrimizin, burada işləyən müəllimlərimizin pasport,
diplom problemləri və s. ilə yaxından məşğul
olmuşam və oluram. Azərbaycanlılara bacardığım qədər kömək etməyə çalışıram.
-Sizin təhsil aldığınız
universitetdə azərbaycanlı
tələbələr bir
araya gələ bilirmi?
-Mən magistr təhsilimi Antalya Akdeniz Universitetində tamamladım.
Burada azərbaycanlı tələbələr
olduqca çoxdur və eyni zamanda
problemləri də
var. Onlar bir araya gəlməyə çox meylli tələbələrdir. Savadlı tələbələrdir. Görüşlərimizdə onlara buradakı
tək məqsədlərinin
təhsil olmasını
aşılayırıq. Millət vəkilimiz Qənirə Paşayevanın buraya səfəri zamanı da tələbələrimizlə
görüşlər keçirilir.
Hazırda isə mən
Ankara Yıldırım Bəyazıt
Universitetində doktorantam.
Əminəm ki, orada da azərbaycanlı tələbələr çoxdur
və Azərbaycanın
bayram və matəm günləri xüsusi diqqətlə
AYBU -nun müdiriyyəti, müəllim
və tələbə
həyəti tərəfindən
xatırlanıb yad edilir.
- “Azərbaycan
Xalqlar Dostluğu Birliyi”ndə əsas hansı işlər görürsüz?
- Vətəndən kənarda
yaşamağıma baxmayaraq,
hər an qəlbim Azərbaycanla döyünür. Biz "Azərbaycan Xalqlar Dostluğu Birliyi" olaraq iştirak etdiyimiz tədbirlərdə
Azərbaycan-Türkiyə qardaşlığının
daimi və sonsuz olduğunu göstəririk. Azərbaycanla bağlı təqdimatlarda
isə tariximizi, abidələrimizi, milli geyimlərimizi və mətbəximizi və s. tanıdırıq.
Fuad Hüseynzadə
Palitra 2019.- 27 fevral.- S.7.