“Xocalı
qırğını Ermənistanın Azərbaycana
qarşı apardığı təcavüzün nəticəsidir”
Fransa azərbaycanlılarının
assosiasiyaları Xocalı soyqırımı ilə əlaqədar
Emmanuel Makrona məktub
ünvanlayıblar
Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı müxtəlif ölkələrin rəsmi orqanlarına müraciət və məktublar göndərilir. Belə ki, Fransa azərbaycanlılarının 10 assosiasiyasının rəhbərləri Xocalı qətliamı ilə bağlı Prezident Emmanuel Makrona məktub ünvanlayıblar. AZƏRTAC xəbər verir ki, məktubda Xocalı qətliamı haqqında ətraflı məlumat verilir. Fransa Prezidentindən Xocalı qurbanlarının xatirəsinin yad edilməsi üçün “Anım günü” elan etməsi istənilir.
Qeyd edilir
ki, dünyada törədilmiş
digər genosidlərdən fərqli olaraq
Xocalı soyqırımının müəllifi özü bu qanlı hadisədə
birbaşa əli olduğunu
etiraf edib. Ermənistanın
keçmiş prezidenti
Serj Sarkisyan britaniyalı
jurnalistə Xocalı hadisələrini planlı şəkildə
həyata keçirdiklərini, erməni silahlı qüvvələrinin
bu cinayətdə rolunu
açıq şəkildə etiraf edib. Bu, sonradan jurnalist
Tomas de Vaalın “Qara bağ” kitabında göstərilib.
Məktubda uşaqlar, qadınlar
və yaşlılar daxil olmaqla 613 azərbaycanlının 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
erməni silahlı qüvvələri tərəfindən
amansızlıqla qətlə
yetirildiyi, mindən çox insanın girov götürüldüyü
diqqətə çatdırılır.
Bildirilir
ki, Xocalı qətliamı haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə
2008-ci ildə “Xocalıya
ədalət!” beynəlxalq
kampaniyası başladılıb.
Bu beynəlxalq kampaniya çərçivəsində
bəzi ölkələrin
parlamentləri, eləcə
də ABŞ-ın iyirmidən çox ştatı Xocalı qırğınını soyqırımı
kimi tanıyıb.
Eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı
cinayətləri Avropa
Şurası Parlament Assambleyası tərəfindən
də pislənilib.
“Ümid edirik ki, Fransa bu
beynəlxalq kampaniyadan
kənarda qalmayacaq və Xocalı şəhərində törədilmiş
kütləvi qırğına
ədalətli şəkildə
siyasi və hüquqi qiymət verəcək. İnsan hüquqlarının vətəni
olan, müharibə və bəşəriyyətə
qarşı törədilmiş
cinayətlərin qurbanlarının
xatirəsinin yad edilməsinə xüsusi əhəmiyyət verən
Fransa Xocalıdakı
kütləvi qırğını
genosid kimi tanıyacaq və bu faciəvi hadisələrin qurbanlarının
xatirəsini yad etmək üçün
“Anım günü” müəyyən edəcək”,
- deyə məktubun müəllifləri bildirirlər.
Məktubda vurğulanır ki, Xocalı qırğını
Ermənistanın Azərbaycana
qarşı apardığı
təcavüzün nəticəsidir. Ermənistan silahlı
qüvvələri Azərbaycanın
Dağlıq Qarabağ
regionunu və onun ətrafındakı 7
rayonu, yəni, ölkə ərazisinin 20
faizini işğal edib. Bir milyondan çox
azərbaycanlı bu təcavüzün qurbanı
olaraq doğma yurdlarından didərgin düşüb. Ermənistanın Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində
həyata keçirdiyi
etnik təmizləmədən
qurtulan azərbaycanlılar
ümid edirlər ki, onlar ədalətin
bərpa olunduğunu görəcəklər. Xocalı müasir
tarixin qanlı səhifəsidir. Xocalı soyqırımının
tanınması, onun qurbanlarına münasibətdə
ədalət nümunəsi
xalqlarımızı birləşdirən
dostluğun sübutu olacaq.
Ermənilər mənfur niyyətlərinə
çata bilmədilər
Yeri gəlmişkən,
Parisdə “FRA Nor-Seround”
erməni gəncləri
faşist təşkilatının
fəalları Sen-Östaş
kilsəsində Xocalı
soyqırımı qurbanlarının
xatirəsinə həsr
edilmiş anım tədbirinə mane olmağa
cəhd göstəriblər.
Ermənilər iç üzlərinin
açıldığını, beynəlxalq ictimaiyyətin
onların iyrənc əməllərindən xəbər
tutduğunu görərək
daha da azğınlaşırlar.
Ancaq onlar Xocalı qətilamının
günahsız qurbanlarının
xatirəsinin yad edilməsinə mane ola bilmədilər. Anım tədbiri planlaşdırıldığından
da yüksək səviyyədə keçirilib.
Tədbirə dəvət olunan 300-dən
çox fransız və müxtəlif xalqların nümayəndələri
azərbaycanlıları tək
qoymayıb, mərasimin
sonunadək onlarla qalıblar. Onlar ermənilərdən kilsəni tərk etməyi tələb ediblər.
AZƏRTAC xəbər verir ki, Fransadakı
səfirliyimiz və
UNESCO yanında daimi nümayəndəliyimizin birgə
təşkil etdiyi tədbirin başlanmasından
əvvəl erməni
aktivistlər kilsəyə
soxulub, qonaqlara qarşı fiziki təcavüz edərək,
onları təhqir ediblər. Bununla da bir daha özlərinin faşist simalarını həm fransızlara, həm də Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə
göstəriblər.
Erməni aktivistləri özləri
də bilmədən bir daha nümayiş
etdirdilər ki, onların mübarizəsi
ədalət və həqiqət üçün
deyil, türklərə
qarşı sonsuz nifrətə əsaslanır. Özlərini həmişə qurban kimi qələmə verən ermənilər artıq xəbis niyyətlərini gizlədə
bilmirlər.
Erməni mənşəli faşistlər
“mənfur türk”, “öz ölkənizə qayıdın” deyə irqçi məzmunda şüarlar səsləndiriblər. Xatırladaq ki,
bir neçə gün öncə yəhudi filosof Alen Finkielkrota qarşı edilən antisemit təcavüzdə
də eyni sözlər səsləndirilib.
Bu, ölkədə nifrət və azğınlığın baş
alıb getdiyini göstərir.
ABŞ
Helsinki Komissiyası Xocalı
soyqırımı bağlı
bəyanat verib
ABŞ Helsinki Komissiyası isə Xocalı faciəsinin 27-ci ildönümü
ilə bağlı bəyanat verib. AZƏRTAC xəbər
verir ki, bəyanatda Xocalı şəhərinin məruz
qaldığı misli
görünməmiş qəddarlığın
beynəlxalq hüququn
norma və
prinsiplərinə zidd
olduğu, insan hüquq və azadlıqlarını pozduğu
qeyd olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş
SSRİ-inin 366-cı motoatıcı
alayının köməyi
ilə mühasirəyə
alınmış Xocalı
şəhərinə hücum
edərək törətdiyi
amansız hərəkətlərin
dərin təsirlərinin
indiyədək Azərbaycan
xalqında hiss edildiyi
bildirilib.
Bəyanatda bu faciənin anılmasının və
həyatını itirmiş
insanların xatirəsinin
yad edilməsinin vacibliyi qeyd olunub və Azərbaycan xalqına dərin ehtiram izhar edilib.
1992-ci il fevralın
26-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı
Azərbaycanın Xocalı
şəhərində Ermənistan
silahlı qüvvələrinin
yüzlərlə Azərbaycanlı
qadın, uşaq və yaşlıları öldürdüyü qeyd
olunub.
ABŞ
Helsinki Komissiyasının sədri,
Azərbaycan üzrə
İşçi Qrupun
üzvü, Nümayəndələr
Palatasında Florida ştatını
təmsil edən demokrat Əlsi Heystinqz Xocalı faciəsinin ildönümü
ilə bağlı Konqresdə də ayrıca bəyanatla çıxış edib.
Konqresin üzvü öz bəyanatında 1992-ci ilin
fevralın 26-da Xocalıda
törədilmiş dəhşətli
hadisələri anaraq
613 nəfərin amansızcasına
qətlə yetirildiyini
vurğulayıb. O, həmçinin
1994-cü ildə atəşkəs
rejiminin əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan
torpaqlarının 20 faizinin
işğal altında
olduğunu və 1 milyondan çox azərbaycanlının qaçqın
və məcburi köçkün vəziyyətində
qaldığını vurğulayıb.
Ə.Heystinqz Azərbaycanın qaçqın və məcburi köçkünlərinin
həyat şəraitini
yaxşılaşdırmaq üçün milyardlarla
vəsait sərf edildiyini, regionun iqtisadi inkişafı naminə önəmli addımlar atıldığını
qeyd edib.
Bəyanatda, həmçinin Azərbaycan
hökumətinin yalnız
regionun sabitliyinə töhfə verdiyi deyil, bütün dünyada terrorçuluğa
qarşı mübarizədə
ABŞ-ın etibarlı
müttəfiqi olduğu
bildirilib. 2001-ci ilin 11 sentyabr hadisələrindən
sonra Azərbaycanın
dərhal Amerika xalqına həmrəylik nümayiş etdirərək
bu mübarizədə
ABŞ-a həlledici dəstək
və yardım göstərdiyi, Əfqanıstanda
“Sarsılmaz azadlıq”
hərbi əməliyyatının
bir hissəsi olaraq ABŞ-ın Azərbaycanın hava məkanından qeyd-şərtsiz
istifadəsinə icazə
verdiyini vurğulayıb.
Bundan əlavə, Konqres üzvü beynəlxalq koalisiyanın Əfqanıstandakı
hərbi qüvvələrə
bütün tədarük
və təchizatının
Azərbaycanın təmin
etdiyi quru və dəniz yolları vasitəsilə
çatdırıldığını bildirib.
Sonda Ə.Heystinqz
Konqresdəki Azərbaycan
üzrə İşçi
Qrupun üzvü kimi bu dəhşətli
faciənin ildönümünün
qeyd edilməsinin vacibliyini bildirib və Azərbaycan xalqına başsağılığını
izhar edib.
Fuad Hüseynzadə
Palitra 2019.- 28 fevral.- S.11.