Laura Robinson:
"Azərbaycanın dünya mədəni
irsinin qorunmasına töhfəsi böyükdür"
Qədim
tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın
dünya mədəni irsinin qorunmasına töhfəsi
böyükdür. UNESKO-nun Ümumdünya İrs Komitəsinin
sessiyası kimi mötəbər bir tədbirə ev sahibliyi
etməsi də Azərbaycan dövlətinin tarixi və mədəniyyət
abidələrinin qorunmasına xüsusi diqqətinin göstəricisidir.
Bu
fikirləri Tarixi Yerlər və Abidələrin Mühafizəsi
Şurasının (ICOMOS) nümayəndəsi, Bakıda
keçirilən 43-cü sessiyanın
iştirakçısı Laura Robinson söyləyib.
Laura
Robinson bildirib ki, Bakı sessiyası yüksək səviyyədə
təşkil olunub: “Hər şey mənim gözlədiyimdən
də yaxşıdır. Azərbaycanın bu cür tədbirlərə
ev sahibliyi etmək üçün böyük
təcrübəsi var. Bunu
43-cü sessiyanın açılış mərasimində də
aydın görmək olurdu”.
Palitra.-2019.-3 iyul.-S.7.