“Azərbaycan xalq sənətkarlığı”
adlı kitab sərgisi açılıb –
FOTOLAR
UNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
çərçivəsində təşkil olunmuş birinci
Respublika Sənətkarlıq Festivalının
açılış mərasimindən əvvəl qonaqlar
Milli Kitabxananın nəzdində fəaliyyət göstərən
Açıq Kitabxanada təşkil olunmuş “Azərbaycan
xalq sənətkarlığı” adlı kitab sərgisi ilə
tanış olublar.
ATV.az
AZƏRTAC-a istinadən xəbər verir ki, Mədəniyyət
naziri Əbülfəs Qarayev sərgi ilə
tanışlıqdan sonra xalq sənətkarlıq incilərini
əks etdirən belə dəyərli kitabların nəşrinin
vacibliyini qeyd edib. O, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan
xalçaları: İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və
müxtəlif dillərdə nəşr edilməsini yüksək
qiymətləndirib.
Sərgidə
Azərbaycan xalq sənətkarlığının zəngin
nümunələrini əks etdirən
xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı,
milli geyim nümunələri, boyaqçılıq,
dulusçuluq, xəttatlıq və digər incəsənət
növlərinə dair Azərbaycan dilində və xarici dillərdə
nəşr olunmuş kitablar nümayiş etdirilib.
Palitra.-2019.- 5 iyul.- S.13.