Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlər dünya ictimaiyyətinə necə
çatdırılmalıdır?
Bu istiqamətdə iş aparan
dövlət və qeyri-hökumət təşkilatlarının
fəaliyyəti gücləndirilməli və sayı
artırılmalıdır
Ermənilər özlərini tanıyandan ən böyük düşmənləri kimi türkləri görüblər. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımları buna əyani sübutdur. Bu azmış kimi, hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib haqlı çıxarmaq istəyirlər. Hətta bir çox dövlətləri türklərin onları soyqırımına məruz qoyduqlarına inandırıblar. Bu baxımdan, bütün türk dünyasının ayağa qalxıb erməni yalanlarının dünyaya çatdırmasının vaxtı, əslində, çoxdan keçib Ermənilər öz hüquq və mənafelərini gücləndirmək məqsədilə milli təşkilatlanma prosesini də həyata keçiriblər. Bu təşkilatlanmada ictimai dərnək və cəmiyyətlərin təcrübəsi əsasında erməni milli təşkilatları və partiyaları yaradılıb. Bu təşkilatların əsas məqsədləri “Dənizdən-dənizə böyük Ermənistan” sərsəm xülyasından ibarət olub. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmir, bütün fəaliyyətlərini ancaq bu partiyaların proqramına uyğun, yəni türk millətini məhv etməklə “böyük Ermənistan” yaratmaq ideyası üzərində qurmuşdular. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qırğınlar və soyqırımları 70 il unudulub. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra, artıq bu yalanların üstünü örtən pərdələr götürüldü. Azərbaycanlılar yenə də düşmənlərinin kim olduğunu bildilər. Elə bu zamanlar ermənilər növbəti torpaq iddiaları irəli sürərək hegemon dövlətlərin köməyi ilə Dağlıq Qarabağı və ona bitişik 7 rayonumuzu işğal etdilər. Bu nizamsız müharibə şəraitində 20 mindən çox şəhid versək də, yenə də düşmənçilik siyasətimizi onlar kimi həyata keçirə bilmirik. Hansı ki, bu, iki əsrdə olanlardan doğan milli ehtiyacdır. Ona görə də bu istiqamətdə iş aparan dövlət və qeyr-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməli və sayı artırılmalıdır. Düzdür, müxtəlif dövlət orqanlarında terrorizmə qarşı mübarizə şöbələri var. Onlar bu şöbə daxilində ermənilərə qarşı adekvat cavablar verirlər.
Dağlıq Qarabağ münaqişəsi üzərindəki
erməni yalanı pərdəsi götürülüb
Xüsusən, son illər dövlət qurumlarının diplomatik hücum siyasətinə keçməsi, diaspor quruculuğu sahəsində uğurlu addımlar, eləcə də bu sahədə fəaliyyət göstərən elmi müəssisələrin, ayrı-ayrı elm adamlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərindəki erməni yalanı pərdəsinin xeyli dərəcədə götürülməsinə səbəb olur. Fikrimizcə, ermənilərin bizə qarşı apardığı düşmənçilik mübarizəsi ilə müqayisədə bu, yetmir. Bundan başqa, bu mübarizə üçün xüsusi strateqlər hazırlanmalıdır. Müxtəlif dilləri bilən jurnalist və diplomatlar hazırlayıb ermənilərin kök atdığı ölkələrə göndərilməlidir ki, gedib erməni yalanlarını üzə çıxarsın, həmin dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda dolğun məlumatlar versinlər. Bundan başqa, sahəsindən və strukturundan asılı olmayaraq hər bir dövlət təşkilatında erməni qəsbkarlığını ifşa edən xüsusi şöbələrin yaradılması da işin ümummilli səviyyədə həyata keçirilməsinə böyük kömək olardı.
İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən də yararlanmaq vacib amildir. Son illər erməni lobbisi tərəfindən dünya KİV-lərində yalan məlumatların yayılması bir daha göstərdi ki, bizim xarici ölkələrdə media dayaqlarımız çox zəifdir. Xaricdə Qarabağ həqiqətlərini yaymaq, gündəmi bizim xeyrimizə dəyişmək üçün təbliğat aparan azərbaycanlı və əcnəbi jurnalistlərin azlığı belə məqamlarda daha çox özünü büruzə verir.
Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Dövlət başçısı deyib ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir: “Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq”.
Ermənistanın
Azərbaycana təcavüzünü ifşa
etmək üçün yeni
nəsil jurnalistlər yetişməlidir
İnformasiya savaşında ermənilərin ölkəmizə qarşı təxribatlarının qarşısının alınması üçün xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Bunların rəhbərləri və işçiləri qeyri-azərbaycanlılar olmalıdır. Məsələn, ermənilərin Ukraynada, Rusiyada, ABŞ-da, Fransada və digər ölkələrdə, hətta Türkiyədə bu cür media resursları mövcuddur. Bu resurslar yalnız xəbərlər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir. Azərbaycana lazım olan məqamlarda bu KİV-lərdən istifadə olunmalıdır.
Jurnalistlərimiz də səngərdə keşik çəkən əsgərlərimiz kimi, daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, hücum mövqeyinə keçib erməni terrorizmini ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.
Xarici mediada, xüsusən, erməni KİV-lərində Azərbaycanla bağlı qərəzli yazılar verilən zaman həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır. Daha da irəli gedərək, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır.
Ölkəmizdə informasiya savaşında iştirak etmək, Ermənistanın Azərbaycana təcavüzünü ifşa etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dil bilməli və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidirlər. Çünki bu gün dünya mediasında Azərbaycanla bağlı verilən yazılarda pozitiv şərh boşluğu var. Ermənilərin əsassız şərhlərinə onların öz dillərində cavab verəcək çox az jurnalistimiz var. Ona görə də bu istiqamətdə aktiv olan jurnalistlərimizin sayı artmalıdır.
Erməni və ermənipərəst jurnalistlər
“Facebook”, “Twitter”də, eləcə də
CNN, BBC və s. tanınmış media orqanlarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edirlər.
Nəzərə almaq lazımdır ki, bu gün
“Twitter” sosial şəbəkəlikdən
çıxaraq, siyasi platformaya
çevrilib. “Twitter”də informasiya
müharibəsinin ən gərgin anı- həştəq
mübarizəsi yaşanır. Burada
yazılan bir “twit”lə anındaca
dünyanın ictimai-siyasi gündəmini
dəyişmək olur. Azərbaycan
jurnalistləri kütləvi şəkildə “Twitter”də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək
gücünü artırmalıdırlar.
Ermənilərin
Dağlıq Qarabağdakı qeyri-qanuni əməlləri
dünyaya yayılmadır
Bu gün Azərbaycan diasporu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla erməni lobbisinin Anti-Azərbaycan fəaliyyətini heçə endirir. Lakin Azərbaycan diasporu bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Çünki ermənilər hələ də xarici KİV-də əleyhimizə yazılarla çıxış edir və ya pul ilə ələ alınmış əcnəbi jurnalistlərdən istifadə edirlər. Bundan başqa, müxtəlif ölkələrin internet saytlarında Dağlıq Qarabağ müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir.
Bu məsələdə Azərbaycan diasporunun da üzərinə böyük məsuliyyət düşür. Bu haqda Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva qəzetimizə bildirdi ki, diaspor olaraq əllərində olan bütün resurslardan kifayət qədər istifadə etməyə çalışırlar: “Xüsusən informasiya savaşına hər zaman hazır olmalıyıq. Biz İKT-dən istifadə etməklə informasiya müharibəsi müstəvisində böyük uğurlar əldə edə bilərik. Xaricdəki televiziya və radio, eləcə də portallar vasitəsi ilə Azərbaycanın Dağlıq Qarabağ məsələsini, ermənilərin torpaqlarımıza təcavüz etməsini dünya ictimaiyyətinə, o cümlədən yaşadığımız ölkənin vətəndaşlarına, dövlət orqanlarına çatdırmağa çalışırıq. Amma bu sahədə görüləcək işlər, təbii ki, çoxdur”.
Diqqət ediləsi bir məqam da odur ki, bugünlərdə ifrat irqçi, islamofob və homofob olan, Kalifoniyada emənilərin kütləvi şəkildə yaşadıqları Qlendeyl şəhərinin keçmiş meri Zareh Sinanyan Ermənistanın baş naziri tərəfindən Ermənistanın diaspora işləri üzrə müvəkkili təyin edilib. Bu vəzifə bir ay bundan əvvəl Ermənistanın diaspora üzrə nazirliyin ləğvindən sonra yaradılıb. 1988-ci ildə Ermənistanı tərk etmiş və Kaliforniyada yerləşmiş Zaher Sinanyan 2013-cü ildə Qlendeyl şəhər Şurasının üzvlüyünə namizəd olarkən özünün “YouTube” səhifəsində ifrat irqçi, bir sıra etnik qrupları və xalqları təhqir edən, islamofob və cinsi qruplara qarşı mənfi şərhlər yerləşdirib.
Sinanyan dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib və qondarma DQR-dan olan nümayəndələri Kaliforniyada qəbul edib. O, eyni zamanda anti-gürcü ritorikası ilə məşhurdur və Gürcüstanın Cavaxetiya bölgəsində ermənilərin separatizm meyllərini dəstəkləyənlərdən biridir.
Ermənistanın baş naziri Nikol Paşinyan öz xislətinə uyğun olaraq bu vəzifəyə adam seçib. Paşinyanın Zareh Sinanyanı belə vəzifəyə gətirməkdə məqsədi Ermənistanın diaspor siyasətində yeni hədəflərə çatmaqdır. Xüsusən ermənilər son bir ildə qondarma DQR-nın xaricdə təbliğatını gücləndiriblər. Bu işə erməni lobbisi planlı şəkildə hazırlaşıb. Zareh Sinanyan da bu fəaliyyətin önündə duraraq daha aktiv şəkildə iş aparacaq. Əlbəttə ki, buna cavab olaraq Azərbaycan diasporu özünə yeni strateji plan qurmalı və erməni lobbisini ifşa etməlidir. Ən əsas da milli diaspor ermənilərin işğalçılıq siyasətinin önə çəkməli, onların Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıdır.
Ümumiyyətlə, ermənilərə
qarşı mübarizə bizlərin ümummilli
vəzifəsinə çevrilməlidir. Hər birimiz bunu özümüzün
vətəndaşlıq borcu kimi qəbul etməliyik. Bu
iş nəinki aylar, heç illər, əsrlərlə bitməməlidir.
Artıq bir şeyi
bilməliyik, nə qədər ermənilər varsa, onların bizə qarşı
düşmənçiliyi də var.
Fuad Hüseynzadə
Palitra.-2019.- 5 iyul.- S.10.