KOBİA I Respublika Sənətkarlıq
Festivalında təmsil
olunur
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi
(KOBİA) UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası çərçivəsində
Bakıda ilk dəfə
olaraq keçirilən
I Respublika Sənətkarlıq
Festivalında təmsil
olunur.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin tərəfdaşlığı
ilə keçirilən
festivalda paytaxt və regionlardan olan 100-dən çox sənətkar öz əl işlərini nümayiş etdirir.
Festivalda iştirak edən sahibkarlara agentliyin KOB dostları tərəfindən
biznesin qurulması və genişləndirilməsi
üçün məsləhət
xidmətləri göstərilir,
KOB-lar agentliyin fəaliyyəti, mövcud
dövlət dəstəyi
mexanizmləri barədə
məlumatlandırılır, onlara maarifləndirici bukletlər paylanılır.
Tədbir çərçivəsində KOBİA tərəfindən sənətkarlıqla
məşğul olan sahibkarların ehtiyaclarının
müəyyənləşdirilməsi və bu istiqamətdə
müvafiq tədbirlərin
görülməsi üçün
sorğuların keçirilməsi
də nəzərdə
tutulur.
Qeyd edək
ki, festival Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
qarşısındakı meydanda
təşkil olunub və iyulun 7-dək davam edəcək.
Palitra.-2019.-5 iyul.-S.2.