“Azəri İnciləri” rəqs kollektivi Qazaxıstanda keçirilən beynəlxalq
festivalın qalibi olub
Qazaxıstanın Nur-Sultan
şəhərində “ŞATTIK” Gənc İstedadların XI
Beynəlxalq Festivalı keçirilib. Tədbir
Qazaxıstanın İdman və Mədəniyyət
Nazirliyi və Nur-Sultan
şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil
olunub.
Festivalda
Qazaxıstanın şəhər və bölgələri,
Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Belarus,
Özbəkistan və digər ölkələrin kollektivləri
xoreoqrafiya, vokal və instrumental musiqi nominasiyaları üzrə
çıxış ediblər.
Təhsil
Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə
bu qurumun 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin
“Rəqs” dərnəyinin üzvləri tərəfindən
maraqlı konsert proqramı təqdim olunub.
Mərkəzin
direktoru Lalə Qəti münsiflər heyətinin fəxri
üzvü seçilib. Qala konsertdə “Mənim Azərbaycanım”
kompozisiyası ilə çıxış edən “Azəri
İnciləri” rəqs kollektivi 1-ci yerin qalibi seçilib. “Azəri
İnciləri” rəqs kollektivi və dərnək rəhbəri
xüsusi diplomla təltif olunublar.
Palitra.-2019.-12
iyul.-S.8.