Ağdamın Ermənistan silahlı
qüvvələri tərəfindən işğalından 26
il keçir
Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir. 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut åtdi. İşğalçı erməni silahlı birləşmələri åvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət åtdi, şəhəri tərk ådə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.
Xatırladaq ki, Ağdam adının mənşəyi
haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə
görə, "Ağdam" sözü qədim türk
dilində "kiçik qala"
deməkdir. Bu versiyaya
görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini
müdafiə etmək üçün əsasən
kiçik qalalar
tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası
dəyişib. XVIII əsrin birinci yarısında
Qarabağ xanlığının
yaradıcısı Pənahəli xan bu şəhərdə özü
üçün ağ
daşdan imarət tikdirmək barədə
əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri
üçün bir növ oriyentirə çevrilib.
Bu mənada, "Ağdam"
– günəş şüaları ilə nurlanmış
işıqlı, ağ ev
deməkdir.
Qarabağ müharibəsində ən
çox şəhid verən rayon
1918-ci
ilin oktyabrın 1-də türk generalı Nuru Paşa
Ağdama gəlmişdir. Onları qarşılamaq
üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən
ibarət 30 nəfərlik fəxri qarovul göndərildi.
Şəhərin girişində məktəblilərdən
ibarət orkestrlə bərabər yerli könüllü hissələr
dayanmışdı. Birinci zəfər qapısı
yanında isə ruhanilər və beynəlmiləl komitə
üzvləri əllərində şəhərin
açarlarını tutmuşdular. Səhər saat 10-da
qoşunlar aşağıdakı tərkibdə şəhərə
daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və
pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi
qəhrəmanları Sultan bəy və İldırım bəy
Qarabağ süvariləri ilə hərəkət edirdilər.
Nuru Paşa Ağdamda Azərbaycan bayrağını
qaldırıb, Şuşaya doğru hərəkət eləyib.
Qarabağ
atı Ağdamda yayılıb. Şəhərdə 1949-ci
ildə şəhərdə Ağdam Atçılıq
Zavodu fəaliyyət göstərib. 1960-1970-ci illərdə
respublikada kənd təsərrüfatının ümumi
inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teõniki
bazasının möhkəmləndirilməsi, cıdır
yarışlarına marağın artması Qarabağ
atının inkişafına münbit şərait
yaradıb. Zavod yaradıldıqdan sonra cins daõilində ailə
və õətlərin formalaşması, bir sıra
Ümumittifaq sərgilərində və yarışlarda
Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin
illərə təsadüf edir.
Ağdam
Qarabağ müharibəsində ən çox şəhid
verən rayondur. Ermənilərlə döyüşlərdə
6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı
milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən
128 mini ev-eşiyindən didərgin düşüb. Onlar
ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar.
İşğal nəticəsində rayona 3 milyard 135 milyon
ABŞ dolları məbləğində ziyan dəyib.
Ağdamın işğalı ilə güclü
iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə
itirildi.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.
Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb.
Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tåzliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində dalğalanacaq - işğal altındakı torpaqlarımız azad ediləcək.
Yeri gəlmişkən, Moskva şəhər Qərb İnzibati dairəsində Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə, Ağdam şəhərinin erməni vandalları tərəfindən məkrli sürətdə işğalı ilə bağlı geniş tədbir keçirilib.
Öncə hörmət və ehtiram əlaməti olaraq, bir dəqiqəlik sükutla Ağdam şəhərində şəhid olmuş şəhidlər anılıb, xatirələri böyük ehtiramla yad edilib, ruhlarına Yasin surəsi oxunub. Tədbiri giriş sözü ilə açan, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəniyyəti Muxtariyyətinin sədri Əli Kazımov, Ağdam şəhərinin erməni qəsbkarları tərəfindən işğal olunaraq, ağdamlıların öz yurd-yuvalarından didərgin düşməsindən neçə-neçə ağdamlıların qəhrəmancasına vuruşaraq şəhid olmasından söz açaraq geniş nitq söyləyib.
Daha sonra Moskva Milli Muxtariyyətinin fəal üzvləri Nizami Bəşirov, Elxan Rüstəmov, İlham Tağıyev, Raqib Bayramov, İlqar Məmmədov, Şamil Aliyev, Bahəddin Əhmədov, İmran Abidinov, Zaur Qiyasov, Çingiz Qafarov, Elnur Aslanov, Elşən Süleymanov, Fəxrəddin Abdullayev, Elnur Cavadov və digər Azərbaycanlı soydaşlar tədbirdə iştirak edərək, Ağdam haqqında işğaldan qabaq və işğaldan sonra olan təəssüratlarını tədbir iştirakçıları ilə bölüşərək, mənfur düşmənlərin bütün azərbaycanlıların ən əsası Ağdamlıların başına gətirdiyi amansız mənfur əməllərindən danışaraq tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıblar.
Sonda, Moskva şəhər Qərb İnzibati dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov qeyd edib ki, ənənəvi olaraq erməni vandalizmi tərəfindən işğal altında olan bütün Azərbaycan torpaqlarının işğal günlərinə geniş şəkildə sil-silə tədbirlər keçirməyimizə müvəffəq olacağıq və haqq sözümüzü bütün Moskva şəhərində geniş ictimaiyyətə çatdıracağıq.
Ermənilərin
yaraladığı əsgərin durumu
yaxşılaşıb
"Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bay¬ra¬movun vəziyyəti yaxşılaşıb".
Bunu "Report"a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib.
O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: "Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra xəstəxanadan evə buraxılacaq. Hazırda müalicəsi davam edir".
Qeyd edək ki, iyulun 18-də Ermə¬nistan Silahlı Qüv¬vələrinin bölmələri tərəfindən Ermənistanın No¬yem¬ber¬yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah¬lardan atəş açılmaqla atəş¬kəs rejimi pozulub. Düşmən Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun¬la¬rının “Qa¬zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö-yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay¬ra¬mov yara¬lanıb.
DSX rəisi, general-polkovnik Elçin Qu¬li¬yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he¬yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən¬diril¬məsi istiqamətində müvafiq tapşırıqlar verib.
Fuad Hüseynzadə
Palitra.-2019.-23 iyul.-S.7.