Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi:
problemin mənbələri və nizamlanma perspektivləri
Ramiz Mehdiyev
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam oldu. Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək. Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikalmillətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl oldu. Bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır. Siyasi ekspertlərin fikrincə, bu gün dünyamızda gözlənilən hadisələrin proqnozlaşdırılması getdikcə çətinləşir, planetin çox hissələrində risklər, təhdidlər, qanlı münaqişələr artır, barışmaz qarşıdurmalar kəskin xarakter alır və bu vəziyyətin sonu görünmür. Bir sözlə, birqütblü dünya nizamı gözümüzün qarşısında pozulur. Dünya və regional miqyaslı aktorlar arasında qarşıdurma kəskinləşir, beynəlxalq hüququn əsas prinsipləri pozulur, sülhə və təhlükəsizliyə görə cavabdeh olan beynəlxalq strukturlar fəaliyyət göstərmirlər. Bu 2 mürəkkəb şəraitdə dövlətlər milli maraqların müdafiəsinə yönəlmiş müxtəlif strategiyalardan istifadə edirlər. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatının tamhüquqlu üzvü kimi, bütün dövlətlərlə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş ölçülübbiçilmiş və müstəqil xarici siyasət kursu yürüdür. Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir. Bu münaqişənin mənbələrinin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün bu münaqişəni, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır. Məlum olduğu kimi, Cənubi Qafqaz ərazisi on səkkizinci əsrin əvvəlindən etibarən bu regiondakı üç iri imperiya – Osmanlı İmperiyası, İran və çar Rusiyası arasında amansız mübarizə arenasına çevrilib. Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesi I Pyotrun Xəzər yürüşündən başlandı və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi ilə (1722-1723) başa çatdı. Lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiya bu əraziləri tərk etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıtdı. Bu halda xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövləti yaradılmasına yönəlmiş köçürmə siyasəti həmin planın mühüm elementi idi. İmperatriça II Yekaterina I Pyotrun strategiyasını rəhbər tutaraq bu siyasəti səylə davam etdirirdi. Bu 3 planın tamdəyərli reallaşması yalnız rus-İran müharibələri (1804- 1813; 1826-1828-ci illər) başa çatandan və Rusiya Cənubi Qafqazı tamamilə işğal edəndən sonra mümkün oldu. 1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirdi. Bu əməliyyata Rusiyanın İrandakı səfiri şair Aleksandr Qriboyedov rəhbərlik edirdi. O, “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” qeydlərində yazırdı: “Ermənilərin çoxu müsəlman mülkədarların torpaqlarında məskunlaşıb. Yay vaxtı bunu hələ qəbul etmək olardı. Həmin torpaqların sahibləri olan müsəlmanların çoxu köçəri həyat sürür və başqa dinə mənsub olan gəlmələrlə az ünsiyyətdə olurdular”. Bu zaman Qriboyedov gəlmə ermənilərlə yerli müsəlmanlar arasında gələcəkdə baş verə biləcək münaqişələr haqqında xəbərdarlıq edirdi (Kameral Təsvirin statistikasından görünür ki, müsəlmanlar əsasən türklər, yəni, azərbaycanlılar idi): “Biz onunla (knyaz Arqutinski ilə - R.M) həm də bu haqda xeyli mühakimə yürüdürdük: müsəlmanlara təlqin etmək lazımdır ki, onlar indiki sıxıntılı vəziyyətlə barışsınlar, bu vəziyyət çox davam etməyəcək və ermənilərin ilk dəfə buraxıldığı torpaqlara həmişəlik sahib olacaqları barədə narahatlığa son qoyulacaq” 1. Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinkanın 1831-ci ildə Moskvada nəşr edilmiş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (“Îïèñàíèå ïåðåñåëåíèÿ àðìÿí àääåðáèäæàíñêèõ â ïðåäåëû Ðîññèè, ñ êðàòêèì ïðåäâàðèòåëüíûì èçëîæåíèåì èñòîðè÷åñêèõ âðåìåí Àðìåíèè”) əsərində ətraflı təsvir olunub. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində İrandan buraya 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülüb2. Sonrakı bir neçə ildə Osmanlı İmperiyasından bu üç keçmiş xanlığa daha 90 min erməni köçürülüb3. 1911-ci ildə daha bir rus müəllif, N.Şavrov yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən köçürülənlərdir”. “Ermənilər əsasən Yelizavetpol və İrəvan quberniyalarının bərəkətli torpaqlarında yerləşdirilirdi. Orada ermənilərin sayı çox cüzi idi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göyçə gölünün sahillərində məskunlaşmışdı”4. 1829-cu ildə Rusiya ilə Osmanlı İmperiyası arasında 1828- 1829-cu illər rus-türk müharibəsinə son qoymuş Adrianopol sülh müqaviləsi imzalanandan sonra köçürmənin ikinci dalğası başlandı. Həmin sazişin şərtlərinə əsasən Rusiya Osmanlı İmperiyasının ərazisində yaşayan çoxsaylı erməni ailələrini də yuxarıda göstərilən ərazilərə köçürdü. Beləliklə, bu köçürmələr hesabına regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbəti süni şəkildə dəyişdirildi. Bu proses üçün əlverişli zəmin yaradan obyektiv və subyektiv şəraitin mahiyyəti isə ondan ibarət idi ki, monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu. Çar Rusiyasının ermənipərəst siyasətini davam etdirən sovet rəhbərliyi də azərbaycanlılara münasibətdə etnik zəmində ayrıseçkilik siyasəti yürüdürdü. Faciəyə səbəb olmuş başlıca amil sovet dövlətinin bəzi rəhbərlərinin şüurunda kök salmış antitürk əhvalruhiyyədən və Türkiyə ilə bağlı təşvişdən qaynaqlanırdı. Sovet ideologiyasının gizli tərkib hissəsi olan bu düşmənçilik, bir tərəfdən, dərin tarixi köklərə malik idi və Rusiya ilə Osmanlı İmperiyası arasında çoxəsrlik qarşıdurma ilə bağlı idi, digər tərəfdən isə Moskvadakı erməni lobbisi və ermənipərəst dairələr tərəfindən daim və məqsədyönlü şəkildə qızışdırılırdı. Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər. Beləliklə, 1920-ci ilin may ayında Azərbaycan 6 Respublikasının Versal sülh konfransı tərəfindən tanınmış ərazisi 114 min kvadratkilometr idisə, sovet hakimiyyəti illərində, xüsusən 1920-ci illərdə onun ərazilərinin bir hissəsinin Ermənistana verilməsi hesabına bu ərazi azalaraq 86,6 min kvadratkilometrə bərabər oldu. Nəticədə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqları Ermənistanın tərkibinə qatıldı, Azərbaycanı onun tarixi Naxçıvan regionu ilə birləşdirən və həlledici əhəmiyyət kəsb edən geniş ərazilər ondan qoparıldı və beləliklə, Naxçıvan anklava çevrildi. Azərbaycanın əzəli torpaqlarında süni dövlət qurumu yaradılarkən Ermənistanın özünün ərazisi 9,6 min kvadratkilometrə bərabər idi. Bu gün isə onun ərazisi Sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına genişlənərək 29,7 min kvadratkilometrə çatıb. Qondarma “dənizdən-dənizə” ideyasını reallaşdırmağa çalışan Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Onu da qeyd etmək lazımdır ki, ermənilərin fəaliyyəti təkcə ərazi dəyişiklikləri ilə məhdudlaşmırdı. Onlar həm də Ermənistan SSR ərazisində yaşayan əhalinin etnik tərkibinin dəyişdirilməsinə yönəlmiş ardıcıl siyasət yürüdürdülər. SSRİ Nazirlər Sovetinin 1947- ci il 23 dekabr tarixli 4083 nömrəli “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in KürAraz ovalığına köçürülmәsi haqqında” Qərarına5 uyğun olaraq bu siyasət çərçivəsində 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və 1946-1949-cu illərdə ermənilərin xaricdən repatriasiyası həyata keçirildi. Beləliklə, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır. Erməni milli ideyasının tərkib hissəsi olan bu iyrənc siyasət Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələrdən sonra bu torpaqları Ermənistana birləşdirməyə yönəlmişdi.
(ardı var)
Palitra 2019.- 4 iyun.- S.8.