Azərbaycan sevgisini
kətana köçürən ukraynalı rəssam
İrina Benderovska:
“Bakı təəssüratları hələ də məni tərk
etmir”
Azərbaycanın inkişaf etməsi, dünyada tanınması, dostlarının da sayının artmasına səbəb olub. Müxtəlif peşə sahibləri olan bu insanlar Azərbaycanın haqq səsini müdafiə edir və öz fəaliyyətlərində ölkəmizin təbliğatını aparırlar. Azərbaycan sevgisi ilə yaşayan, öz peşələri üzrə Azərbaycanı vəsf edən belə dostlara diqqətin göstərilməsi önəmlidir. Bu məqsədlə yeni başladığımız "Azərbaycanın dostları" rubrukası adı altında Ukraynanın azərbaycansevər tanınmış rəssamı İrina Benderovska ilə müsahibəni təqdim edirik. İrina Benderovska Azərbaycana olan diqqətini, səmimiyyətini və sevgisini çəkdiyi şəkillərlə ifadə edib.
- İrina xanım, öncə sizi tanımaq istərdik...
- Mən ixtisasca rəssamam. Odessa şəhərində anadan olmuşam və orada təhsil almışam. 2013-cü ildən bu sahədəyəm. Mən saysız rəsm əsəri çəkmişəm, sərgilərdə və müsabiqələrdə iştirak etmişəm və diplomlarla təltif olunmuşam. Bütün bunlar muzey rəhbərləri tərəfindən verilib. Mən günəşli günləri çox sevirəm. Ona görə də özümü cənub insanı kimi hiss edirəm. Əsərlərimin bir çoxu rəngkarlıq, parlaq rənglər ilə fərqlənir, mən boya çəkərkən, demək olar ki, boyanı qarışdırmıram. Təbii şirəli rəngləri çox sevirəm.
Professional sənət fəaliyyətində 2015-ci ildə Sürixdə ilk müvəffəqiyyət əldə etdim. Bundan başqa İtaliyada, Litvada sərgim olub. Ukrayna dövlətinin dəstəyi ilə Radada iştirak etdiyim bir çox layihə olub.
Mənim əsərlərimi əsasən Avropandan kolleksiyaçılar alırlar. ABŞ və Rusiyadan da gəlib alanlar
olur. Bir rəssam olaraq,
reytinqi heç vaxt təqib etmirəm. Hesab edirəm ki,
hər bir rəsm əsəri müəllifin ruhunu əks etdirməlidir.
Mən ruhun nə olduğunu və necə hiss etdiyimi yazıram, daxili dünyamı, duyğularımı və
isti xatirələrimi
bölüşmək istəyirəm.
Allah rəssama fırça verib və bununla da xeyirxahlıq yaymaq lazımdır.
- Sizin məktəbiniz varmı?
- Bəli, mənim kompüter qrafikası, illüstrasiya və dizayn-Bartschool məktəbim
var. Biz uşaqları, yetkinləri
öyrətməklə, yaradıcı
təhsil müəssisələrinə
qəbul olmaq üçün lisey tələbələri hazırlayırıq.
Bu il mənim
məktəbim Praqada təlim mərkəzi açır. Orada yalnız təlim
deyil, keçmiş
MDB ölkələrinin uşaqları
üçün dizayn
düşərgəsi də
nəzərdə tutulur.
“Bartschool.com” saytı kompüter qrafika, multimediya, dizayn üzrə kolleclərə
daxil olmaqda kömək edir. Mən gənclərə sənətdə
öz yollarını
tapmaqda kömək etmək istəyirəm.
- Azərbaycana sevgi sizdə haradandır?
- Bu ölkə həmişə
məni cəlb etmişdir. Parlaq, günəşli, temperamentli - mən Azərbaycanı həmişə
belə təsəvvür
etmişəm. Bununla yanaşı,
Bakından bir çox dostlar həmişə yaxşı
təəssürat yaradıblar.
Bakıdan yüksək səviyyədə
mədəniyyəti, ailə
və mənəvi dəyərləri olan insanlar uzun müddət
dostluq etmək üçün bizi dəvət etdi. Beləcə, biz Bakıya
uçduq...
- İlk
dəfə Azərbaycanda
nə vaxt olubsuz?
- Mən ötən ilin may ayında, Ramazan ayında Bakıda oldum.
- Ümumiyyətlə,
bir rəssam üçün Azərbaycan
nə dərəcədə
cəlbedici ölkədir?
- Yaxşı sualdır! Qərb və Şərq birliyi Azərbaycandan keçir. Sizdə havadan neft və dəniz qoxusu gəlir. Bakı günəşin öpdüyü
bir şəhərdir.
Rəng,
xarizma, temperament, musiqi,
rəqs, dadlı yeməklər – rəssam üçün böyük
bir ilham qaynağıdır.
- İlk
Azərbaycan səfəriniz
sizdə nə kimi təəssüratlar yaratdı?
- Mən oğlumla birlikdə Bakıya gəlmişdim. Bir dostumla görüşdük
və hava limanından şəhərə
yaxınlaşanda oğlum
soruşdu: - Bu ölkə
həqiqətən SSRİ-nin tərkibində olubmu? O düşünürdü
ki, bu, ola bilməz. Oğlum da, mən də
şəhərin gözəlliyinə
heyran olduq.
Dostum, həqiqətən
qonaqpərvərlik göstərdi. Bizi şəhərdə
gəzdirdi, görməli
yerləri göstərdi,
hətta məni məscidə apardı.
Bakı təəssüratları hələ
də məni tərk etmir.
- Səfərdən
sonra Azərbaycanla bağlı hansı əsərlər işlədiz?
-Mən Bakıdan uçduğum zaman özümə söz verdim ki, bu
gözəl ölkəyə
mütləq iş həsr edəcəm. Və belə ki, artıq dörd iş var. Qəlbimin bir hissəsi Bakıda qaldığından, Azərbaycana
həsr olunmuş daha çox rəsmim olacaq.
- Azərbaycanda hər hansı rəssamla tanışlığınız
varmı?
- Bəli, gözəl sənətkar, Azərbaycanın
Əməkdar artisti Vüqar Muradovla tanışıq. Belə
bir yüksək səviyyəli müəlliflə
tanış olmaq mənim üçün böyük
şərəfdir. Yeri gəlmişkən,
Vüqarın bu yaxınlarda Kiyevdə fərdi sərgisi keçirildi.
- Azərbaycanla bağlı nə kimi planlarınız var?
- Qəlbimdə, beynimdə
Azərbaycanla bağlı
çəkmək istədiyim
şəkillər var. Əlbəttə
ki, bu günəşli
ölkənin sakinləri
ilə səmimi münasibətlərimi bölüşmək
üçün sərgi
etmək istərdim. Üstəlik Azərbaycana yenidən
səfər edib bir çox tarixi yerləri ziyarət etmək və bu ölkənin
koloritindən, özünəməxsus
xüsusiyyətlərindən həzz almaq gözəl olardı.
Fuad Hüseynzadə
Palitra 2019.- 4 iyun.- S.7.