Çiyələk ixracı valyuta gəlirlərini artıracaq

Baharın ən dadlı giləmeyvələri içərisində yer alan çiyələk dünyanın bir çox yerlərində yetişdirilir. Çiyələk dadına, vitaminlərə, mineral maddələrə malik olandünyada milyonlarla insanın pəhrizinə daxil edilmiş çoxillik bitkidir. Yazda heç bir meyvənin olmadığı bir zamanda yetişməsi səbəbilə, istehlakçı tərəfindən sevilən giləmeyvədir. Digər meyvələr bazara daxil olana qədər çiyələk yüksək qiymətlərlə istehlakçı tapa bilir. C vitamininin yüksək miqdarda olduğu bu giləmeyvə ABŞ, Kanada, YaponiyaAvropa bazarlarında çox yüksək qiymətlərlə satılır. Ləzzətli, vitaminmineral maddələrlə zəngin, həmçinin təzə halda olması ilə yanaşı, dondurularaq da istehlak edilən ciyələk son illərdə daha çoxsaylı istehlakçı tərəfindən əldə edilir.

 

Dünyada çiyələk istehsalının vəziyyəti

 

Dünya çiyələk istehsalına gəldikdə isə 2014-cü ildə bu rəqəm 8,1 milyon ton səviyyəsində olub. Dünyadakı çiyələk istehsalı rəqəmləri araşdırıldıqda, ortalama istehsal miqdarı 7,3 milyon ton ətrafında olduğu müşahidə edilir. İdxalçı ölkələrə gəldikdə isə 2016-cı ildə dünyanın ən böyük idxalçı ölkəsi ABŞ-dır ki, onu KanadaAlmaniya izləyir. Dünyadakı ən böyük ixracatçı ölkələrə nəzər saldıqda isə ilk sırada İspaniya yer alır. İspaniyada 2016-cı ildə 645,4 milyon dollar səviyyəsində ixrac reallaşıb. Həmin dövrdə İspaniyadan sonra ikinci sırada ABŞ, üçüncü sırada isə Meksika yer alıb.

Qonşu Türkiyə də çiyələk istehsalına önəm verən ölkələrdəndir. Ölkənin böyük bir hissəsində çiyələk becərilir. Türkiyədəki çiyələk istehsalının böyük bir qismini Marmara, Ege və Aralıq dənizi bölgələrinin istehsalı təşkil edir. Ege İxracatçılar Birliyinin (EİB) məlumatına görə, Türkiyə, 2017-ci ildə 13 min 678 ton çiyələk ixrac etməklə 12 milyon 283 min dollarlıq ixracata imza atıb. 2018-ci ildə isə 20 min 113 ton çiyələk ixrac edən Türkiyə, əvvəlki ilə görə 95 faiz artımla, 23 milyon 975 min dollarlıq gəlir əldə edib. Türkiyənin çiyələk ixracında ilk sırada Rusiya yer alıb. Belə ki, 2017-ci ildə Rusiyaya 2 min 777 ton ixrac gerçəkləşdirilməklə 3 milyon 455 min dollar gəlir əldə edən ixracatçı, 2018-ci ildə 13 min ton çiyələk ixrac etməklə, 363 faiz artımla, 16 milyon dollar xarici valyuta əldə edib. Rusiyanı Rumıniya izləyib. Belə ki, 2017-ci ildə Rumıniyaya 3 min 147 ton çiyələk ixrac edən türk ixracatçısı 4 milyon 127 min dollar gəlir əldə edib. 2018-ci ildə 3 min 557 ton çiyələk ixracı qarşılığında, 24 faiz artımla, 5 milyon 136 min dollar əldə edib. Bu ölkələri 1 milyon 367 min dollarlıq ixracatla İraq izləyib.

Ege Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin İdarə Heyətinin sədri Hayrettin Uçak bildirib ki, 2018-ci ildə reallaşan 24 milyon dollarlıq çiyələk ixracını 2019-cu ildə 30 milyon dollara çatdırmaq niyyətindədirlər. O qeyd edib ki, Avropa ilə yanaşı, Uzaq Şərq bazarını da siyahlıya əlavə etməklə, bu rəqəmə asanlıqla çatmaq mümkündür.

 

Ölkəmizdə çiyələk ixracı artır

 

Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, fermerlərə göstərilən diqqət və qayğı aqrar sahədə çalışan insanlar üçün geniş imkanlar açıb.

Azərbaycanda çiyələk dağ-meşə rayonlarında çox geniş yayılıb. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkiyə üstünlük verilir. Cari ildə Qazax rayonunda da fermerlər də çiyələk yetişdirməyə qərar veriblər. Son illər ölkəmizdə çiyələk yalnız yerli bazar üçün deyil, həm də ixrac üçün yetişdirilir.

Mövsümü gəldiyindən çiyələyə tələbat artır. Odur ki, çiyələk alarkən istehlakçıların diqqət etməli olduqları məqamlar var. Nəzərə almaq lazımdır ki, bu giləmeyvənin insan orqanizminə faydaları olduqca böyükdür. A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir.

Bu barədə AQTA-nın məlumatda qeyd olunur ki, çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir. Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür. Çiyələklərin həddindən artıq istehlakı insan orqanizmində diareyaqaz, qaraciyər xəstəliyi, sarılıq, tənəffüs yollarının ağrısı və şişməsi (iltihabı), artrit, sinir gərginliyi, su tutma (ödəm), böyrək xəstəlikləri, böyrək daşları, yüksək hərarət, allergik reaksiyalars. kimi xəstəliklərə səbəb ola bilər. Bəzi insanlarda çiyələyə qarşı allergiya olur. Bunun qarşısını almaqbu faydalı giləmeyvəni dadmaqdan məhrum olmamaq üçün onu süd məhsulları ilə birgə yemək tövsiyə edilir. Çiyələkdən və onun yarpaqlarından orqanizmin müxtəlif xəstəliklərə qarşı immunitetini gücləndirmək üçün istifadə edilir. Çiyələk şirin giləmeyvə olduğu üçün tərkibində şəkərlərdən qlükoza, fruktozasaxarozaya rast gəlinir. Bəziləri market və supermarketlərdə satılan iriya çox böyük olan çiyələklərin geninə müdaxilə edildiyini düşünürlər. Lakin bu daha çox çiyələyin çeşidindən asılıdır. İriböyük olan bu çiyələk çeşidləri ölkəmizə daha çox Amerikadan idxal edilir. Son dövrlərdə piştaxtalarda öz yerini alan iriya böyük, fərqli forma və görünüşdə olan bu çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil.

Hazırda çiyələyin yetişdirildiyi bölgələrdən olan Cəlilabad rayonunda açıq havada yetişdirilmiş çiyələk yığımı davam edir. Məhsul istehsalçıları yetişdirdikləri məhsulu yerli bazarlarda satmaqla yanaşı, Rusiyaya və ərəb ölkələrinə ixrac edirlər. Beş ildir ki, rayonda İspaniyadan gətirilmiş yeni növ çiyələk əkilir. Nəticədə, çiyələyin məhsuldarlığı iki dəfədən çox artıb. Yerli bazarlarda çiyələyin bir kiloqramı 0,50-1 manata satılır. Rayonda yeni inşa edilmiş soyuducu anbar 130 tondan çox çiyələk məhsulunun ixrac imkanlarını artırıb. Fermerlər müqavilə əsasında Dubaya, Küveytə 10 tonlarla çiyələk məhsulu ixrac ediblər.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 500 hektarda çiyələk əkilib. Hər hektardan 200 sentner məhsulun götürülməsi planlaşdırılır.

Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda may ayının ikinci ongünlüyündən başlayaraq mövsümün ilk məhsulu sayılan çiyələyin yığımına başlanılıb. Təsərrüfatçılar əsasən çiyələyin Avropadan gətirilən növlərini becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi həmin növ çiyələklərin həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır. Hər il Xaçmazda 100 hektara yaxın çiyələk əkilir. Bu sahələrdən 150 tona yaxın məhsul yığılır.

Bu gün ixrac imkanları genişləndikcə fermerlər müxtəlif məhsulların, o cümlədən çiyələyin ixracına üstünlük verirlər. Çünki çiyələk də yalnız bir mövsüm deyil, bir çox xarici ölkələrdə bütün mövsümlərdə sevilən meyvədir. İstehlakçıların sevdiyi bu meyvəyə üstünlük verməsi isə fermerlərimizin valyuta əldə etməsinə imkan yaradır.

 

Nigar Abdullayeva

Palitra 2019.- 5 iyun.- S.10.