Azərbaycan milli hərəkat tarixinin tədqiqatçısı
əvvəli var
X.M.Məmmədov dövlətçiliyimizin qorunmasında və möhkəmlənməsində vətəndaş qeyrəti ilə irəlidə gedən ziyalılarımızdandır. Təhsil sisteminin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə dair Xəqani müəllimin səmərəli təklifləri və tövsiyələri vardır. Gözünün nurunu, qəlbinin işığını, elmi təfəkkürünü və zəkasının mayasını tələbələrinə, magistrlərinə və yetirmələrinə verən Xəqani müəllim bu gün həqiqətən çox xoşbəxt pedaqoqdur, onun yetişdirdiyi ləyaqətli kadrlar, yüzlərlə mütəxəssislər Xəqani müəllimi özlərinin idealı sayır, ona çox böyük sevgi və sayğılarla, hörmət və ehtiramla yanaşırlar.
X.Məmmədov həm də
respublıkamızda bacarıqlı ali təhsil
və elmi təşkilatçılarından
biridir. O, 1995-2003-cü illərdə
Bakı Biznes Universitetində beynəlxalq
əlaqələr üzrə prorektor və
“Humanitar fənlər” kafedrasının müdiri vəzifələrində işləyib,
2005-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk
Akademiyasında “Rəhbər kadrların ixtisasının
artırılması” fakültəsinin dekanı vəzifələrində
çalışıb, 2007-ci
ildə Təhsil Nazirinin əmrinə əsasən
Azərbaycan Müəllimlər İnstitutunun
Ağcabədi filialının direktoru vəzifəsinə
təyin edilib və 2013-cü ilə kimi həmin vəzifədə fəaliyyət
göstərib.
Filialın direktoru
vəzifəsində işlədiyi dövr
ərzində o, əsas fəaliyyətini
tədris intizamının gücləndirilməsinə, tələbələrin
dərsə dəvamiyyətinin yüksəkdilməsinə, təhsilin
keyfiyyətinin artırılmasına, filialın maddi-texniki bazasının möhkəmləndirilməsinə,
xüsusən də tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi
zamanı obyektivlik və şəffaflığın
təmin edilməsinə yönəltmişdi. Nəticədə
2007-2012-ci illərdə əvvəlki illərdən fərqli
olaraq filial əməkdaşlarından
4 nəfər dosent elmi
adını almış, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə
yüksəlmiş, filialın 8 məzunu Respublikanın
müxtəlif ali məktəblərinin magistratura pilləsinə daxil
olmuşdu. Filialın yerləşdiyi tədris
inzibati korpusu əsaslı
təmir edilmişdi.
O, 2009-cu ilin mart ayının 18-də keçirilən Referendum ərəfəsində rəsmi vəkil
olaraq Ağcabədi, Ağdam,
Laçın, Goranboy, Beyləqan və
Xocavənd rayonlarında keçirilən tədbirlərdə
fəal iştirak edib.
2013-cü ilin may ayında Azərbaycan Respublikasının BMT-dəki Daimi nümayəndəliyinin rəhbərliyi tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə dəvət olunmuş professor X.Məmmədov həmin konfransda “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Professor Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının üzvləri ilə görüşüb və orada “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” mövzusunda məruzə ilə çıxış edib və diaspor təşkilatı tərəfindən xatirə medalı ilə təltif olunub.
Professor X.Məmmədov
2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinə dəvət edilib və tarix-coğrafiya fakültəsinin “Azərbaycan
tarixi” kafedrasının professoru
vəzifəsinə qəbul edilib. O,
2016-cı ildə həmin kafedraya
keçirilən seçkilərdə iştirak
etmiş və qalib gələrək,
5 il müddətinə “Azərbaycan tarixi” kafedrasının professoru
vəzifəsinə seçilib.
Tarixin inkişaf dialektikasının qanunauyğun prinsipi belədir
ki, cəmiyyətin tərəqqisində
və irəliyə doğru
inkişafında elm, maarif,
təhsil, milli-mənəvi dəyərlər həmişə
qabaqcıl rol oynamış və onu daha da
zənginləşdirən ixtira sahibləri,
böyük alimlər xalqın mənəvi
irsinin zəngin fundamentini
təşkil ediblər. Bu gün üçüncü
minilliyin baxış bucağından
baxarkən həyatını elmə, təhsilə, gənc nəslin
maariflənməsinə, onların cəmiyyətin layiqli vətəndaşı kimi
yetişməsinə və formalaşmasına həsr edən
insanların geniş və çoxşaxəli
fəaliyyətinə heyran qalmaya bilmirsən. Həyatını və
mənalı ömrünü
bütünlüklə xalqına xidmətdə keçirən,
xeyirxah əməlləri ilə nəsillərə
nümunə olan professor
Xəqani Məmmədov belə
ziyalılarımızdandır. Onun həm
alim, həm müəllim və həm də
ziyalı kimi həqiqət konsepsiyası daha geniş ictimai məna kəsb edir.
Xaqani müəllimin daxili aləmində
və bütöv xarakterində təmkinli
bir müdriklik var, böyük səbir sahibidir, dostunu və
opponentlərini axıradək dinləmək, öz
fikir və mülahizələrini söyləmək,
dəyərli tövsiyələrini vermək, onlara
kömək əlini uzatmaq bacarığına
malikdir. O, özünün mənalı ömrünü
bütünlüklə elmə, təhsilə və maarifə
həsr etməklə geniş elmi-pedaqoji və ictimai-siyasi
həyat yolu keçmiş
və 65 illik ömür
bioqrafiyasının zirvəsinə yüksələ bilib.
Hörmətli Xəqani müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı və xoşbəxtlik, geniş elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzulayıram.
Məmmədov NURU
Tarix elmləri doktoru,
professor
Palitra 2019.- 21 iyun.- S.10.