Bosniya və Hersoqovinada Dağlıq Qarabağla bağlı tədbirlər keçirilib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) növbəti beynəlxalq layihəsinin icrasına başlayıb. “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı təbliğati, beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə 3 ay - 01 may – 01 avqust 2019-cu il müddətində əsasən, Bosniya və Hersoqovinada icra olunacaq. Bu haqda ADTGT-nın Mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində Balkan ölkələrinin siyasi dairələri, millət vəkilləri, hökumət strukturu təmsilçiləri, nüfuzlu QHT, KİV, sosial, internet media qurumları, akademik çevrələri, ekspert və araşdırmaçı mütəxəssisləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda məlumatlandırılacaq, ölkəmizin ədaləti mövqeyinin, dünya ictimaiyyətinə yönələn sülh çağırış və təşəbbüslərinin dəstəklənməsi üçün Bosniya və Hersoqavinanın vətəndaş cəmiyyəti institutları, siyasət adamları, tanınmış şəxsləri və əcnəbi tərəfdaşları silsilə PR fəaliyyətlərinə cəlb olunacaqlar. Layihə, eyni zamanda hər iki ölkənin QHT sektorunun ikitərəfli və çoxtərəfli ictimai və mədəni-humanitar əməkdaşlığını özündə əks etdirəcəkdir.
Dağlıq Qarabağla bağlı tədbirlər çərçivəsində ADTGT Bosniya və Hersoqovinada rəsmi görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində 19 iyun tarixində Bosniya və Hersoqovinada rəsmi görüşlərə başlayıb. ADTGT rəhbərliyi səfər çərçivəsində ilk olaraq Bosniya və Hersoqovinanın qurucu prezidenti mərhum Aliyə İzzetbeqoviçin muzeyi ilə yaxından tanış olublar, onun keçdiyi həyat və mübarizə yoluna nəzər salıblar, həmçinin nəvəsi Nada Berberoviç – Dizdareviç ilə maraqlı söhbət ediblər. Nəvəsi ilə iki ölkə arasında dostluğumuzu, mədəni əməkdaşlığımızı genişləndirmək üçün Bakıda baş tutacaq yeni layihə təklifini müzakirə ediblər.
Növbəti görüş Sarayevo Böyük Şəhər Bələdiyyəsində baş tutub. Heyət burada şəhər bələdiyyə başçısının müavini və digər rəhbər şəxslərin iştirakı ilə iki ölkə və paytaxtlar arasında mədəni-hümanitar əlaqələrin genişləndirilməsini geniş müzakirə ediblər. Həmçinin təşkilatın sədri Asif Əsgərli şəhər rəhbərliyinə burada Dağlıq Qarabağ mövzusunda keçirilən beynəlxalq konfrans haqında geniş məlumat verib.
Daha sonra Bosniya və Hersoqovina federal parlamentində millət vəkili – Boşnak qrupunun rəhbəri Jasmin Dubvnjakla səmərəli və geniş əhatəli görüş baş tutub. Millət vəkili Azərbaycana böyük sevgi və maraqlarının olduğunu diqqətə çatdırıb və Bosniya və Hersoqovina ilə ölkəmizin dostluq münasibətlərinə böyük önəm verdiyini dilə gətirib. O, 2013-cü ildə burada Xocalının soyqırımı kimi tanınmasında yaxından iştirak etdiyini və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb. Parlamentdə keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, uğurlar arzu edib. Yaxın zamanlarda Azərbaycana rəsmi səfər edəcəyini diqqətə çatdırıb.
Günün son görüşü Bosniya və Hersoqovina Həmkarlar İttifaqı Konfederasiyasının binasında baş tutub. Burada azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarının qeyd edən Konfederasiya rəhbərliyi yaxın gələcəkdə bu sahədə konkret addımlar atacaqlarını bildiriblər.
Digər görüşlərdə də Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi haqqında mütəmadi olaraq ictimaiyyət məlumatlandırılıb.
Bosniya və Hersoqovinada dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar edilib
21 iyun tarixində
Bosniya və Hersoqovinanın Nümayəndələr
Palatasının konfrans zalında bu ölkədən olan
millət vəkillərinin, hökumət rəsmilərinin, alim, ekspert, QHT və media təmsilçilərinin iştirakı
ilə yüksək səviyyəli konfrans
öz işinə başlayıb. Konfransı giriş
sözü ilə açıq elan edən Bosniya və Hersoqovinadan olan moderator dr. Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verib və sonra sözü
yerli QHT rəhbəri
Jasmin İmamoviçə
verib. ADTGT ilə beş ildir
davam edən əməkdaşlığını yüksək qiymətləndirən
Jasmin İmamoviç
Dağlıq Qarabağ
mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən
layihələrin əhəmiyyətini
vurğulayıb. Daha sonra
geniş təqdimatla
ADTGT sədri Asif Əsgərli məruzə
edib. Dağlıq
Qarabağ probleminin tarixi köklərini, gerçək səbəblərini,
real vəziyyəti və
Azərbaycanın haqlı
ədalətli mövqeyini
öz çıxışında
ətraflı təqdim
edən Asif Əsgərli münaqişənin
ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
sülh yolu ilə həllini vurğulayaraq Ermənistan
tərəfini beynəlxalq
qanunlara əməl etməməkdə, 20 faiz
torpaqlarımızı hələ
də işğal altında saxladığını
bildirib.
Sonra məruzə ətrafında
Zenitsa Universitetinin hüquq professoru Dzcavad Dino Bosniya və Hersoqavinanın Rusiyadakı keçmiş
səfiri prof. Ənvər Haliloviç,
Sarayevo Universitetinin doktoru Enis Öməroviç
və digər rəsmi qonaqlar və ekspertlər çıxış edərək
Azərbaycanın ərazi
bütövlüyünə, ədalətli mövqeyinə
öz dəstəklərini
ifadə edərək
dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində
çağırışlar ediblər.
Konfrans müzakirələrlə
yekunlaşıb və
iştirakçılara ADTGT tərəfindən Dağlıq
Qarabağ münaqişəsi
və həqiqətlərinə
dair çap və audio-vizual materiallar təqdim olunub.
Sonda konfransın
adından erməni nasist cinayətkarı Qaragen Nicdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edilib və bu KİV-lərə yayımlanıb.
Təmas
xəttində növbəti
monitorinq keçiriləcək
Yeri gəlmişkən,
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu istiqamətində Azərbaycan
və Ermənistan qoşunlarının təmas
xəttində növbəti
monitorinqin keçirilməsi
planlaşdırılır.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
səhra köməkçiləri
Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli
Planlaşdırma Qrupunun
(YSPQ) nümayəndəsi polkovnik-leytenant
Harri O`Konnor keçirəcəklər.
Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
edilmiş və nəzarət olunan Azərbaycan ərazisində
monitorinqi ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin
səhra köməkçiləri
Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard
keçirəcəklər.
Fuad Hüseynzadə
Palitra 2019.- 25 iyun.-
S.11.