Rəhman Mustafayev:
“Fransa qanunlarına zidd
olaraq qəbul edilmiş
sənədlərin ləğvi ilə mühüm
məhkəmə presedenti yaranıb”
“Bu
sənəd icra baxımından məcburi
xarakter daşıyır və yerli hakimiyyət orqanlarını Fransanın
beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur
edir”
“Məhkəmənin ləğv edilmiş xartiyalara dair qərarlarında aydın şəkildə
qeyd olunur ki, Fransa qanunlarının
qadağan etdiyinə baxmayaraq,
bu qanunsuz sənədləri
imzalamaqla, yerli hakimiyyət
orqanları Ermənistan ilə Azərbaycan arasındakı
münaqişəyə dolayı yolla
müdaxilə etmiş olurlar.
Üstəlik, qeyd edirlər ki, bu qanunsuz
sənədlər işğal olunmuş ərazilərdə separatçı
rejimi tanıyan sazişlər kimi qəbul edilməlidir. Halbuki
Fransa və bütün
beynəlxalq ictimaiyyət bu qurumu tanımaqdan imtina edir”
Son günlər Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış beş “xartiya”nı ləğv etməsi böyük əks-səda doğurub. Fransanın müvafiq məhkəmələri bu “xartiyalar”ın ləğv olunmasının səbəbini onların ölkənin xarici siyasətinə, eləcə də beynəlxalq öhdəliklərinə uyğun gəlmədiyini göstərib. Erməni separatçılarının planlarının puça çıxması, eləcə də Fransanın qanunsuz sənədlərlə bağlı reaksiyasına dair ortaya çıxan bəzi sualları bu ölkədəki səfirimiz Rəhman Mustafayev AZƏRTAC-a məxsusi müsahibəsində açıqlayıb. Rəhman Mustafayev məsələni belə dəyərləndirib: “2013-cü ilin iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmasının çox olduğu regionlar - Ile de France, Rhone- Alpes, Alpes-Provence-Cote-d’Azur) Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında 13 qeyri-qanuni sənəd, saziş və xartiya imzalayıblar. 2013-2017-ci illər ərzində 8 sənəd prezident Fransua Ollandın, 5 sənəd isə indiki Prezidentin dövründə, işğal olunmuş ərazilərdə və ya separatçı nümayəndələrin Fransaya səfərləri zamanı keçirilən görüşlərdə imzalanıb”. Səfir bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini belə izah edib: “Biz bu sənədlərin qanunsuz olduğunu və Fransanın milli qanunvericiliyini, eləcə də onun beynəlxalq və ikitərəfli öhdəliklərini kobud şəkildə pozduğunu əvvəlcədən bəyan etmişdik. Xüsusilə də 1993-cü il dekabrın 20-də Parisdə Azərbaycan və Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Sazişi pozduğunu bildirmişdik. Xatırladaq ki, bu Sazişə uyğun olaraq, hər iki tərəf münasibətlərində suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı şəkildə riayət etmək öhdəliyini götürüblər”.
“Sənəd hökumətin region
və departamentlərdəki nümayəndələri olan prefektləri Fransanın qanunvericiliyinə
riayət edilməsinə nəzarət etməyə və onun pozulduğu hallarda məhkəmə vasitəsilə
müdaxilə etməyə məcbur edir”
Fransa bu qeyri-qanuni sənədlərə uzun müddət reaksiya göstərməməsi ilə bağlı bunları deyib: “Düşünürəm ki, Fransa tərəfi bu məsələyə çox ciddi yanaşıb. Bu ölkənin iki aparıcı nazirliyinin (Xarici və Daxili İşlər) nümayəndələri bir neçə ay ərzində kommuna, şəhər, departament və region kimi fransız yerli hakimiyyət orqanlarının beynəlxalq əlaqə və fəaliyyətlərinin hüquqi çərçivəsinin müəyyən edildiyi birgə sənəd-sirkulyar-hazırlayıblar. 2018-ci il mayın 28-də bu sirkulyar Xarici və Daxili İşlər nazirləri tərəfindən imzalanaraq icra edilməsi üçün ölkənin regionlarına göndərilib. Qeyd edim ki, bu sənəd icra baxımından məcburi xarakter daşıyır və yerli hakimiyyət orqanlarını Fransanın beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur edir. O cümlədən Fransanın tanımadığı ərazi vahidlərinin separatçı orqanları ilə saziş imzalanmasını, səfərlərin və qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsi də daxil olmaqla hər hansı bir formada qarşılıqlı əlaqə yaratmağı qadağan edir. Eyni zamanda, sənəd hökumətin region və departamentlərdəki nümayəndələri olan prefektləri Fransanın qanunvericiliyinə riayət edilməsinə nəzarət etməyə və onun pozulduğu hallarda məhkəmə vasitəsilə müdaxilə etməyə məcbur edir. Yəni, sözügedən məhkəmə qərarlarında olduğu kimi, prefektlərin göstərdiyi səylərin nəticəsində 13 qeyri-qanuni sənədin 5-i yerli məhkəmələr tərəfindən ləğv edilib, 3-ü isə müvafiq yerli orqanlar tərəfindən etibarsız hesab olunub”.
“Fransız tərəfi bu cür qanun pozuntularının Azərbaycan-Fransa ikitərəfli münasibətlərinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın imicinə mənfi təsir etməsi faktını nəzərə aldı”
Səfir Rəhman Mustafayev
qanunsuz işlərlə bağlı qərar
qəbul edərkən Fransanın icra və
məhkəmə orqanlarına hansı amillərin təsir
göstərməsi ilə bağlı deyib
ki, əsas amil ölkənin
qanunlarının onun bütün
ərazisində tətbiq edilməsidir: “Fransanın bir neçə departamentində dissident-merlər
2013-cü ildən etibarən ölkənin
Konstitusiyasını və digər qanunlarını, eləcə
də beynəlxalq və ikitərəfli öhdəliklərini
pozublar və onlara
qarşı heç bir
tədbir görülməyib. Təsadüfi deyil
ki, məhkəmə qərarlarında
aydın qeyd olunub ki, sözügedən qeyri-qanuni
xartiyalar 1958-ci il Fransa Konstitusiyasının bir
çox maddələrini, o
cümlədən 3, 5, 14, 20, 52 və 72 saylı maddələrini
pozur. Bundan əlavə, fransız tərəfi bu
cür qanun
pozuntularının Azərbaycan-Fransa ikitərəfli
münasibətlərinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri
kimi Fransanın imicinə mənfi təsir
etməsi faktını nəzərə aldı. Belə ki, həmsədr kimi Fransa bu münaqişənin
həllində balanslaşdırılmış qərəzsiz
mövqeyə sadiq qalmalıdır. Bununla bağlı diqqəti “xartiyalar”ın ləğv
edildiyi məhkəmə qərarlarında
qeyd edilmiş bəzi
məqamlara çəkmək istərdim. Məhkəmənin
ləğv edilmiş xartiyalara
dair qərarlarında aydın şəkildə
qeyd olunur ki, Fransa qanunlarının
qadağan etdiyinə baxmayaraq,
bu qanunsuz sənədləri
imzalamaqla, yerli hakimiyyət
orqanları Ermənistan ilə Azərbaycan arasındakı
münaqişəyə dolayı yolla
müdaxilə etmiş olurlar.
Üstəlik, qeyd edirlər ki, bu qanunsuz
sənədlər işğal olunmuş ərazilərdə
separatçı rejimi tanıyan sazişlər
kimi qəbul edilməlidir. Halbuki
Fransa və bütün
beynəlxalq ictimaiyyət bu qurumu tanımaqdan imtina edir. Bunlar çox
əhəmiyyətli mesajlardır və ümidvaram
ki, onlar Fransanın yerli hökumət orqanlarının rəhbərləri,
eləcə də erməni icması tərəfindən nəzərə
alınacaq”. Qeyd edək ki,
13 qeyri-qanuni xartiyadan
8-i ləğv edilib və ya
etibarsız sayılıb. Qalan 5
“xartiya”nın taleyi ilə bağlı səfir
deyib ki, artıq Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin
ləğv edilməsi ilə mühüm
məhkəmə presedenti yaranıb: “Buna görə də qalan
“sazişlər”in ləğv olunması şansı yüksəkdir.
Ümid edirəm ki, bu məhkəmə qərarları 2013-cü
ildən başlayan “xartiya”
imzalanmasına son qoyacaq.
Eyni zamanda, hesab edirəm, arxayınlaşmaq da olmaz. Fransanın
erməni icması, onun təşkilatları
və yerli hakimiyyət
orqanlarındakı “tərəfdaşları" şübhəsiz
ki, beynəlxalq hüquq
və fransız qanununun möhkəmliyini
“sınaqdan keçirməyə” və işğal
olunmuş ərazilərin
separatçı nümayəndələri ilə bundan sonra da
qeyri-qanuni fəaliyyət göstərməyə
cəhd edəcəklər. Buna görə
də bütün belə hallarda
Fransanın həm paytaxtında, həm də regionlarında yerli hakimiyyət orqanları ilə müvafiq iş
aparacağıq”.
A.Miriyev
Palitra.-2019.-25 iyun.-S.11.