Masallının İsti su möcüzələri
...Cənubun
mirvarisi Masallının Ərkivan qəsəbəsiylə
füsunkar Qəriblər kəndi arasındakı asfalt yolun hər
iki tərəfində əkilmiş ağaclar
böyüdükcə buraların görüntüsünə
gözəllik qatır. Bir neçə
il əvvəl bu yerlər
çılpaq torpaq idi,
bir neçə dəfə
yaşıllıq salınsa da ya susuzluqdan yanır, ya da mal-qaranın tapdağına
tuş gəlirdi. Rayon
rəhbərliyinin təşəbbüsü ilə yolun hər iki tərəfində
ağaclar əkildi. Onların
suvarılması və mühafizəsi üçün
tədbirlər görüldü.
İnsanların qayğısına bələnən
yaşıl tinglər indi buraların
yaşıl donuna dönüb.
Bu yol isə bizi möcüzəli İsti
su “Fatimeyi-Zəhra” şəfa
sanatoriyasına aparır. Amma yol boyu salınan istirahət
ocaqlarının da sayı ilbəil
artmaqdadır. Hər addımda istirahət mərkəzləri,
restoranlar, kempinqlər gözəlliyi ilə
adamları valeh edir. Təsadüfi deyil ki, son illər
Masallıya turist axınının artması
sevindiricidir. Rayonda turizmin inkişafı
ilə əlaqədar
görülən tədbirlər
diqqət çəkir.
Bu da son hədd
deyil. Çox çəkməz ki, Masallıda beynəlxalq turizm şəhərciyi ünvan
tapacaq. Onda Masallının gözəlliyi
daha da artacaq.
Talış dağlarının ətəklərindən
başlamış istirahət
mərkəzləri ta
Şəlaləyə kimi
davam edir. Ancaq biz bu
yazıda Masallını
hər yerdə tanıdan, ona şöhrət gətirən
İsti su “Fatimeyi-Zəhra” şəfa
sanatoriyasının bugünkü
qaynar həyatından
bəhs edəcəyik.
... Yayın nəfəstəngidən günlərində
istirahətini daha səmərəli keçirmək,
dincəlmək, gələcək
sağlamlığına stimul
yaratmaq, müalicə
olunmaq hər kəsin ömür-gününə
qayğısıdır. Dünyanın məşhur turizm
mərkəzləri ilə
bir vaxtda ölkəmizin də zəngin və möcüzəli təbiətinə
vurğun olanlar əsrarəngiz gözəllikləri,
qonaqpərvərliyi, sağlamlığına
dəstək verdiyi yerləri heç vaxt unutmur. Nöbəti
ildə də bu yadda qalan
olayları görmək
arzusu ilə günü-günə, ayı-aya
qatır, bu anı səbirsizliklə gözləyir.
Axı ecazkar təbiəti, termal suları, zümrüd meşələri, qaynar gözlü bulaqlar, dağların köksündən
süzülən şəlalələri
necə unutmaq olar?
Çayın yatağındakı nəhəng
sal daşlı qayalardan fəvvarə vurub qaynar-qaynar Viləşə qovuşan
İsti su Ulu Tanrının qüdrətindən gözəllik,
möcüzəlik alıb. Sanatoriyadakı bu ilki qələbəlik
ötən illərdəkindən
fərqlənir. Bunu meydançadakı
ayrı-ayrı şəhər
və rayonlardan gələn maşınların
çoxluğundan da görmək olur. Yaxınlıqdakı istirahət mərkəzlərindən
İsti suyun qarşısındakı meydançasına
kimi insan axını var. Viləşin
sahilində günəş
vannası qəbul edənlər, at üstündə,
təbiətin gözəlliyinə
sığınıb, bulaq
başında Şəlalə
suyunun yığıldığı
hövuzda, Mədə
bulağında şəkil
çəkdirənlərin çoxluğu bu qələbəliyi tamamlayır.
Sanatoriyada dağların ucalığından
dərəyə qanadlanan
qartalabənzər, yeni
arxitekturlu evlər, kenpinqlər, çoxmərtəbəli
villalarda Bakıdan, Sumqayıtdan, Gəncədən,
Salyandan, İmişlidən,
Sabirabaddan, Saatlıdan,
Lerikdən, Lənkərandan,
Cəlilabaddan ... gələnlər
bir-biri ilə qonşuluq, dostluq edirlər.
Hələ sanatoriya, turustlər,
istirahətə gələnlər,
“ev sahibi” ilə görüşməmiş
lerikli 83 yaşlı Xanoğlan kişi
ilə tanışlığımız
İsti su möcüzələrindən bizə
çox bilgi verir. Həmişə meşə işçisi
olmuş Xanoğlan kişi arıq
cüssəli olsa da cəld və
şən görünür.
Onun vannalardan yuxarı qalxan pilləkənlərdəki
çevikliyi diqqət
çəkir. Ağsaqqal deyir
ki, ömrü boyu bu oksigenlə
zəngin meşələrdə
yaşamışam. İndiyə kimi dava-dərmanın nə olduğunu bilməmişəm. Buradakı gözəlliyin,
qeyri-adiliyin vurğunuyam.
Həm də burada ağsaqqala, mərizə çox böyük qayğının şahidi
oluram. Bu,bütün varlığı
ilə insanlara xidmət istəyindən doymayan Hacı İldırım Allahyarovun
işgüzarlığının, vətənpərvərliyinin bəhrəsidir.
Sahibkar Hacı
İldırımı soruşanda
dedilər ki, təzə yaratdığı
Mədə bulağı
mərkəzindədir. Sahibkarla burada
görüşürük. Qayğılı görünür. Səbəbini soruşmamış özü vəziyyətə
aydınlıq gətirir.
Deyir ki, keçən ildən fərqli olaraq bu il turist axını çoxdur. İsti suyu deyib gələnləri buradan razı yola salmalıyıq. Mədə bulağı
mərkəzini də
bu məqsədlə yaratmışdır. Bu bulaqdan iki cür
su çıxır.
Ümumiyyətlə, hələ ötən
əsrin 60-cı illərində
həmyerlimiz alim-həkim
Mir Kazım Aslanlı
bir qrup sovet alimi ilə
İsti suyun möcüzələrini üzə
çıxarıb. Bu
barədə tədqiqatlar
aparmış, buradakı
suyun birinin bilavasitə mədəyə
təsirini, digəri isə təmiz saf bulaq suyunun
olmasını sübut
etmişdir. Bunu nəzərə
alaraq buranı genişləndirib mərkəz
yaratmışıq. Bu
ildən mərkəzdə
yeni yemək dəstləri, avadanlıqlar
gətirmişik. Cürbəcür
bulaq və meyvəli sular, dondurma və s. təşkil etmişik. Turistlərə yaxşı xidmət
üçün Bakıdan
ixtisaslı ofisiantlar dəvət etmişik.
Sahibkar ölkə
rəhbərinin bu sahəyə qayğı və diqqətindən danışıb deyir ki, respublikada turizmin inkişafı əsas məsələ kimi diqqət çəkir. Bir sahibkar kimi cənab Prezidentə minnətdarlığım hədsizdir.
Daim xalqın, millətin sağlamlığı, rifahı
üçün çalışır.
Sahibkar deyir ki, rayon icra hakimiyyətinin başçısı
çox qurucu, yaradıcı insandır. Masallıda quruculuq
işləri çoxdur.
Cənab
başçı bütün
sahələri diqqətdə
saxlayır. Sahibkarların dostu olan cənab
Rafil Hüseynov hər vaxt müraciətlərimizə
həssaslıq göstərib,
hər çətinlikdə
bizi dəstəkləyir.
Onun qayğısı sayəsində
İsti suya gələn turistlərin sayı ilbəil artır. İndi sanatoriyamıza Avropa
dövlətlərindən, Ərəb ölkələrindən,
qonşu Rusiya və İrandan turistlər gəlir.
Bu il sanatoriyada
yenilik çox olub. Bu təbiidir.
Hər bir turist təkrar
gəlişində yenilik
görəndə növbəti
gəlişini yəqinləşdirir.
Bu mövsümdə şəlaləli açıq
müalicəvi hovuz, müasir tələblərə
uyğun həkim və masaj otaqları,
yeni hovuzlar, iaşə xidməti obyektləri yaradılıb.
İmişli sakini ziyalı Sənan Əhmədov deyir ki, mən
bura tez-tez gəlirəm. Hər gələndə yeniliklərlə qarşılaşıram.
Mədə bulağı mərkəzinə
Bakıda işləyib
təcrübə qazanmış
Sahilə Mazanova, Aynurə Məmmədova nümunəvi xidmətləri
ilə gündə yüzlərlə insanın
razılığını qazanır. Özüm 14 günlük yollayışla
ailəvi gəlmişəm.
Bir neçə vanna qəbul etdikdən sonra dizlərimdəki ağrılar azalıb.
Sanatoriyanın ən böyük dəyəri onlarca xəstəliyin müalicəsi,
insanların sağlamlığının
qorunmasıdır. Həkim Rauf
Qurbanovla bu barədə söhbətimiz
maraqlı oldu.
O, qeyd etdi ki, xüsusilə insanlar revmatizm, radikulit kimi xəstəliklərlə bağlı
neçə-neçə həkimə
müraciət edir, nə qədər kimyəvi dərman qəbul edirlər. Halbuki, masajlar, su vannalarından
istifadə edənlərin
sağlamlıqlarındakı problemlər bir neçə günə qaydasına düşür.
Təmiz dağ havası can dərmanıdır.
Eyni zamanda burada əsəb, yuxusuzluq, baş, oynaq, bel və boyun
ağrıları, sonsuzluq,
şəkərli diabet,
arterial hipertaniya, xroniki
sidik-cinsiyyət, dəri
xəstəlikləri, ostroxondroz,
onurğa xəstəlikləri,
qan dövranının
yaxşılaşdırılmasına
nail olurlar.
Pilləkənləri qalxıb düşmək, çayın
içində qoyulan stolların arxasında çay, bulaq suyu qəbul etməkdən yaxşı
zövqoxşayan istirahət
nə ola
bilər.
Buraya ailəvi gələnlərin
uşaqları üçün
xoş ovqat bəxş edən əyləncələr – açıq
hovuzlarda çimmək,
karusellərdə vaxt
keçirmək, tilovla
balıq tutmaq, atla gəzinti, nərd və domino oynaması və s. kimi şərait yaradılmışdır. Uca dağlarda
bitən müalicəvi
bitkiləri yığıb,
qurudub turistlərə
vermək də bu yerlərin möcüzəsinə daxildir.
Masallıda quruculuq işləri
sürətləndiyi kimi
burada da hər gün yeniliklə üzləşirsən:
evlər çoxalır,
yeməkxanaların, çayxanaların
sayı artır, maşınların dayanacaq
yerləri genişləndirilir.
Turistlər təkcə vaxtlarını
burada keçirmir, Masallının görməli
tarixi obyektlərində
olmağı da unutmurlar.
Neçə onilliklər öncə səfalı, müalicəvi
suları ilə diqqət cəlb edib məşhurlaşan, dünyanın bir çox yerlərindən istirahəti üçün
mühüm əhəmiyyət
kəsb edən Masallı İsti suyu bu gün
yeni görüntüsü,
şəfavericiliyi ilə
mühüm əhəmiyyət
kəsb edir. Sahibkar İldırım Allahyarov
deyir ki, bu il
600 nəfəri yollayışla
qəbul edəcəyik.
Viləşin yatağı ilə irəliləyib "Donuzütən"ə
tərəf getdikcə
bu yerlərin möcüzəli görüntüsü
daha da ecazkarlaşır.
Sahki rəssamların
fırçası ilə
bəzənib bu yerlər.
Sal, çayın büllur
kimi sularının qarşısına bənd
çəkən daşlar
nağılvaridir. Buralardakı dəhnələrdə çimən,
oturub suların axmasını seyr edənlər yüzlərlədir.
Çayın sahilindəki buz kimi kölgələrdə
dincələnlər gözəlliyi
ilə insanı heyrətləndirən ecazkar
yerlərə necə
də vurğunluqla tamaşa edirlər.
...Masallı İsti suyu Şəfa sanatoriyası bu gün yeni görüntüdə,
təzə şərafətdə,
xoş ovqatdadır. Buraya gəlib dincələnlər, müalicə
olunanlar qəlblərində
həmişəyaşar xatirələr,
onlara sağlamlıq bəxş edən xoş ovqatla qayıdacaqlar...
Əlihüseyn Şükürov
Həsənağa
Əliyev
Masallı
Palitra.-2019.-26 iyun.-S.10.