Şəkidə “İpək
Yolu” X Beynəlxalq Musiqi
Festivalı başlayır
İyunun 29-dan iyulun 3-dək Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə iyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş mətbuat konfransında çıxış edən festivalın bədii rəhbəri, ittifaqın sədri, Xalq artisti, UNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadə geniş məlumat verib.
Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək festivalda çoxsaylı qonaqların iştirakının gözlənildiyini deyən F.Əlizadə hər il olduğu kimi bu dəfə də Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilərin çıxış edəcəyini söyləyib.
“Bu il artıq Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar”, - deyə Firəngiz Əlizadə vurğulayıb.
F.Əlizadə çıxışında həmçinin qeyd edib ki, 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır: “”Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümünə həsr edilmiş dəyirmi masa keçiriləcək”.
Ötən illər ərzində festivalın əks-sədasının müxtəlif ölkələrə yayılaraq ildən–ilə daha çox pərəstişkarları cəlb etdiyini bildirən F.Əlizadə deyib ki, bu musiqi bayramının coğrafiyası xeyli genişlənib: “Həmişə olduğu kimi yenə də qardaş Türkiyənin və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri qonağımız olacaq. Bu dəfə Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər”.
Xalq artisti məlumat verib ki, ilk festivalda olduğu kimi ənənəvi olaraq 10-cu yubiley proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının məşhur Yuxarı Karvansaray tarixi memarlıq abidəsi fonunda tamaşası ilə başlayacaq. Azərbaycan musiqisi - muğam operasından tutmuş kamera-instrumental əsərlərədək ən müxtəlif janrlarda təmsil olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mixay Qruber, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin və Xalq rəssamı Arif Hüseynov “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının ən yüksək səviyyədə keçəcəyinə əminliklərini ifadə ediblər.
Sonda jurnalistləri
maraqlandıran suallar cavablandırılıb.
İyunun
27-də həmçinin Azərbaycan
Bəstəkarlar İttifaqınınÜzeyir
Hacıbəyli adına Konsert Salonunda Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı ərəfəsində
“Nəsimiyə ithaf”
layihəsi üzrə
Nəsiminin qəzəllərinə
yazılmış musiqi
əsərlərindən ibarət
konsert və Xalq rəssamı Arif Hüseynov rəsm əsərlərinin
sərgisi də təşkil olunub.
Konserti giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
xalq artisti Xalq artisti, UNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
2019-cu ilin görkəmli
Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
anadan olmasının
650 illiyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi
respublikamızda bir sıra mədəni layihələrin vüsət
almasına təkan verdiyini qeyd edib və Azərbaycan
Bəstəkarlar İttifaqının
da bu layihəyə
ciddi hazırlaşdığını
bildirib. F.Əlizadə
onu da vurğulayıb
ki, istər Azərbaycanda istərsə
də xaricdə Nəsimi ili
ilə əlaqədar
bir sıra silsilə tədbirlərin
keçirilməsi planlaşdırılır.
Sonra söz musiqiyə verilib.
Konsert Beynəlxalq
müsabiqə laureatları
Süleyman Əyyubov
(violin və Fəqan Həsənlinin (piano) dahi
Azərbaycan bəstəkarı
Niyazinin “Rast”əsərini
ifası ilə başlayıb.
Əsasən gənc bəstəkarların
əsərlərindən ibarət
olan konsertdə Vüqar Məmmədzadənin
bariton və piano üçün “Hardasan? ” əsəri Beynəlxalq müsabiqə
laureatı Rza Xosrovzadə, beynəlxalq müsabiqə laureatı Fuad Əlizadənin röyalda ifasında təqdim edilib.
Daha sonra Əməkdar artist Fəridə Məmmədova
(soprano), Kəmalə Əlizadə
(piano), beynəlxalq müsabiqə
laureatları Ümidə
Abbasova (I violin), Süleyman
Əyyubov (II violin), Humay
Hacızadə (viola) ,Əməkdar
artist Əyyub Əliyev
(violonçel), Nicat Bağırov (kontrabas) Əməkdar arisatlər
Sahib Paşazadə (tar), Toğrul
Əsədullayev ( kamança)
və Soltan Əliyev (nağara) bəstəkar Kəmalə
Əlizadənin soprano, piano, simli kvintet və
muğam triosu üçün “Nəsimi-Qəzəl”,
Aysel Əzizovanın bariton və piano üçün “Dünya
duracaq yer deyil...”, Beynəlxalq müsabiqə laureatları
Ruslan Persan (bariton), Nərmin İsgəndərova (piano), Əyyub
Əliyev (violonçel),
Seyid Talıbov (qaval) Sara Dilrubanın bariton, piano, violonçel və qaval üçün
“Heyran olmuşam”əsərlərini
ifa ediblər.
Konsertdə gənc bəstəkar
İlahə İsrafilovanın–
tenor, fleyta,klarnet, zərb
alətləri, piano, violin və
violonçel üçün
“Mədhi Əhəd”
əsəri dinləyicilər
tərəfindən sürəkli
alqışlarla qarşılandı.
Əsəri Beynəlxalq
müsabiqə laureatları
Rza Xosrovzadə
(tenor), Kamran Talıblı
(fleyta), Şahin Məmmədov (klarnet),Mahmud
Salah və Ağarəhim Salah (zərb alətləri), Fəqan Həsənli
(piano), Ümidə Abbasova
(violin), Əyyub Əliyev
(violonçel) təqdim
etdi.
Gənc bəstəkar Tural Məmmədlinin də
soprano, fleyta, valtorna,
piano və simli kvintet üçün “Məndə sığar iki cahan” Əsəri
də böyük maraqla qarşılandı. Beynəlxalq
müsabiqə laureatları
Ülkər Əliyeva
(soprano), Kamran Talıblı
(fleyta), Tural Məmmədli (piano), Toğrul
Məmmədli (valtorna)və Simli kvintetin
ifasında səsləndirilən
bu əsər də dinləyicilərin alqışları ilə
müşayət olundu.
Konsert Fəqan
Həsənlinin röyalda
dahi Üzeyir Hacibəylinin “Cəngi” əsərinin ifası ilə başa çatıb.
Tədbir iştirakçıları konsertdən
sonra ittifaqın foyesində təşkil olunmuş Xalq rəssamı
Arif Hüseynovun “Nəsimi
dünyası” mövzusunda silsilə rəsm
əsərlərinin nümayiş olunduğu sərgi ilə də tanış olublar.
Palitra.-2019.-28 iyun.-S.13.