AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışılıb

Dünyadakı uşaqların yarısının zorakılıqdan əziyyət çəkməsindən ciddi narahat olmalı və onların güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Məruzəçinin irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı, bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha dəhşətli olur. Körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdüo insanlar bu günə qədər də köçkün həyatı yaşayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımından qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları sadalayıram ki, işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşağa qarşı bu zorakılıqları törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan AŞPA-nın qəbul etdiyi qətnamələri bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı zorakılıq və cinayətlərin qarşısını almaq üçün təəssüf ki, Avropa Şurası heç bir ciddi addım atmadı. Ermənistan silahlı qüvvələri azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan hərbçiləri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vurdular, 13 yaşlı Aygün Şahmalıyevanı, 2017-ci ildə isə 2 yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahını davam etdirmək olar. Bu zorakılıqları, cinayətləri törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı, bəlkə nə qədər uşaq bu gün aramızda olardı. “Sizi uşaqlara qarşı törədilmiş zorakılıqlara qarşı birlikdə, ikili standartlara yol vermədən daha ciddi mübarizəyə çağırırıq”, - deyə deputat qeyd edib.

“Azərbaycanda köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə xüsusi diqqət yetirilir

Q.Paşayeva bildirib ki, Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla, beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. İnsan alveri, o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar parlamentimizdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidaiorta təhsil alması təmin edilib.

Deputat qeyd edib ki, Azərbaycanda köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilirmövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirikmövzusunda müzakirələr aparılıb və bu işlər davam edir. Bütün bunlara baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir.

“İnanırıq ki, bugünkü müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha səmərəli mübarizəyə öz müsbət töhfəsini verəcək", - deyə Q. Paşayeva vurğulayıb.

Polad Bülbüloğlu: “Müharibə hələ başa çatmayıb”

Yeri gəlmişkən, Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayıb. O qeyd edib ki, Azərbaycan ordusunun yaradılması haqqında qərar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi ilk qərarlardan biri olub. Keçən il bu ordunun yaradılmasının 100 illiyi qeyd edilib.

P.Bülbüloğlu deyib: “Ordu quruculuğu ölkəmiz üçün ən vacib məsələdir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ başa çatmayıb. Müharibənin yalnız birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və yaradıb. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rusiya da daxil olmaqla dünyanın bütün ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Səfir qeyd edib ki, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti yürüdülüb, 1 milyondan çox insan öz doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı soyqırımı törədilib, bu gün dünyanın 10-dan çox ölkəsi həmin qırğını rəsmən soyqırımı kimi tanıyıb. P.Bülbüloğlu dedi: “Azərbaycan xalqı öz ərazisinin işğalı ilə heç vaxt barışmayacaq və ölkənin ərazi bütövlünü bərpa edəcək. Bu məqsədlə biz ən müasir silahlartexnika ilə təchiz olunmuş güclü ordu yaratmışıq. Azərbaycanda istehsal edilən hərbi təyinatlı müxtəlif məhsullar ordumuzun potensialını günbəgün artırır. Bundan əlavə, Azərbaycan bir çox ölkələrdən, o cümlədən Rusiyadan da ən müasir silahlartexnika alır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarətindədir və onun rəhbərliyi ilə Azərbaycan ordusunun daha müasir, daha güclü olması üçün bütün zəruri tədbirlər görülür”.

Səfirin sözlərinə görə, Azərbaycanda vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel hadisələri bunu bir daha sübut etdi. O vaxt Ermənistan bizim xalqımıza qarşı növbəti hərbi provokasiya törətdi, mülki əhaliyə qarşı təcavüz etdi. Azərbaycan ordusu işğalçını cavabsız qoymadı, onu layiqincə dəf etdi, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. 2018-ci ildə aparılmış Naxçıvan əməliyyatı Azərbaycan ordusunun peşəkarlığını göstərən daha bir parlaq nümunə oldu. Ötən əsrin 90-cı illərinin əvvəlində ermənilər tərəfindən ələ keçirilmiş strateji yüksəkliklər həmin əməliyyat nəticəsində azad edildi.

Səfir deyib: “Əminəm ki, gün gələcək, Azərbaycan bayrağı bu gün işğal altında olan torpaqlarda və mənim doğma şəhərim Şuşada qürurla dalğalanacaq!”

Diplomat bildirib ki, bu il Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi qeyd edilir. Dövlətimizin ərazi bütövlüyünün dinc danışıqlar yolu ilə bərpa edilməsi məsələsi bu gün Azərbaycanın bütün diplomatları üçün prioritet əhəmiyyətli məsələdir. Polad Bülbüloğlu çıxışının sonunda dedi: “İndiki mərhələdə Azərbaycan dövləti hərbi quruculuq strategiyasını həyata keçirir, qədim romalıların “Sülh istəyirsənsə, müharibəyə hazır ol” kəlamına uyğun xarici siyasət yürüdür.

Azərbaycan daim öz ordusunu gücləndirir

Azərbaycan Müdafiə nazirinin müavini, general-mayor Fuad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixi barədə danışıb. Azərbaycan Müdafiə nazirinin müavini deyib: “Müasir Azərbaycanı səciyyələndirən əsas amillərdən biri güclü ordu yaradılmasıdır. Ölkəmizin iqtisadi qüdrətinin artması sayəsində sosial məsələlərin həlli milli ordunun möhkəmlənməsi üçün geniş imkanlar yaranıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin qat-qat artırılması sayəsində ordumuzun bütün istiqamətlər üzrə potensialını artırmaq mümkün olub. Hazırda Azərbaycan ordusu ölkə rəhbərliyinin dəstəyi ilə ən yüksək inkişaf səviyyəsindədir”. Nazir müavininin sözlərinə görə, Azərbaycan daim öz ordusunu gücləndirir, hərbi kadrların peşəkarlıq səviyyəsini yüksəldir, öz döyüş qabiliyyətini artırır.

F.Məmmədov vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttindəki hərbi hissələrə müntəzəm surətdə baş çəkməsi ordunun döyüş ruhunu yüksəldən əsas amillərdən biridir. Ali Baş Komandanın dəstəyi qayğısı sayəsində bu gün Azərbaycan ordusu regionda güclü maddi-texniki bazaya malik olan, müasir silah növləri ilə təchiz edilmiş ən güclü ordulardan biridir.

Fuad Hüseynzadə

Palitra.-2019.-28 iyun.-S.11.