Siyasi inkişaf və mədəniyyətlərarası
dialoq üçün
vacib platforma
Cəmi 28 illik müstəqillik tarixinə baxmayaraq, Azərbaycan
bir sıra sahələrdə, o cümlədən humanitar
forumların yüksək səviyyədə təşkilində
və keçirilməsində nümunəvi dövlətə
çevrilib. 2008-ci ildən
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı
prosesi” bu müddət ərzində qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsinin yaradılması üçün körpü rolunu oynayıb.
Son 11 ildə
ölkəmizdə keçirilən mədəniyyətlər
və sivilizasiyalararası dialoqlar öz coğrafiyasını daha da genişləndirərək, Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı,
Böyük Britaniya kimi dövlətləri əhatə
edir. Bakıda keçirilən “Ayrı-seçkilik,
zorakı münaqişəyə qarşı
fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu təsdiqlədi.
“Formula-1“ kimi möhtəşəm idman yarışmasından dərhal sonra 100-dən çox ölkənin və
30-dan çox beynəlxalq təşkilatın
yüksək səviyyəli rəsmilərinin də
iştirak etdiyi V
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsinin və
mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik olmasının göstəricisidir. Bunu forum iştirakçılarının çıxışları, həmçinin
ölkəmizdə keçirilən mötəbər tədbirlərin, o
cümlədən mədəniyyətlər
və sivilizasiyalararası dialoqların
beynəlxalq dəstək
qazanması, coğrafiyasının getdikcə genişlənməsi də təsdiqləyir. Forumda geniş nitq söyləyən Prezident İlham Əliyev də
öz nitqində bu məqamları diqqətə
çatdırdı.
Bu forumun həmtəşkilatçıları arasında dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının da olduğunu diqqətə
çatdıran dövlətimizin başçısı birgə
səylərin mədəniyyətlərarası dialoqun təşviqinə öz töhfəsini verdiyini qeyd etdi. Dedi ki, tarix və
coğrafiyamız nümayiş etdirir ki, biz
yalnız tərəfdaşlıq və qarşılıqlı
hörmət ruhunda uğura nail ola bilərik: “Azərbaycanın
bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə
və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz
tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər
boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını
göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən
qədim məscidlərindən biri qədim Şamaxı
şəhərində yerləşir. Qafqazın ən
qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir”.
Azərbaycanın
dünyaya müxtəlif mədəniyyət və
sivilizasiyalar arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirməsi heç də
təsadüfi deyi. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və yüksək
səviyydə
təşkil olunan humanitar forumlar da həmin tarixi irs əsasında həyata vəsiqə alır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin isə
“İslam Həmrəyliyi ili” elan olunması onu sübut
edir ki, ölkəmiz dünyanın diqqətini bu mühüm
ideyaya cəlb etmək
yolunda öz səylərini əsirgəmir. Eyni zamanda, tarixi irsimizi, kökümüzü və
dünyaya açıq olduğumuzu nümayiş etdiririk. Dövlətimizin başçısı belə
forumların keçirilməsini yüksək qiymətləndirərək dedi ki, mədəniyyət və
dinlərarası münasibətlər,
siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir.
Dövlət başçısı bütün beynəlxalq tədbirlərdə
olduğu kimi, bu forumda da ölkəmizin üzləşdiyi ədalətsizliyə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, Ermənistanın
işğalçılıq siyasətinə
dünya birliyinin biganəliyindən
söhbət açdı.
BMT Təhlükəsizlik
Şurasının Ermənistan qoşunlarının işğal
edilmiş ərazilərimizdən
dərhal,
tam və
qeyd-şərtsiz çıxarılmasını
tələb edən
dörd qətnamə, həmçinin
İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa
Şurası və digər beynəlxalq təşkilatların
da Azərbaycanın
ərazi bütövlüyü ilə bağlı
qətnamə
və qərarlar qəbul etdiklərini diqqətə
çatdırdı.
Bu qətnamələrin indiyə qədər kağız
üzərində qalması
onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik
Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə
Azərbaycanın
torpaqları hələ də işğal altında qalmaqdadır. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycanın
ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və
münaqişə
beynəlxalq hüququn normaları, BMT
Nizamnaməsi, Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri və
Helsinki Yekun Aktına əsasən
həll edilməlidir.
Forumda
çıxış edən nüfuzlu
beynəlxalq qurumların nümayəndələri–BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel
Anxel Moratinos, UNESCO baş direktorunun sosial və humanitar elmlər
üzrə müavini Nada
Al-Naşif, İslam Əməkdaşlıq
Təşkilatının Baş katibi Yusif bin
Əhməd Əl-Osaymin, Avropa
Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni və
ISESCO-nun baş direktoru Əbdüləziz Osman
əl-Tuveycri belə bir mötəbər
forumun açılışında iştirak etməkdən məmnunluq
duyduqlarını bildirdilər və bunun
dünyanın ən nüfuzlu tədbirlərindən
biri olduğunu
söylədilər. Mədəniyyətlərarası
dialoqun, sosial inklüzivliyin, habelə azlıq
hüquqlarının qorunmasının həddən ziyadə
vacib olduğu da diqqətə çatdırıldı.
Dövlətimizin başçısına müraciətlə
deyilmiş “Sizin vasitənizlə,
möhtərəm cənab Prezident, biz güclü liderliyi və siyasi iradəni
sezə bilirik və bu,
bizim planlarımızı irəli apara bilər. Bir faktı qeyd etməliyik ki, biz öz
inamımızı və dəyərlərimizi qorumalıyıq.
Biz sülh üçün dialoq
qurmalıyıq, ləyaqət və qarşılıqlı
hörmətə əsaslanan rəğbət göstərməliyik.
Bu, bizim fəaliyyətimizə
veriləcək qiymətdir. “Bakı prosesi”
məhz buna həsr olunur”
– kimi fikirlər hər birimizdə qürur hissi yaratdı.
Ali qonaqların
Ermənistanı işğalçı adlandırmaları forumun əhəmiyyətini daha
da artırdı. ISESCO-nun
baş direktoru Əbdüləziz
Osman əl-Tuveycrinin forumdakı
çıxışında bu məsələyə
münasibəti daha çox
diqqət çəkən məqamlardan oldu.
O, Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunaraq dedi: “Bizim hamımıza məlum
olan reallıq ondan
ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın
işğalı altındadır. Bu da beynəlxalq hüququn
pozulmasıdır. BMT-nin Təhlükəsizlik
Şurasının bununla bağlı qətnamələri
var. Azərbaycan sülh,
dialoq və qarşılıqlı
hörmətə, yanaşmaya əsaslanan
ölkədir. Dünya Azərbaycana
yardım etmir, dünya
Azərbaycana ədalətsiz yanaşır. Ancaq
bu torpaqlar yenidən
Azərbaycana qovuşmalıdır. Bu,
sülhə aparan yoldur,
bu, dialoqun uğurlu olmasına aparan yoldur”.
ISESCO baş direktorunun “Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə
qayıtdıqdan sonra burada
aparılan müzakirələrdən nəticə
çıxaracaqlar, Azərbaycanın işğal
olunmuş ərazilərinin azad edilməsində və ərazi bütövlüyünün bərpa
olunmasında ölkənizə dəstək verəcəklər”,
– deməsi Ermənistanın işğalçılıq
siyasətinə son qoyulması istiqamətində
qəti tədbir görülməsi üçün,
sanki, bütün dünyaya bir
çağırış idi.
Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun beşinci dəfə
yüksək səviyyədə keçirilməsi Azərbaycanın
mötəbər tədbirlərə evsahibliyi
etməkdə zəngin təcrübəsi olduğunu
və dünyada sabitlik
məkanı kimi
tanındığını bir daha təsdiqlədi.
Elman Mirzəyev
Tarix üzrə fəlsəfə doktoru
Palitra.- 2019.- 28 iyun.- S.10.