Nəsirəddin Tusinin ontoloji ideyaları

Dünyanı dərk edə bilmək üçün əvvəlcə insan

dünya ilə bir tam halına gəlməlidir.

Əbunəsr əl-Farabi

 

Orta əsr Şərq fəlsəfəsində məşşaiyyə (məşşailik) adı ilə də tanınan Şərq peripatetikləri nümayəndələri içərisində özünəməxsus mövqeyi ilə seçilən, dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsi¬rəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) düşüncə tarixində möhtəşəm bir iz qoymuşdur. Bu metafizik filosofun zəngin və orijinal irsi təkcə Şərq müsəlman dünyası tədqiqatçılarının deyil, Qərb araşdırmaçılarının da diqqətini özünə cəlb edə bilmişdir. Dünyanın bir sıra məşhur ensiklopedik filosofları ilə adı birgə çəkilən, bəşəriyyətin idrak tarixinin yara¬dı¬cı¬la¬rından biri olan N.Tusi dövrünün ən parlaq simalarından biri olmuşdur. Orta əsrlərdə özünün inkişaf səviyyəsini Şərq yaradıcılığında biruzə verən fəlsəfə Azərbaycan xal¬qı¬nın dünyagörüşündə də müəyyən izlər buraxmışdı. Daha çox Avropasentirizm mövqeyindən çıxış edən bəzi Qərb fəlsəfə tarixçiləri Şərq fəlsəfəsinə qarşı laqeyd münasıbət göstərsələrdə Orta əsrlərdə ərəbdilli filosofların yardıcılığı özünü daha qabarıq bir şəkildə biruzə verirdi. Nəsirəddin Tusi bütün elm sahələri ilə yaxından tanış olan, geniş elmi-fəlsəfi irsə malik olan ensikolpedik məlumatlı bir mütəfəkkirdir. Bu mütəfəkkirin əsərlərini al¬man şərqşünası Karl Brokkelman on qrupa bölmüşdü. Onları Fiqh, Kəlam (Doqma), Fəlsəfə, Riyaziyyat. Astro¬nomiya, Təbabət, Falabaxma, Minerologiya və Musiqi sıralayan tusişünas alim hər bir bölmə haqqında qısa məlumat vermişdir.

N.Tusi özünün çoxcəhətli yaradıcılığı, ensiklopedik zəkası, təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçmışdir. N.Tusi fəlsəfə ilə yanaşı astronomiya, riyaziyyat, optika, minerologiya, məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazan¬mış əsərlərin müəllifi olması onun tədqiqatçılarının müx¬təlif elm sahələrindən olmasına səbəb olmuşdur.

Nəsirəddin Tusi əsası Şərq dünyagörüşündən qaynaq¬lanan antik fəlsəfənin nəzərlərinə istinad edərək varlığın təməlində od, su, torpaq və hava kimi dörd ünsürün durduğunu iddia edirdi. Tusi dünyagörüşünə görə maddə heç zaman məhv olmur, sadəcə olaraq bir formadan digər formaya keçir. Digər peripatetik filosoflardan fərqli olaraq maddənin varlığının məhvi ilə onun maddiliyinin itməsi fikrinin əleyinə çıxırdı. Lakin, bu məsələyə fərqli müna-sibətini nəzərə almasaq, Tusinin varlıq haqqındakı fikir¬lərinin Farabi, İbn Sina və Bəhmənyarın fikirləri ilə üst-üstə düşdüyünü görərik. Ümumiyyətlə, o dövrdəki məşhur filosofların əksəriy¬yətinin məşğul olduğu fəlsəfə Aristotelin və qismən də Pla¬tonun yaratdığı antik dünyagörüşünün təbliği ilə tanı¬nır¬dı¬lar. Təkcə Şərqdə deyil, Qərb dünyasında da özünə geniş şöhrət qazandıran bu peripatetik filosoflar Aristotel metafi¬zikasına dəstək verirdilər. Nəsirəddin Tusi də sanki bu axına qoşulub «birinci müəllim»in fəlsəfi dünyagö¬rüşü¬nə riayət edirdi.

Gerçəklikdə bütün mövcud olanları, varlıqları zəruri və mümkün olmaqla iki qismə bölür və zəruri varlıqdan daha çox mümkün varlığın şərhi üzərində dayanır. Nəsirəddin Tusiyə görə bütün varlıqların, ətraf aləmin, təbiət və təfəkkürün səbəbi məhz zəruri varlıqdır. Həmin bu zəruri varlıq gerçək aləmi yaratması nəticəsində mümkün varlıq ortaya çıxır. Zəruri varlığın isə heç bir yaradıcısı və təsiredicisi yoxdur. Elə bu səbədən də zəruri varlıq özü-özünü formalaşdırır, özü-özülüyündə mövcud olur, özü-özünə təsir edir və özünü yardır.

İnsanların şəxsi iradəsindən asılı olmayan zəruri varlığın heç bir səbəbə ehtiyacı yoxdur. Bütün mümkün varlıqların səbəbi olan zəruri varlıq ən ali yaradandır. Bu düşüncə tərzi ilə idealizimə yaxınlaşan filosof, zəruri varlıq dedikdə yalnız və yalnız Allahdan başqa bir şey düşünmürdü. Daha çox mütərəqqi, islam ilahiyyatçları ilə oxşar düşüncə tərzinə malik olan filosof varlığa tərif verməyi qeyri-mümkün hesab edirdi.

Mümkün varlığı aksidensiyaya (təsadüfə) və substan¬siyaya (mahiyyətə) bölən filosof zəruri varlığı isə bölünməz hesab edirdi. Bəlkə də ateizm mövqeyində günahlan¬dırıl¬masından ehtiyat edən filosof zəruri varlığın, yəni Allahın şərh edilməsinə az yer vermişdi. Nəsirəddin Tusinin düşüncəsinə görə substansiyanın var olması ilə varlığın var olması arasında heç bir fərq yoxdur. İbn Sina və Bəhmənyarın varlıq haqqındakı düşün¬cələrinə arxalanaraq substansiyaya, mahiyyətə mailk olan hər şeyin heç bir zaman səbəb ola bilməyəcəyinin qeyd edir. Bunun səbəb deyil, səbəbin ortaya çıxartdığı nəticə ola bilməsinə Tusi inanınırdı. Tusiyə görə bütün varlıq¬ların səbəbi zəruri varlıqdır, zəruri varlıq eyni zamanda özü özünün səbəbidir. Cisim olmayan zəruri varlıqlar heç bir zaman ölmürlər, çünki, onların mövcud olmaları ilə yaşamaları arasında heç bir fərq yoxdur. Zəruri varlıqların heç bir başlanğıcı və heç bir sonu yoxdur, mümkün varlıqların isə başlanğıcına təsir edən bir sıra amillər vardır. Elə bu səbəbdən də başlanğıc hər şeyin başlanğıcı demək deyil, sadəcə olaraq nəticə olan mümkün varlıqların başlanğıcı¬dır. Bütün nəticələri yaradan səbəb isə hər şeyin əvvəlini təşkil edən ən ümumi varlıq − vahid varlıqdır.

Zəruri varlığın yoxluğunun fərz edilməsinin belə qeyri-mümkün olmasını irəli sürən filosof zəruri varlığın mümkün varlıqdan irəlidə olması fikrini qeyd edirdi. Zəruri və ya vacib varlığın müəyyənləşməsi və müəyyənləşməməsi mövzusuna gəlincə Tusi qeyd etmişdi ki, müəyyənləşməmiş varlıq xaricdə mövcud ola bilməz, bu isə başqasını vücuda gətirməyə mane olur. İlk varlıq olan vacib varlığın nə bir əks tərəfi, nə bir misli, nə də ki, başqa fərqləndirici bir əlaməti vardır. İbn Sinanın bu məsələ barədə fikrini təsdiqləyən filosof aristotelizimin ənənəvi ideyalarını islam dünyagörüşü baxımından şərh edirdi. Filosofun zəruri (vacib) varlıq haqqındakı fikirləri islam teoloqlarının tövhid ilə bağlı düşüncələri ilə üst-üstə düşsə də F.Razi peripatetiklərin düşüncəsini tənqid edirdi. N.Tusi məşhur mütəkəllim ila¬hiyyatçısının düşüncəsinin məntiqsiz və əsassız oldu¬ğu¬nu da isbat etməyə çalışmışdır. F.Razinin düşüncəsinə görə əgər vacib varlıq üçün «varlıq» anlayışı istifadə olunursa o, heç zaman mümkün varlıq üçün işlədilə bilməz.

N.Tusi bu məntiqsiz fikri təkzib etməyə çalışarkən göstərmişdir ki, yaxınlıq təkcə «varlıq» termini ilədir, əslində isə vacib və mümkün varlıq arsında fərqlər çoxdur. Bunu sübut etmək istəyən filosof ağlıq anlayışının da müxtəlif əşyalarda əks olunduğunu nümunə gətirir. Və bunların ümumini təşkil edən təkcələrin, hissələrin də bir-birindən fərqlənməsi ilə izah edən filosof göstərir ki, təkcələrin bir-birinə oxşar cəhətləri olduğu kimi fərqli cəhətləri də çoxdur. Əslində bir-birinin tam əksini təşkil edən vacib və mümkün varlığın da oxşar cəhəti yalnız hər ikisinin şüurdan asılı olmayan varlıq olmasıdır.

N.Tusiyə görə cisimin müəyyən bir xarakterə malik olması ilə varlığın mahiyyətə malik olması arasında fərq vardır. Varlığın mahiyyətə yaxud substansiyaya malik olması arasında əqli cəhətdən malik olma kimi izah edərkən, mahiyyətin yalnız əqldə varlıqdan ayrılmasını qeyd edir. Mahiyyətin mövcudluğunun şərti kimi hərəkəti qəbul edən filosof hərəkətin təbii və süni formalarını da bir-birindən fərqləndiyini və bu fərqin nədən ibarət olması haqqında da izahat vermişdir. Filosofun fikrincə gerçək¬liyin yaranması, fəaliyyət göstərməsi və inkişafı təbii hərəkət, canlıların cansızlara olan hərəkətini isə süni hərəkətə nümunə göstərir.

Məşşaşilərin fikrinə istinad edən Tusi mümkün var¬lığın aksidensiyaları kimi göstərdiyi kəmiyyət, keyfiyyət, məkan və zaman kateqoriyaları haqqında da məlumat verir. Mövcud olması üçün zəruri varlığa ehtiyac duyan mümkün varlıqlar özü-özülüyündə olmayan varlıq¬lardır. Zəruri varlıqdan fərqli olaraq mümkün varlığın möv¬cudluğu aşkardır. Əgər zəruri mövcudluğunun isbat olunmasına ehtiyac varsa, mümkün varlığın mövcud olması isə göz qabağındadır.

Tusinin bu fikirlərini sufi mütəfəkkiri M.Füzuli «Mət¬lə-ül etiqad» adlı fəlsəfi əsrində öz əksini tapmışdır. «Zəruri varlıq bütün cəhətlərdən bəsitdir. İkincisi isə budur ki, əql xəlq olunubdur, Yaradanın mahiyyəti onu qabaqlayıbdır və öz yaradıcısından sonra gəlir. Ona görə də ağıl özündən əvvəlkini deyil, yalnız özündən sonrakını dərk edə bilər

«Birinci müəllim» olan Aristotel kimi cisimlərin materiya və formadan ibarət olduğunu irəli sürən Tusi maddələri sadə və mürəkkəb deyə iki sahəyə ayırır. Möv¬cud olan hər cür varlığın parçalanması əgər mümkünsə mürəkkəb, mümkün deyilsə və bölünürsə sadə maddə adını alır. Cisimlərin hamısının mürəkkəb olduğunu iddia edən filosof sadə cisim adlandırdığı materyanın tərkibində də məlum dörd ünsütrünün olduğunu vurğulayır. Cismanilik termini cismin malik olduğu atributların birləşməsi kimi xarakterizə edərək heç bir cismaniliyin bəsit olmadığını cisimlərin bəsit olmadığını cisimlərin bəsit olmaması ilə izah edir. «Cisim»dən və «cismani¬lik»dən fərqli olaraq, «nəfs»in sadə olduğunu bildirir. Filosofun düşüncəsinə görə cisim mürəkkəb olsa belə heç bir zaman iki zidd xüsusiyyət qəbul edə bilməz, nəfsdə isə əksinə olaraq bir-birinə zidd xüsusiyyət özünə yer tapa bilər. Nəfsin cisim olmaması yaxud ruhun maddi olma¬ması fikri ilə razılaşaraq, nəfsin bütün bədəni idarə etdiyi və bədənlə ayrılmaz malik olduğunu göstərmişdi.

N.Tusinin materialist fikirləri aləmin əzəli və əbədi olmasında, səbəb ilə nəticə, varlıqla mümkün varlıq ara¬sında zaman fərqi olmamasında öz əksini tapmışdır. Bu məsələyə göstərilən münasibət zamanı islam fanatikləri olan mütəkəllimlərin ideoloji düşməninə çevrilir. Kreat¬sionizm nəzəriyyəsini müdafiə edən kəlam tərəfdarları peripatetizimin əksinə çıxaraq, Allahla yaradılanlar arasın¬dakı səbəb-nəticə əlaqələrini inkar edirlər. Allahın insan¬ları, vacib varlığın mümkün varlığı öz azad iradəsi ilə meydan çıxartdığını söyləyən mütəkəllimlər dünyanın əbədi olmadığını əsərlərində sübut etməyə çalşmışlar. Öz sələflərinin ideyalarını hər zaman qeyri-peripatetik düşüncələrdən müdafiə edən Tusi maddi aləmin heç bir zaman məhv ola bilməyəcəyini öz əsərlərində möhkəm bir əqidəylə söyləmişdir. Varlıqların məhvi ilə onların yalnız forma və əlamətlərinin dəyişməsini, mütləq yoxa çıxma¬malarına inanırdı. Tusiyə görə köhnə varlıq məhv olarkən yeni bir formaya keçir və bu formada qərar tapır.

Peripatetik fəlsəfədə varlığın vacib, mümkün və qeyri-mümkün varlığa bölünməsi mövzusuna da Tusi öz fikirlərini bildirməyə bilməzdi. Qeyri-mümkünə əsaslanan varlığın gerçəklikdə fəaliyyət göstərməməsini və mövcud olmamasını bildirərək bu termini inkar edir. Vacib varlığın tək olduğunu, mümkün varlığın isə gerçəkliyin mövcud olan bütün şeylərin mahiyyətində gizlənməsi fikrini qəbul etməsini isə qeyd etmişdik. Filosof vacib varlığın mümkün varlıqdan zamanca, mərtəbəcə, məkanca, şərəfcə, mahiy¬yətcə və səbəbiyyətcə qabaq olduğunu yazır. Öncə mövcud olan varlığı sonrakı varlıqdan üstün sayan peripatetiklər kimi Tusi də bu fikirə müsbət müna¬sibət bildirmişdir. İlk öncə mövcud olan varlıqda mövcud olan şeyə sonrakı varlıqda rast gəlinmir. Çünki, əvvəlki səbəb sonrakı isə nəticə rolunu oynayır.

Mümkün varlıqda səbəb və nəticə əlaqəsinin periodik fırlanmasına inanmayaraq, onların ilk səbəbdən, vacib varlıqdan yaranması ideyasını irəli sürürlər. Bütün müm¬kün varlıqlar mövcud olması və fəaliyyət göstərməsi üçün ilk səbəbə möhtacdırlar. Və elə bu möhtaclıq da onların nəticəyə çevrilməsinə biganə qalmır. Vahid olması bütün peripatetik filosoflar tərəfindən tərəddüdsüz qəbul edilən vacib varlıqdan törəyən ilk mümkün varlıqların sayı mübahisə mövzusuna çevrilmişdir. Bu mövzuda fikir ayrılığı yaradan peripatetiklərin hər biri öz mülahizəsinin doğru olması qənaətinə gəlmişlər.

Nəsirəddin Tusi isə öz növbəsində gerçək vahiddən emanasiya prosesində yalnız vahid nəticə törəməsi fikrini müdafiə edir. Lakin, N.Tusi vahid varlıqdan vasitəçilik yolu ilə çoxlu şeylər törəyə bilməsi fikrini «Problemlərin həlli» adlı əsərində irəli sürür. Bu mövzu barədə uzun müzakirələr aparan filosof dolayı sübutlardan sonra Fərabinin «həqiqi vahiddən yalnız vahid çıxar» tezisi ilə razılaşır. Mümkün varlığa izah verən Tusi, materiya, forma, cisim, əql və nəfsi mümkün varlığın substansiyası kimi qəbul edir. Öz baxışlarına görə şiə peripatetiki kimi tanı¬nan filosof mümkün varlığı gerçək olan aləm hesab edirdi. Od, su, hava, torpaq adlı dörd sadə ünsürdən mürəkkəb cisimlər yarandığını qeyd etmişdik. Əsası Şərq dünyagörüşündən qaynaqlanan bu dörd ün¬sürdən də minerallar, bitkilər və heyvanlar kimi mürəkkəb cisimlər yaranır. Tusiyə görə Yer üzərində heç bir sadə cisim yoxdur, təbiətin əsasını təşkil edən bu üç mürəkkəb maddə arasında bir yaxınlıq da vardır. Bu dörd ünsürün hər birinin tərkibində materiya və forma özünə məskən salmışdır, bu substansiyalar hər bir ünsürün tərkibində mövcuddur və vəhdət təşkil edir. Əgər bu birlik, vəhdət ortadan götürülərsə, deməli, köhnə cisim məhv olacaq, əvəzində isə yeni bir cisim bərqərar ola-caqdır. Daim davam edəcək bu prosesin nəticəsində mümkün varlıqlar öz mövcudluğunu bir formadan digə¬rinə nüfuz etməklə saxlaya biləcəklər.

Mümkün varlığın mərtəbələrdən ibarət olmasını vur¬ğulayaraq, öz dünyagörüşünə əsalanaraq bunlar üç mər¬təbədən olması mühafizəsini isbat etdirməyə çalışır. Ali cisimlər, nəfslərin çoxluğu ilə fərqlənən hərəkət etdiricilər və əqllər kimi mərtəbələnən bu bölgü cisimlərin idrak də¬rə¬cəsinə görə təyin edilmişdir. Hərəkət edən planetlərə və də¬yişməyən ulduzlara, göylərə ali cisimin aid olduğunu irəli sürür. Ali cismlər sayı yeddi olan planetlərdən və 1520 fəa-liyyətsiz ulduzdan ibarətdir. Ali cisimlərin varlığını dərk et¬mək üçünsə yalnız müşahidə lazımdır və bu eksperi¬mental yolla ali varlığı isbat edirmək olar. Qədim Şərq və antik yunan dünyagörüşü əqidəsinə əsas¬lanan peripatetiklər kimi N.Tusi də göyün səkkiz qatlı olması fikri ilə razılaşmışdır.

Ptolmeyin Geosentirik nəzəriyyəsinə əsaslanaraq ali cisimlərin və dünyanın mərkəzində Yer planetinin dur¬duğunu, ali cisimlərin isə heç zaman dəyişməyəcəyini və eyni zamanda heç zaman məhv ola bilməyəcəyini Bəh-mənyarın fəlsəfəsinə əsalandırır. Təbiət haqqında fikir¬lərinə görə ilahiyyata tamailə zidd fikirlər söyləyərək ali cismi təşkil edən ümsürlərin də mahiyyət etibarilə qədim olduğunu və idarəedicilərinin də nəfs və əql olduğunu irəli sürür. İlahiyyatçılar isə ali cismin idarə edilməsində «mələk»lərin fəal rol oynaması fikrini qeyd etmişlər.

İctimai-siyasi məsələlərdə, humanitar elmlərdən şəriət məsələlərinə üstünlük verən Tusi dəqiq elmlərdə isə şəriət üləmalarının ziddinə gedir. Materiya və formaya da Tusi bu baxımdan öz müfəssəl izahını vermişdir. Təbii cisimlərin varlığında materiyanı əsas götürərək, formanı bir şərtlən¬di¬rici kimi şərh edir. Materiyanı formanın istinadgah nöqtəsi kimi götürərək, materiyanın formaya görə meydana çıx¬masını bildirir.

Mümkün varlığın substansiyası kimi izah etdiyi mate¬ri¬ya və forma terminlərinin şərhini verən zaman materiyanın hərəkəti üzərində xüsusilə çox dayanır. Hərə¬kəti isə cismin mexaniki yerdəyişməsindən ibarət olması qənaətinə gələ¬rək, hərəkətin kəmiyyətə, keyfiyyətə və məkana görə olma¬sına inanır. Formanın tərkibində ola bilən materiyanın müxtəlif hərəkətlərini «Mövcudatın bölgüsü və onun qisim¬ləri» əsərində şərh edib, bu bu hərəkətə aid çoxlu nümu¬nə¬lər göstərir.

Materiyanın forma ilə vəhdətindən mümkün varlıq¬la¬rın təzahür etmsəini və formanın məhv ola bilməsi ilə ma¬teriyanın məhedilməzliyi arasındakı fərqi izah edərkən bu mövzuya aid misallar gətirir. Öz baxışlarının doğruluğunu hər hansı bir metal əşyanın məhvi onun metal olmasının, metallığının arasındakı fərq kimi izah edir. Birləşməyə hər zaman təbii meyl edən sadə maddələr kainatda mineral, bitki və heyvan adlı üç formada özünə yer tapdıqda mücərrəd varlıqlar olması mənasını itirərək real varlığa çevirilir. Digər mücərrəd varlıqlardan fərqli olaraq, mineral, bitki və heyvanlar real varlıqlardır və bu real varlıqlar isə heç zaman forma materiyadan ayrı ola bil¬məz. Ərəbdilli ədəbiyyatlarda əl-həyulə və əl- maddə kimi göstərilən materiya isə bütün aristotelçilər üçün mad¬di dün¬yanın əsası, təməl daşı və dövretməsinin səbəbidir. N.Tusi bu fikirlərini İbn Sina və Bəhmənyarın fəlsəfə¬sin¬dən gö-türərək, məsələyə öz subyektiv münasibətini bildirmişdir.

Materiya və forma barədə özündən əvvəlki fikirləri də¬rin tədqiq etdikdən sonra müəyyən nəticəyə «Əxlaqi-Na¬siri» və «Əsas əl-iqtibas»da gəlir. Göstərdiyimiz kimi ma¬teriyanın mücərrəd və konkret formalarını fərqləndirən fi¬losof formanı qəbul edənin yalnız konkret materiya olması qənaətinə gəlir. Hər hansı bir mütləq materiya isə formanı qəbul etdikdən sonra, aktuallıqdan potensiallığa keçərək konkret materiyaya çevirilir. Peripatetiklərin forma an-layışı ilə Aristotelin yaratdığı «formalar forması» anlayışı arasında fərq mövcuddur. Bu fərq «formalar forması»nın Tusinin nəzərində tutduğu «cismin forma¬sı»na deyil, «vacib varlıq» anlayışına uyğun gəlməsindədir. (5)

«Həyulə» terminini bəzi nəzəriyyəçilər maddə, bəzi¬ləri isə «ilk maddə» kimi qəbul etmişdir. Yaratdığı elmi-fəlsəfi dünyagörüşünün sistematikilyi və dəqiqliyi ilə se¬çilən İbn Sina bu iki termin arasındakı incə fərqi nümayiş etdirmiş, «həyulə»ni ilk səbəbin ilk nəticəsi kimi dəyərləndirmişdir. «Bütün təbiət maddələrinin isə bir mənəvi mahiyyəti, yəni həyuləsi vardır və elə bu səbəbdən də onların biri digə¬rindən üstün deyildir. Lakin, ünsürlər bir-biri ilə əlaqəyə girdiyi zaman ilk materiyanın yaratdığı bərabərlik pozulur, xarakter və şərəfdə cismin maddələri arasında uyğunsuzluq yaranır (6, səh.49). Tusi İbn Si¬nanın fikirlərini təsdiq¬ləyərkən mövcud zamanda mate¬riyalar arasında fərq olması aspektindən bu mövzuya yaxınlaşır. Heyvanat aləmini nəbatətdən, nəbatəti minerallardan üs¬tün tutan filosof yer üzündəki mövcud olan bütün ma¬te¬ri¬ya¬ların ən şərəflisi və ən kamili insanda mövcud olur. Bu üs¬tünlüyü təkcə şərəflə deyil, birinin digərindən quruluşuna görə də mürəkkəb olması ilə izah edir. Dər¬rakəyə məxsus olan heyvanat aləmi digərindən üstün materiyaya məxsus¬dur. Bir dərəcənin sonuncu, təkamül nöqtəsini, başqa bir dərəcənin ilk həddi kimi qəbul edən Tusi, iki dərəcə arasında olan materiyaları keçid materiyaları kimi izah edir. Minerallardan olan materiyanın dialektik inkişafının nəticəsikainatın əşrəfi və incisi olan insanda bərqərar olur. «Xüsusiyyətlərinə görə bütün mineral və bitki formalarına bərabər olan insan heyvanlar aləminin ən şərəflisi olmaqla vacib varlığa daha yaxındır (6,səh.52).

Məşhur fəlsəfə tədqiqatçısı M. Dinorşoyevin fikrincə N.Tusinin materiya və forma haqqındakı mülahizələri antipodik xarakterlə səciyyələnir. (7) Dinosoyev belə bir qənaətə gəlir ki, Tusinin «Əxlaqi-Nasiri» və «Əsas əl-iq-tibas» əsərində materiya və formanı materialist cəhətdən, «Vacibin isbatı», «Cəbr və qədr», «Tətimənət» əsərlərində isə idealist cəhətdən izah edir. Tədqiqatçı materiya və formanın hansının əvvəl mövcud olması haqqındakı Tusinin ziddiyyətli fikirlərini şərh etməzdən əvvəl bu mövzu ətrafında uzun müddət araşdırma aparmışdır. Tusinin idealist fikirlərini ortaya çıxardarkən gəldiyi nəticəni «Nəsirəddin Tusinin fəlsəfəsi» adlı araşdırmada göstərən Orta Asiyalı tədqiqatçı M. Dinoşeyevin fikrlərinə həmyerlisi M.N.Boltayev də şərik çıxır. (8) Bu fikirlərin isti¬nad nöqtəsi isə, Tusinin hər hansı bir şeyə forma veməzdən əvvəl formanın nəfsdə yerləşməsi haqqındakı müddəa idi. M.N.Boltayev və M. Dinorşeyevin bu nəticəyə gəlmə¬sinin əleyhinə Azərbaycan fəlsəfə tarixçisi Z.C.Məm¬mə¬dov özünün məntiqli və dolğun tədqiqatı ilə qarşı qoy¬muş¬dur.

Materiya ilə formanın ayrılmazlığı və bölün¬məzliyi haq¬qındakı peripatetik fikirlərin olmasını irəli sürərək, Tu¬sinin bu məsələyə son dərəcə elmi cəhətdən izah etməsini irəli sürmüşdür. Materiya və formanın gerçək şərhini verən Tusi orta əsrlərin dini ideologiyasının təsiri ilə idea¬lizmin təməl qaynaqlarına meyl etməsi təbiidir. Z.Məm¬mədovun düşün¬cə tərzinə görə bütün Şərq aristotelçiləri kimi Tusi də ma¬terializm və idealizm cərə¬yanları arasında tərəddüd edərək, hər ikisinə doğru meyl etmişsə də heç bir cərəyanın da¬vamlı təbliğatçısı olma¬mış¬dır. Forma ilə materiyanın zaman cəhətdən hansının ilk ol-ması fikrinə münasibət bildirən Tisi bu mövzunu dialektik cəhtdən şərh etmişdir. Formanı materiyanın təzahürü adlan¬dıraraq, materiyanın zamanca formadan əvvəl olmasına inam bəsləyirdi. Bəzi tədqiqatçıların nöq¬teyi-nəzərincə ya¬naşsaq, Tusi materiya ilə formanın bir-birinə bağlılığı ba¬rəsində Aristoteldən də qabağa getmişdir. Mümkün varlığın substansiyaları olan materiya və mövcudluğu arasındakı zaman məsafəsinin çox az olmasını qeyd etmişdi. Materiya və formanın bir-birinə olan nisbətində ün¬sür¬lərin mövcud olması və ya olmaması məsələsi ilə bağlı ol¬ması Tusini hər zaman düşündürmüşdür. Materiya ilə for¬manın bir-birinə bağlı olması və bir-birinin səbəbi olması, fikirində Tusi Arisroteldən də irəli getmişdir. Materiya bir formanın məhvindən sonra yeni yaranmış formada öz mövcudluğunu qoruyub saxlamağa müvəffəq olur.

Nəsirəddin Tusi təkcə fəlsəfəyə aid deyil, müasiri olduğu elmlərin hamısına gərgin əmək sərf edib, ensiklopedik mahiyyət kəsb edən bir təlim meydana gətirmişdi. Ziddiyyətli bir ideya mübarizəsi dövründə Tusinin irəli sürdüyü ontoloji fikirlər bu gün də öz əhəmiyyətini itir¬mə miş dir. Gerçəkliyin sirrlərinə həsr etdiyi elmi-fəlsəfi əsərlər, kainatın dərkinə doğru yönəldilmiş problemlərin həlli Tusi fəlsəfəsinin tipik xüsusiyyətlə¬rin¬dən idi. Bu dünya şöhrətli filosofun yaradıcılığına xalqımız tərəfindən də böyük dəyər veriləcəyinə və tükənməz elmi sərvətlərindən düzgün istifadə edilməsinə ümid bəsləyirik.

Rəhim Həsənov

AMEA-nın Fəlsəfə İnstitunun doktorantı

Palitra  2019.- 6 mart.- S.12.