Türkiyənin “Yeni çağ” qəzeti:
“Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaq milli
borcdur”
Kənan Akın:
“Bu ağır yaranın
acılarını bizlər və bütün
qardaşlarımız əbədiyyətə qədər ruhumuzda hiss edəcəyik”
Türkiyənin çoxtirajlı “Yeni çağ” qəzeti “Xocalı soyqırımına hələ də qiymət verilməməsi üz qarasıdır” sərlövhəli analitik məqalə yayıb. AZƏRTAC xəbər verir ki, tanınmış jurnalist Kənan Akın türkdilli oxuculara təqdim etdiyi yazını Xocalı soyqırımı barədə məqalə müəlliflərinə cavab olaraq hazırlayıb. Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalı şəhərində Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı aktı barədə fikirlərini türkdilli oxucularla bölüşür. Xocalı soyqırımından ötən 27 il ərzində dünya ictimaiyyətinin bu bəşəri cinayətə münasibətini təhlil edən jurnalist yazır ki, Türkiyəni saxta ittihamlarla uydurma “erməni soyqırımı” adı ilə günahlandıran ermənilərin özlərinin törətdikləri Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaq milli borcdur. Müəllif yazını Türkiyə ictimaiyyətinə xitab olaraq belə tamamlayır: “Erməni silahlıları 1992-ci ilin fevral ayında müasir dünyanın gözü qarşısında, beynəlxalq hüququ, xüsusilə müharibə qaydalarını saymadan körpə, uşaq, qadın və qoca demədən yüzlərlə günahsız dinc sakini vəhşi üsullarla qətlə yetirilməklə Azərbaycanın sinəsinə sağalmaz dağ çəkiblər. Bu ağır yaranın acılarını bizlər və bütün qardaşlarımız əbədiyyətə qədər ruhumuzda hiss edəcəyik. Sizin Xocalı soyqırımı ilə bağlı qələmə aldığınız yazıları oxuduqdan sonra bir daha böyük Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” vəsiyyətini yada salmamaq imkansızdır”. Qeyd edək ki, XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İstanbulda Yesevi Alperenler Ocağında “Türkə qarşı soyqırımı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib. Tədbirdə Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek tarixboyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya güclü hücum edib, şəhərdə yaşayış evləri dağıdılaraq yandırılıb və təqribən 2500 nəfər köməksiz Xocalı sakini şəhəri tərk edib. Lakin onlar azərbaycanlı-türk qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəliblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər erməni vandalları tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetirilib.
“Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə, 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır”
Bir gecənin içində
səkkiz ailə tamamilə məhv edilib,
25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirib.
Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. O gecə 1275 sakin əsir götürülüb,
150 nəfər itkin düşüb.
Biz
Xocalı faciəsini və soydaşlarımıza
qarşı törədilmiş bu kimi soyqırımlarını
unutmamalıyıq. Çıxışında fevralın
26-da Xocalı soyqırımı ilə bağlı Bakıda
keçirilən ümumrespublika yürüşü barədə
danışan professor bildirib
ki, yürüşdə 50 mindən çox insan iştirak edib.
Yürüşdən fotoşəkillər nümayiş
etdirən İ.Öztek qeyd
edib ki, bu birlik həm Azərbaycan
xalqının Dağlıq Qarabağ
probleminə olan qətiyyətli mövqeyi, həm də xalqla-iqtidarın həmrəyliyinin
göstəricisidir. Sonra
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.
“The Seoul Times”: İşğalçılar Xocalını məhv etdilər və dinc əhaliyə xüsusi qəddarlıqla divan tutdular
Cənubi Koreyanın "The Seoul Times" internet nəşrində də Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Bir daha soyqırımı olmasın" başlıqlı məqalə yerləşdirilib. Məqalədə keçmiş sovet ittifaqı ərazisində ən uzun çəkən münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti haqqında ətraflı məlumat verilib. Bildirilir ki, kökü ermənilərin Azərbaycana qarşı tarixi ərazi iddialarına gedib çıxan münaqişə 1988-ci ilin əvvəlində başlayıb, 1991-ci ildən isə ermənilərin Azərbaycana hücumları intensivləşib. Məqalədə təxminən 7 min əhalisi olan Xocalı şəhərinin hələ 1991-ci ilin oktyabrından mühasirəyə alındığı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə şəhərə genişmiqyaslı hücum təşkil olunduğu qeyd edilir. İşğalçılar Xocalını məhv etdilər və onun dinc əhalisinə xüsusi qəddarlıqla divan tutdular. Nəticədə məhz azərbaycanlı olduğu üçün 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 dinc sakin əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar. Bildirilir ki, erməni silahlılarının həyata keçirdikləri kütləvi qətliam, habelə əsirlərə verilən işgəncələr, meyitlərin təhqir olunması barədə faktlara yerli və beynəlxalq kütləvi informasiya vasitələrində, müstəqil mənbələrdə, hadisə şahidlərinin ifadələrində, habelə hücumda iştirak etmiş ermənilərin açıqlamalarında rast gəlinir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın "Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik" fikri məqalədə xatırlanır. "The Seoul Times" yazır ki, Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə, 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Diqqətə çatdırılır ki, Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda baş verənlər hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlərlə bərabər səviyyədə qiymətləndirilir. Bundan başqa, 15-dən çox ölkənin parlamenti, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda insanlığa qarşı törədilən cinayətləri pisləyən və həmin qətliamı soyqırımı kimi tanıyan qətnamə, qərar və bəyanatlar qəbul ediblər.
A.Miriyev
Palitra.-2019.-5 mart.-S.11.