Film turizmiyaxşı kino ixrac məhsuludur

Dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır

Ölkəmizdə kino sənəti zəngin böyük inkişaf yolu keçərək ciddi sənət nailiyyətləri qazanıb. Ötən əsrin xüsusən 50–80-ci illərində yaradılmış milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir. Azərbaycanın kino tarixində izlər buraxan kinolarımız bu gün tamaşaçı tərəfindən sevilərək izlənir.

Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyasılayihəsi hazırlanır

Müstəqillik illərində milli kino ənənələrinin qorunması Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə fəaliyyət göstərə bilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramıkino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəddir. Proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, o cümlədən Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilib Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulub. Dövlət sifarişi ilə film istehsalı təkmilləşdirilib, milli kinonun kadr potensialının gücləndirilməsinə yönəlmiş müxtəlif layihələr gerçəkləşdirilib. Dövlət sifarişi maliyyə yardımı ilə dövlət özəl studiyalarda 300-dən artıq film çəkilib, istehsal edilən çox sayda ekran əsərləri beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülüb. Eyni zamanda, son illərdə özəl kino sektoru tərəfindən istehsal olunan filmlərin sayının film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması, eləcə həmin filmlərin tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlə bağlı dövlət başçısı mədəniyyət incəsənət xadimləri ilə görüşdə bildirib ki, kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır: “Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Kinofilmlərin çəkilişi ilə bağlı təkliflər səsləndi. Mən hesab edirəm ki, son bir-iki il ərzində buna kifayət qədər fikir verilməyib. Biz gərək bu boşluğu dolduraq. Yəni, dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Bu il üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılsın, indi siz təklif verin. Gələn ilin ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir”.

Bu günlərdə kinonun inkişafı istiqamətində daha bir addım atılıb. Belə ki, ölkə başçısı ölkədə mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması film istehsalı sahəsinin modernləşdirilməsi zərurətini nəzərə alaraq sərəncam imzalayıb. Bu sərəncamda göstərilir ki, Mədəniyyət Nazirliyi milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dairAzərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyasılayihəsini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etsin. Dövlət sifarişi ilə film istehsalını gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb. Bu istiqamətdə daha bir addım kimi dünən ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat ayrılıb.

Amerika kino sənayesi ötən il 41 milyard 700 milyon dollar gəlir əldə edib

Dünya film sənayesi 1895-ci ildən ilk film nümayiş olunduqdan sonra uzun bir yol keçib. Filmlərə ayrılan büdcələr artırılıb, yeni çəkiliş forması gündən- günə sənayenin inkişafını təmin edib. Bu gün dünyanın ən məşhur ən yüksək gəlirli film sektoru Amerika filmləri, dünyanın böyük əksəriyyətinin yaxından təqib etdiyi filmlər olmaqda davam edir. Amerika kino sənayesi, kinoteatrların qapılarının açıq qalmasının əsas səbəbidir. 2018-ci ildə inanılmaz rəqəmlərdə gəlir əldə edən Amerika filmləri, 11 milyard 900 milyon dolları ABŞ-da olmaqla, dünya səviyyəsində təxminən 41 milyard 700 milyon dollar gəlir əldə edib. Bu rəqəmlərlə kinodan əldə edilən gəlir nisbəti 2018-ci ildə əvvəlki illə müqayisədə 7 faiz artıb. Amerika filmlərinin Misir, Hindistan, Çin, İtaliya ya Fransadakı kütləvi filmlər arasında əsas fərq ümumiyyətlə, kinonun keyfiyyəti oldu.

Çin kinosu gün keçdikcə daha populyarlaşır beynəlxalq arenada tanınmış komediya, macəra dram şəklində əsərlər ortaya qoyur. 2018-ci ildə Çin kinosu 60 milyard 900 milyon yuan gəlir gətirib bu sahədə yeni bir rekorda imza atıb. Bilet satışından əldə edilən gəlirlər əvvəlki ilə görə 9,6 faiz artıb kino salonunda film izləyənlərin sayı 1 milyard 716 milyona çatıb. Çin Milli Kino İdarəsi, ölkə kinosunun 2018-ci ildə əlverişli inkişaf trendini qoruduğunu açıqlayıb. İl ərzində istehsal olunan filmlərin sayı 902, cizgi filmlərinin sayı 51, elm təhsil filmləri 61, sənədli filmlərin sayı isə 57 olub. Ümumilikdə filmlərin ümumi sayı 1082-yə çatıb. İl ərzində, bilet satışından əldə edilən gəliri 100 milyondan çox olan 82 filmdən 44-ü yerli istehsaldır.

Türkiyə serial ixracında Amerikadan sonra ikincidir

Bu gün dünyada kino sənayesində əhəmiyyətli yer tutan ölkələrdən biri Türkiyədir. Ölkədə film sektorunun turizmin inkişafında da mühüm rol oynadığını deyən mədəniyyət turizm naziri Nuri Ersoy Türkiyədə çoxlu sayda tamaşaçı auditoriyasının olduğunu deyib: “Türkiyə, ixrac etdiyi seriallarda da çox böyük rəqəmlərə çatmış vəziyyətdədir. 350 milyon dollar kimi bir büdcəyə malik serial, film ixracı ilə Amerikadan sonra ikinci sıradadır. Biz bunun artmasını istəyirik”. N. Ersoy, bu sektorda məqsədə çatmaq üçün nazirliyin dəstək verəcəyini qərarlaşdırdıqlarını söyləyib. Bu dəstəyin həm Türkiyədəki tamaşaçı sayında, həm sektorun film çəkmək nisbətində, həm ölkə xaricdən çəkiliş üçün ölkəyə gələn film prodüseri sayında ciddi artımı təmin edəcəyini vurğulayan nazir, bunun üçün "Filming Turkey" platformasını həyata keçirdiklərini deyib: “Türkiyədə haralarda film çəkilə bilər, film çəkərkən faydalana biləcək prodüserlər, şirkətlər imkanlar nələrdir, əldə edəcəyiniz gəlirlər nədir kimi bir çox amillərin təqdimatı bu platformada həll ediləcək. Bu, həm Türkiyənin turizminin təqdimatı, həm film turizmi baxımından faydalı olacaq”.

 

Ərtoğrulun baş geyimi, Abdulhəmidin cib saatı...

Qeyd edək ki, bu gün filmləri ilə yüksək gəlir əldə edən Türkiyə yalnız filmin izlənməsindən deyil, eyni zamanda filmdəki aksessuarların satışından da gəlir əldə etməyə başlayıb. Belə ki, TRT kanalında yayımlanaraq 2 milyarda yaxın tamaşaçı kütləsinə çatanDiriliş Ərtoğrulkimi türk serial filmləri, Körfəz ölkələrində e-ticarəti artırıb. Türkiyədən ərəb coğrafiyasında olan 200 milyon e-ticarət istifadəçisinin, “Diriliş Ərtoğrul”un baş geyimi , təsbehi, üzükləri aksessuarları ilə paxlava, lokum türk qəhvəsinə tələbi artıb. Bildirilir ki, Səudiyyə Ərəbistanında türk məhsullarına böyük maraq var. “Kurtlar Vadisi”nin hələ izləndiyi ərəb coğrafiyasındaPolad Alemdaryazılı üzüklər çox maraq doğurur. Yaxud, “Paytaht Abdulhəmid” in xüsusi cib saatı böyük maraq doğurur tamaşaçı filmin qəhrəmanlarının istifadə etdikləri, mebelləri, qızıl-zinət əşyalarını almağa səy göstərirlər.

Beləliklə, bu gün dünyada kino sənayesi yüksək gəlir gətirməklə heç digər sektorlardan geri qalmır. Göründüyü kimi, bu sənaye həm ölkədə e-ticarətin, həm turizmin inkişafına, həm mədəniyyətin təbliğinə xidmət edir. Ölkəmizdə bu sənayenin daha da inkişafına nail olmaq üçün həm adamlarının, həm kino xadimlərinin üzərinə mühüm vəzifə düşür.

Nigar Abdullayeva

Palitra.-2019.-14 mart.-S.5.